AzTehsil.com


Xəbərlər
06 avqust 2022
7 699


Gələcəkdə işsiz qalmamaq üçün abituriyentlər nələrə diqqət yetirməlidirlər? - MÜSAHİBƏ




Bir neçə gündür ki, Dövlət İmtahan Mərkəzi bütün ixtisas qrupları üzrə universitetlərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Artıq abituriyentlər arzuladıqları peşəyə yiyələnmək üçün seçim mərhələsindədir.  


Mövzu ətrafında Oxu.Az-ın suallarını karyera konsultantı Jalə Bənnayeva cavablandırıb.


- Son illərin ən prioritet ixtisasları nələrdir?


- Prioritet ixtisasları təyin etmək üçün son illərə nəzər salmaq lazımdır. Dünyəvi və lokal hansı proseslərin getdiyinə, istiqamətin hara yönəldiyinə diqqət etməliyik. Bu baxımdan pandemiya, 44 günlük Vətən müharibəsi, həmçinin dünyada ərzaq qıtlığı və s. məsələlərlə bağlı edilən çağırışlar bizə onu göstərdi ki, texnologiya ixtisasları, xüsusilə İT son illərin prioritet ixtisaslarıdır. Bundan başqa, mühəndislik, sənaye, kənd təsərrüfatı (məsələn, aqronomluq, baytarlıq), səhiyyə ilə bağlı sahələr də prioritetdir. Həmçinin arxitektura, dizayn, logistika istiqaməti nəzərimdə son dönəmin önəmli sahələridir.


- Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir?


- Sualın iki istiqamətdə cavabı var. Birinci istiqamət kodlaşdırma dediyimiz proseslə bağlıdır. Bu zaman abituriyent seçmək istədiyi ixtisaslar üzrə son üç ilin bütün statistikalarını nəzərə almalıdır. Onların qəbul planına, dövlət sifarişli və ödənişli əsaslarla nə qədər yerin ayrılmasına nəzər salmalıdır. Balların üç il ərzində necə oynadığını bilməlidir. Eyni zamanda həmin seçdiyi ixtisas qrupuna verilən sənəd sayına diqqət etməlidir. Bütün abituriyent jurnallarında bu statistika var. İkinci istiqamət individual tərəflə bağlıdır. Biz bu ixtisas dövr üçün nə qədər aktual olmasına, dəyərlərimizlə uyğunluğuna baxmalıyıq. Xarakterimiz, bacarığımız, həvəsimiz və gözləntilərimiz ixtisasın tələb və iş öhdəlikləriylə üst-üstə düşməlidir. Əgər mən introvert insanamsa, daim insanlarla ünsiyyətdə olacağım sahə seçməyim doğru olmayacaq. Burada insanın özünü tanıması böyük rol oynayır.


- Hansı peşə sahiblərinin işsizlik problemi ilə üzləşmə ehtimalı aşağıdır?


- Bir araşdırmaya görə, 2015-ci ildən sonra dünyaya gələn uşaqların işləyəcəyi sahələrin 80 faizi hələ kəşf edilməyib. Lakin emosional zəkaya, insan əməyinə ehtiyac olan, robotlaşdırılması mümkünsüz bütün sahələrdə işsizliklə üzləşmə ehtimalı aşağı olacaq. Sahəsində peşəkar olan insan nadir hallar işsiz qalır. Siz əgər “Mən 700 bal yığıb universitetə qəbul oldum, universiteti 100 ortalama ilə bitirib qırmızı diplom aldım, işsizlik problemim olmayacaq” düşüncəsindəsinizsə, bu, yanlışdır. İnkişafa meyil etmək lazımdır. Ümumilikdə isə texniki və təbiət elmləri ilə əlaqəli olan sahələrdə iş tələbi kifayət qədər yüksəkdir. Təəssüf ki, bu tələbləri qarşılayan işçi sayı azdır. Ona görə də tələbələrin öz peşələrindən, yığdıqları baldan asılı olmayaraq, peşələrinin onlardan tələb etdiyi texniki biliklərə yiyələnmələri bütün hallarda onların xeyrinədir.


- Bəs hansı sahələrdə boşluqlar var?


- Demək olar ki, bütün sahələrdə boşluqlar var, zəncirvari prosesdir. Səbəbi isə təhsildir. Təhsil aldığımız ixtisasların tədris proqramlarının, keçirilən fənlərin praktik imkanlarının məhdud olması dünyanın təhsil standartları ilə bizim təhsil standartları arasında ciddi şəkildə disbalans yaradır. O isə növbəti pillə olan əmək bazarına təsir edir. Bakalavrı bitirəndə adam potensial əmək bazarı oyunçusu olur. Nəticədə işlədiyi sahə üzrə boşluqlar yaradır.


- Pandemiyadan sonra hansı ixtisaslar sıradan çıxdı?


- Pandemiya dövrü göstərdi ki, biz fərqində olmasaq belə, bir çox sahəni virtuallaşdıra bilirmişik. Karantin dövründə gündəlik tələbat məhsullarımızı, məişət əşyalarımızı, hətta geyimlərimizi müxtəlif platformalardan, çatdırılma proqramlarından istifadə edərək alırdıq. Təhsil belə distant formaya keçmişdi. Bu da onu göstərir ki, pandemiya xidmət sektorunun əksər sahələrinə ciddi təsir göstərdi və onların gələcəyi barədə fikir formalaşdırdı. Məsələn, hazırda bəzi inkişaf etmiş ölkələrdə istifadə edilən istiqamət var. İnsanlar marketə gedəndə kassada kassir dayanmır. Adamlar öz məhsullarının ödənişini sistem vasitəsilə həyata keçirirlər. Yavaş-yavaş bizdə də həmin istiqamətə doğru gedilir. Əgər bir şeyi proqramlaşdırmaq, elektronlaşdırmaq olursa, orada əlavə işçi qüvvəsinə ehtiyac qalmır.


- Sizə seçim mərhələsində kömək almaq üçün müraciət edən abituriyentlərin meyili hansı istiqamətədir?


- Çox maraqlı bir məsələ yaşanır ki, 44 günlük müharibədən sonra işlədiyim şagirdlərin bir çoxundan, “Mən hərbçi olmaq istəyirəm” cümləsini eşidirəm. Bundan əlavə, dövlət və ictimai münasibətlər, marketinq, menecmentlik və İT sahəsinin adını sıxlıqla eşidirəm.


- Bir mütəxəssis kimi abituriyentlərə nə tövsiyə edərdiniz?


- Peşəmizdən asılı olmayaraq, həmin sahədə ən yaxşısı olmağa çalışmalıyıq. Yeni dövrdə insan əməyinə tələbat kifayət qədər azalır. Seçdiyiniz peşədə əvvəllər 10 işçiyə ehtiyac vardısa, artıq bir işçi ilə kifayətlənib qalan işləri elektronlaşdırırlar. O bir işçi olmaq üçün peşəmizin tələbləri nələrdirsə, onları müəyyən edib üzərində çalışmalıyıq. Oxuduğumuz dörd illik müddət sadəcə universitet dərsləri ilə kifayətlənib oradan yüksək bal toplamaq üçün verilməyib. Dörd il həm də böyük şansdır ki, biz özümüzü inkişaf etdirək. Buna görə də yaxşı olar ki, dil biliklərimizi təkmilləşdirək, eyni zamanda sahəmizə uyğun olan təcrübə, könüllülük proqramlarına müraciət edək. Öz yumşaq bacarıqlarımızın üzərində işləyək. Çünki işə götürən zaman ən böyük problemlərdən biri o olur. Həmçinin texniki biliklərimizin üzərində çalışaq




Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur