Xəbərlər
15 mart 2017
2 681
Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”
Martın 14-də Muğam klubda növbəti "Novruz mühazirəsi” keçirilib.
Budəfəki görüşdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun "Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib.
Tədbirdə millət vəkilləri, media rəhbərləri, tanınmış yazarlar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib.
Professor Şirməmməd Hüseynov mühazirəsində Azərbaycanın görkəmli bəstəkarı, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfəsindən danışıb.
Şirməmməd Hüseynov bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində böyük izlər qoymuş Üzeyir Hacıbəyli alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutub və onun yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub.
Professor qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi mədəniyyəti, musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq (YUNESKO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il "Üzeyir Hacıbəyli ili" elan olunub, haqqında çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr çap edilib.