Xanım rektor norma qoydu: dərsə cırıq şalvarda, açıq geyimdə gəlmək olmaz!
Tələbə özünün rejimini qurmalıdır. Sistemli kitabxana vaxtı, nizam-intizamı olmalıdır. Bizim tələbələr isə bir-biri ilə saqqal yarışına girirlər”.
Tələbələri tənqid etməyinə baxmayaraq, E. Əliyev müəllimlərin saqqal saxlamağına qarşı deyil:
"Adi bir şey deyim. Qərb ölkələrinin universitetlərində tələbələrin kütləvi yığışdığı şəkillərə fikir verin. Çox az halda saqqallı tələbəyə rast gəlmək olur. Biz də də saqqal deyil, oxumaq dəb olmalıdır. Bu gün ali məktəblərdə tələbə obrazını görə bilmirik”.
Professor Şahlar Əsgərovun fikrincə isə, tələbənin xarici görünüşünün necə olması elmə, təhsilə təsir göstərmir:
"Bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.
Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır.
Bakı Slavyan Universitetinin rektoru Nurlana xanım Əliyeva həmin ali məktəbdə çox nümunəvi norma qoyub. Orada heç kim cırıq şalvarda, açıq geyimdə dərsə gəlmir.
Dəb elə bir şeydir ki, orta modeli tutmaq, təbliğ etmək lazımdır. Tələbələrə qadağa qoymaq olmur, amma xarici görünüşdə sərbəstlik də ifrat olmamalıdır.
Mənim üçünsə məzmun daha önəmlidir. Məsələn, tələbə cırıq şalvarda dərsə gələ bilər, saqqallı olar, amma riyaziyyatı, texnologiyanı, ədəbiyyatı gözəl bilər, vətənpərvər insan kimi yetişər. Gənclərimiz cəbhəyə cins şalvarla getsinlər, amma Qarabağı azad etsinlər. Şərt deyil ki, hərbi geyimdə olsunlar”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də tələbələrin saqqal saxlamasını normal qarşılayan təhsil ekspertlərimizdəndir. O düşünür ki, saqqal saxlamaq tələbənin təlim-tərbiyəsinə heç bir təsir göstərmir:
"Ümumiyyətlə, xarici görünüş, tələbənin universitetdə hansı səviyyədə təhsil almasına, biliyi ilə fərqlənməsinə təsir etməməlidir. Bu tələbənin öz hüququdur – saqqal saxlaya da bilər, saxlamaya da bilər.
Keçmişə nəzər salsaq, görərik ki, keçmişdə alimlərin çoxu saqqallı olub. Bu onların biliyinə heç bir təsir etməyib. Sadəcə saqqal saxlamaq da ifrat dərəcədə olmamalıdır.
Mən Azərbaycanda – universitetlərdə ifrat dərəcədə saç, saqqal, bığ saxlayan gənclərə rast gəlməmişəm. Yenə də düşünürəm ki, bu insanın şəxsi hüququdur, toxunmaq olmaz”.
Saqqallı tələbələr mövzusuna birmənalı münasibət bildirməyin çətin olduğunu qeyd edən təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, istənilən halda Azərbaycan mentaliteti ilə Qərbin özünəməxsus dəyərlərini fərqləndirməyi bacarmaq lazımdır:
"Qərb ölkələrində ali məktəblərdə tələbənin xarici görünüşü, geyimi azaddır. Tələbə istədiyi kimi saqqal da, bığ da saxlayır, uzun saç, hətta hörüklü saqqalı olana da rast gəlmək mümkündür. Amma bizim cəmiyyətimiz bunu qəbul etmir. Hesab edirəm ki, tələbələrimiz də elə bizim toplumun tələblərinə uyğun geyinməli, xarici görünüşünü tənzimləməlidir.
Buna baxmayaraq, birmənalı şəkildə bu cür qayda-qanun tətbiq etmək də olmaz. Əsas insanın mahiyyəti, daxili aləmi, ali məktəbdə özünü necə aparması, savadıdır. Daha çox inkişaf etdirməli olduğumuz məhz bu keyfiyyətlərdir. Ancaq bu şəkildə savadlı kadrlar yetişdirə bilək. Yekun olaraq, qeyd edim ki, mənim aləmimdə forma o qədər də əhəmiyyət kəsb etmir”.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı qəti şəkildə vurğulayıb ki, heç kimin tələbələrə saqqal məhdudiyyəti qoymağa mənəvi və hüquqi haqqı yoxdur:
"O zaman məhdudiyyət qoyular ki, gənclər cəmiyyətin hansısa dəyərlərinə meydan oxusunlar. Məsələn, universitetə yarıçılpaq gəlsinlər.
Ziyansız səviyyədə saqqal saxlayan, geyimi fərqli olan tələbələrə qadağa qoyula bilməz. Mən özüm heç vaxt saqqal saxlamıram. Amma bu o demək deyil ki, hamı mənim kimi üzünü qırxsın, saqqalsız dərsə gəlsin.
Mən bunu heç məsləhət şəklində də etmərəm. Çünki tələbələrin hər biri şəxsiyyətdir. Onların fərdi baxışları, yaşadıqları zamanın tələbləri var. Qeyd etdiyim kimi, tələbənin saqqal saxlamasının milli, mənəvi dəyərlərimizə zidd olan məqamı yoxdur. Belə halda tənqid etməyimizə, qadağa qoymağımıza nə ehtiyac var?”
Yazıda nümunəvi mühiti ilə adı çəkilən Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyevlə də əlaqə saxladıq. O, diqqətə çatdırdı ki, universitetdə tələbələrin geyimi, xarici görünüşü ilə bağlı heç bir məhdudiyyətdən, məcburiyyətdən söhbət gedə bilməz:
"Sadəcə olaraq, universitetimizdə tələbə-gənclərin inkişafı istiqamətində təşkil edilən tədbirlərdə milli dəyərlərimizə hörmət, tələbə nizam-intizamı kimi məsələlərə mütəmadi toxunulur. Tələbələrimizə müasir Azərbaycan gəncliyinin, müharibə şəraitində olan ölkənin gənclərinin modeli, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağın vacibliyi diqqətə çatdırılıb. Tədbirlərimizin başlıca ideyası olan bu fikirlər müəyyən müddətdən sonra öz təsirini göstərib. Tələbələrimiz artıq könüllü şəkildə öz daxili nizam-intizamlarına riayət edirlər.
Əvvəllər bizim tələbələrimiz də geyimlərinə, xarici görünüşlərinə diqqət etmirdilər. Dizi cırıq, yamaqlı, açıq-saçıq geyimlərlə universitetə gəlirdilər. Oğlanlarımız saqqallı, qısa, butulka şalvarlarla universitetə gəlirdilər. Bu problemlər tələbələrin öz təşəbbüsü ilə aradan qalxdı.
Biz istəyirik ki, tələbələrimizin savadı ilə bərabər, milli mənəvi dəyərlərimizə münasibəti də arzuolunan səviyyədə olsun”.azedu.az


Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Tələbələrin çözülməyən yataqxana problemi

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Yataqxana problemi və universitetlərin planları

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Lənkəran Dövlət Universitetində hicab QALMAQALI

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM