Şəmkir rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - FOTO
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, o, bu posta 2021-ci ildə təyin olunmuşdu.
Q.Əliyev əvvəllər Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun birinci müavini işləyib.