AzTehsil.com


Xəbərlər
12 mart 2019
1 945


100 yaşlı maarif işığı



100 yaşlı maarif işığı

 

 
Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhəri 2 nömrəli tam orta məktəbdə "100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti "Novruz mühazirəsi” keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər.

Tədbir 2 nömrəli tam orta məktəbin akt zalında davam edib.

Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev tədbiri açaraq Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayıb. Əsgər Quliyev bildirib ki, Qazax tarixən maarifçilik ənənələri ilə tanınıb, bu ənənə indi də davam edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam verildiyini diqqətə çatdıran Əsgər Quliyev sərəncama uyğun olaraq, Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq olunduğunu bildirib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov seminariyanın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğı, həyata keçirilən islahatlar barədə danışıb. Qeyd edib ki, seminariya Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub.

Sonra akademik Nizami Cəfərov tərəfindən "100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı "Novruz mühazirəsi” təqdim olunub.

Nizami Cəfərov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun varisi olan Qazax Müəllimlər Seminariyasının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir.

Məruzəçi qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.

Nizami Cəfərov diqqətə çatdırıb ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb.

Sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, seminariyanın 90 yaşlı məzunu Nuşirəvan Xəlilov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Ayna.az” saytının təsisçisi Elçin Şıxlı qeyd ediblər ki, Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub. Natiqlər həmçinin "Novruz mühazirələri”nin belə vacib məsələlərə həsr edilməsinin əhəmiyyətini qeyd edib, seminariyanın xalqımızın milli özünüdərkinin formalaşmasındakı rolunu vurğulayıblar.

Sonra Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən "Novruz mühazirəsi” çərçivəsində Qazax Müəllimlər Seminariyasının məzunlarına bayram hədiyyələri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzunları olan Ağakişi İsmayılova, Nəbi Nəbiyevə, Sürəyya Qurbanovaya, Nuşrəvan Xəlilova və Nümayəndə Hüseynovaya "DOST Xonçası” təqdim olunub.

Sonra tədbir iştirakçıları tərəfindən rayondakı Şəhidlər Xiyabanı ziyarət edilib. 

Mühazirə iştirakçıları həmçinin seminariyanın ilk binası ilə tanış olublar.

Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

İkinci "Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.



Загрузка...
Həmçinin oxuyun:
Qazaxda “Novruz mühazirəsi” keçirilir

Qazaxda “Novruz mühazirəsi” keçirilir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə mühazirələr başlanılacaq.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə mühazirələr başlanılacaq.

Qazax rayonunda məktəb açılışı

Qazax rayonunda məktəb açılışı

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

Məzuna saxta diplom verildi - Nazir işə qarışdı

Məzuna saxta diplom verildi - Nazir işə qarışdı

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

Bu ucqar bölgəmizdən rekord nəticə - 274 şagird tələbə oldu, 19-u isə…

Bu ucqar bölgəmizdən rekord nəticə - 274 şagird tələbə oldu, 19-u isə…

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

Qazaxda idman müəllimi məktəbdə öldü

Qazaxda idman müəllimi məktəbdə öldü

Qazaxıstan latın əlifbasına keçdi

Qazaxıstan latın əlifbasına keçdi

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər