AzTehsil.com


Xəbərlər / Saglam həyat
22 avqust 2021
1 271


Daimi yorğunluğun 5 TƏHLÜKƏLİ SƏBƏBİ



Daimi yorğunluğun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

 

Yorğunluq ağır fiziki və ya əqli fəaliyyətdən sonra əmələ gələrsə, bu tam normal haldır.

Lakin bəzən insan hiss edir ki, yorğunluq səbəbsiz əmələ gəlir və hətta uzunmüddətli istirahətdən sonra keçmir. Bu təhlükəli simptomdur.

Daimi "səbəbsiz" yorğunluq bəzi ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. Bu xəstəliklər arasında:

- Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzi bütün orqan və sistemlərin fəaliyyəti üçün vacib olan hormonları ifraz edir. Bu səbəbdən bu vəzi "orqanizmin dirijoru" adlandırırlar. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir ki, nəticədə vəz daha az hormonlar ifraz edir. Bu hal tibdə "hipotireoz" adlandırılır. Hipotireozdan əziyyət çəkən insanın çəkisi "səbəsiz" artır,  insan tez-tez üşüyür, zəif, halsız, yuxulu olur. Belə insanlar özünü daim yorğun hiss edir.

- Xroniki yorğunluq sindromu. Adətən bu sindrom böyük şəhərlərdə yaşayan və çox aktiv həyat tərzi olan insanlarda inkişaf edir. Mütəxəssislərin fikrinə görə, bu sindromun səbəbi ağır əqli və fiziki yükləmələrdir.

- Anemiya (qanazlığı). Qanazlığının simptomlarından biri daimi yorğunluqdur.

- Ürək xəstəlikləri. Adi işləri icra etməkdə əziyyət çəkir, tez yorulursunuzsa, bu ürək xəstəliyinin  simptomu ola bilər.

- Qaraciyər xəstəlikləri. Qaraciyəri "lal" orqan adlandırırlar. Bu orqanda olan xəstəlik uzun müddət ərzində demək olar simptomsuz inkişaf edə bilər. Diqqət! Daimi səbəbsiz yorğunluq qaraciyərdə pozulmanın inkişafına işarə edə bilər.



Загрузка...