AzTehsil.com


Xəbərlər
21 noyabr 2020
2 671


Ağdamın məşhur “Çay evi”



Ağdamın məşhur “Çay evi”

 

Ağdamın məşhur "Çay evi”: necə tikilmişdi – Memarı danışdı

Noyabrın 20-də işğaldan azad olunan Ağdamın simvollarından biri sayılan məşhur "Çay evi” işğalçılar tərəfindən dağıdılıb. Hazırda bu məşhur yerin yalnız dəmir konstruksiyasının bəzi hissələri qalıb.

Həmin konstruksiyanın müəllifi, Ağdamın məşhur "Çay evi”nin baş memarı Naiq Səmədov bu haqda  danışıb.

- Ağdamın məşhur "Çay evi” necə tikildi?

- 1984-88-ci illərdə Ağdamda memar işləmişəm. 1985-ci ildə Xudu Məmmədovun təşəbbüsü ilə Ağdamın məşhur "Çay evi” tikildi. Xudu müəllim Çinin təqvimini mənə göstərdi. Həmin təqvimdə olan layihə daha çox Çin stilində idi, onu milli üslubumuza uyğunlaşdırmaq istədik. Xudu müəllimin mənə göstərdiyi şəkildə həmin tikinti uzaqdan görünürdü, binanın təxminən üçdə bir hissini görə bildim. Dedim, belə bir şey edə bilərik, amma daha çox Şərq üslubunda. Onun bütün konstruksiyası metaldan ibarətdir, borulardan tikilib. Tikinti işlərində Ağdam məhbusları da gəlib bizə yardım edirdilər.

"Çay evi”nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konsrtuksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Ağlıma gəlməzdi ki, bu layihə belə uğurlu alınar. Ağdamda başqa bir çox layihələrim olub, amma "Çay evi” mənim üçün xüsusidir...

- "Çay evi”nin fəaliyyətini necə xatırlayırsınız?

- Yadımdadır ki, Moskvada o illərdə keçirilən sərgidə bizim layihə "Sovet dövrünün qeyri-adi layihələri” sırasında yer almışdı. "Çay evi”miz tikiləndən sonra bu cür layihəni Kəlbəcərdə də tikmək istədilər, onun da proyektini hazırlamışdım, ancaq tikmədilər. Ağdamın "Çay evi” yeganə olaraq qaldı. Oranı Sarı Şəmil adlı biri işlədirdi. "Çay evi”nin birinci mərtəbəsi yarımzirzəmi kimi qurulmuşdu. Orada əsasən xəmir xörəkləri verilirdi. Oradakı xəngəlin qış vaxtı ayrı bir ləzzəti, dadı olardı. "Çay evi”nin yuxarı mərtəbələrində çay verilirdi.

- "Çay evi”nin açılışında kimlər vardı?

- 1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı keçirildi. Açılışda rayon rəsmiləri ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib.

- Axırıncı dəfə orada nə vaxt olmusunuz?

- Ağdam rayonunun işğalından iki ay əvvəl...

- İndi o çay evi dağıdılıb...

- Yenidən tikəcəyik. Ağdamın hazırkı baş memarı Vaqif Həsənov mənim dostumdur. Onunla birgə həmin tikintini yenidən canlandıracağıq. Elə həmin onu, əvvəlki "Çay evi”nin eynisini quracağıq. Bütün bunları könüllü şəkildə etməyə hazıram. Çünki o, Ağdamın simvoludur. kult az



Загрузка...
Həmçinin oxuyun:
Yüksək təzyiqi salmaq üçün çay qaşığı üsulu – ŞOK METOD

Yüksək təzyiqi salmaq üçün çay qaşığı üsulu – ŞOK METOD

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

LDU-da yardımçı təsərrüfatında çay plantasiyası salınır

LDU-da yardımçı təsərrüfatında çay plantasiyası salınır

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

Çox çay içmək nə üçün ziyanlıdır?

Çox çay içmək nə üçün ziyanlıdır?

Mikayıl Cabbarov məzunlarla çay içdi - FOTOLAR

Mikayıl Cabbarov məzunlarla çay içdi - FOTOLAR

Lənkəran Dövlət Universiteti ilkə imza atdı

Lənkəran Dövlət Universiteti ilkə imza atdı

Macarıstanda təhsil alan gəncin “Azərbaycan evi”ndə rəsm sərgisi

Macarıstanda təhsil alan gəncin “Azərbaycan evi”ndə rəsm sərgisi

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

İsti çay içənlər üçün ŞAD XƏBƏR - Göz təzyiqi riskiniz...

İsti çay içənlər üçün ŞAD XƏBƏR - Göz təzyiqi riskiniz...

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Peşə təhsili alan məzunlar üçün güzəştlər olacaq

Peşə təhsili alan məzunlar üçün güzəştlər olacaq

Azərbaycanda uşaq bağçası uçdu

Azərbaycanda uşaq bağçası uçdu

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Boğaz ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ

Kitab Oxuyarkən Daha Yaxşı Anlamağınız Üçün İçməli Olduğunuz 5 Çay Növü

Kitab Oxuyarkən Daha Yaxşı Anlamağınız Üçün İçməli Olduğunuz 5 Çay Növü

Bakı Atatürk Liseyindən daha bir xeyirxah addım

Bakı Atatürk Liseyindən daha bir xeyirxah addım

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Tez-tez istifadə etdiyiniz bu ərzaq məhsulu ölüm mənbəyidir

Tez-tez istifadə etdiyiniz bu ərzaq məhsulu ölüm mənbəyidir

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI