2023-2026-cı illərdə 137 min nəfər heyətin sertifikatlaşma proqramında iştirakının təmin ediləcək
Ümumi təhsildə heyətin peşəkarlıq səviyyəsinə (sertifikatlaşdırma və tədris göstəriciləri) uyğun olaraq nəticəyönlü idarəetmə və maliyyələşmənin genişləndirilməsi nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Planın əsas icraçısı Təhsil Nazirliyi, aidiyyəti qurumlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyidir.
İlkin olaraq nəticəyönlü idarəetmə və maliyyələşmə mexanizminin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.
2023-2026-cı illərdə 137 min nəfər heyətin sertifikatlaşma proqramında iştirakının təmin ediləcək, dövrün sonuna 68000 nəfər diferensial əməkhaqqı sisteminə cəlb olunacaq.