AzTehsil.com


Xəbərlər
22 oktyabr 2022
686


İlqar Orucov: “Şagirdlərin saç düzümü, geyimi ilə bağlı standartlar mütləqdir”




Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Nəticədə ümumi təhsil müəssisələrindən: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal və s. qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunub.


Yeni qaydalarda öz əksini tapan şagirdlərin saç rəngini dəyişməsi, qısa və dar geyinməsi , eyni zamanda, saqqal saxlamasına qoyulan qadağalar cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Məsələ əksər sosial şəbəkədə bir çox istifadəçilər tərəfindən gülüş obyektinə çevrilib. İstifadəçilər bunlardan daha çox ölkədə təhsilin keyfiyyətini artırılmasına ehtiyac duyulduğunu dilə gətiriblər.

Fəlsəfə doktoru Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov sözügedən qaydalarla bağlı “Sherg.az”a danışarkən bildirib ki, bu normaların cəmiyyətdə gedən müzakirəsindən xəbərdardır və insanların belə ciddi mövzuları lağlağıya çevirməsindən təəssüflənir:

“Cəmiyyətin bu cür məsələlərə aqressiya nümayiş etdirməyindən, ironiya ortaya qoymağından olduqca narahatam. Nəyəsə qarşı bir münasibəti ortaya qoyanda, orda tənqid etdiyimiz məqamı dərk etməliyik. Əlbəttə ki, ictimai rəyin nəzərə alınmasını olduqca vacibdir. Amma göstərilən münasibət savadlı arqumentlərə söykənməlidir.

 Məsələn, bizim valideynlər qız övladlarının məktəbə açıq-saçıq geyimdə, qısa ətəkdə gəlməyini qəbul edərmi? Mən şəxsən etmirəm. Bunu geri düşüncəli olmadığın əlaməti kimi də qəbul etmirəm. Eləcə də oğlanların məktəbə istənilən saç düzümündə gəlməsi düzgün deyil.

Hələ ziynət əşyaları ilə təhsil ocağına daxil olan müəllimləri demirəm. Bu sadəcə olaraq bayağı zadəganlığın əlamətidir. İnkişaf etmiş dünya ölkələri bunlardan çoxdan imtina edib. Fikirləşirəm ki, məktəblərdə milli dəyərlər də qorumalıdır. Yeni qaydalar bizə bu işdə yardımçı olacaq”.

İ.Orucov vurğulayıb ki, indi bütünlükdə hər kəs həmin qaydaların hazırlanmasına dəstək verməlidir: 

“Məktəb ictimai yerdir. Təlim-tərbiyə müəssisəsidir. Tədrislə bərabər yeni nəsil burda tərbiyə olunur. Tərbiyənin də aşılanması üçün şagirdlərdə müəyyən davranışlar formalaşdırmaq lazımdır. Bu məktəbli geyimindən tutmuş, məktəblinin zahiri görkəminin müəyyən normalarla tənzimlənməsinə qədər olan bütün məsələləri özündə birləşdirir. Şagirdlərin saç düzümü, geyimi ilə bağlı standartlar mütləqdir.


Eyni zamanda bu normalar müəllimlər üçün olmalıdır. Müəllim öz geyimi ilə cəmiyyətə nümunə olmalıdır. Şagirdlərin istədiyi geyimdə məktəbə gəlməsi yolverilməzdir. 

Dünyanın fərqli, elm və təhsil səviyyəsi yüksək olan ölkələrində səfərdə olmuşam. Ordakı məktəblərlə yaxından tanışam. Birmənalı olaraq deyə bilərəm ki, həmin məktəblərin hər birinin öz qaydaları var. Özəl, bələdiyyə, dövlət və s. hamısının öz normaları olur. Bu normalar şagirdlərdə davranış mədəniyyətinin formalaşmasına xidmət edir”. 

İctimai Şuranın üzvü son olaraq qeyd edib ki, əgər insanlarımız məktəblərdəki təhsilin keyfiyyətindən narazıdırlarsa, bununla bağlı da öz sağlam və savadlı mövqelərini ortaya qoyub, təkliflər irəli sürə bilərlər. (Kaspi.az)




Загрузка...
Həmçinin oxuyun:
Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Saç rəngini dəyişmək, qısa və dar geyinmək qadağan olunacaq - Məktəblərlə bağlı yeni QAYDALAR

Saç rəngini dəyişmək, qısa və dar geyinmək qadağan olunacaq - Məktəblərlə bağlı yeni QAYDALAR

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Xanım rektor norma qoydu: dərsə cırıq şalvarda, açıq geyimdə gəlmək olmaz!

Xanım rektor norma qoydu: dərsə cırıq şalvarda, açıq geyimdə gəlmək olmaz!

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi