AzTehsil.com


Xəbərlər / Ekspert / Manşet
22 may 2018
12 164


Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.



Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

 

Müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə,təqdim edilib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, "Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.

Əvvəla müəllimlərin sertifikatlaşması yeni mövzu deyil.2000-ci illərin əvvələrində hələ sabiq təhsil naziri Misir Mərdanovun nazirlik dövründə bir neçə dəfə gündəmə gəlsə də istər sertifikatlaşmanın ,istərsə də attestasiyanın mexanizmləri müəyyənləşdirilmədiyindən ( Bununla bağlı real və dəqiq fikirlərin ortaya qoyulmaması səbəbindən ) həyata keçirilə bilmədi.

2014-cü ilin iyun ayında Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinnin müəllimlərinin Diaqnostik Qiymətləndirilməsi ilə ölkə müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsinin həyata keçirilməsi bu sahədə atılmış inamlı və ən düzgün addım idi. Artıq ümumtəhsil müəssələrində çalışan 150 000-ə qədər müəllimin tam böyük əksəriyyəti bu Diaqnostik Qiymətləndirmədən keçib , qalan cüzi hissənin də növbəti ayda keçəcəyi məlumdur.

Biz sizinlə 2017-ci ilin yay aylarında Diaqnostik Qiymətləndirmənin nəticələrinin tətbiqi zamanı baş verənlərdən danışmayacağıq.Amma keçən 4 il müddətində Diaqnostik Qimətləndirmənin rəsmi nəticələrinin statistikanın açıqlanmaması , ümumtəhsil pilləsində çalışan təhsilverənlərin bilik və bacarıqlarının heç də qənaətbəxş, hətda üzə çıxarılası səviyyədə olmaması fikrini ortaya qoymuş oldu.

İlk əvvəl görək sertifikatlaşma və ya onun mahiyyəti nədir ?
Sertifikatlaşma latın sözü olub (certum --düzgün + facere--etmək ) müəyyən edilmiş standartlar , qaydalar ,texniki normalar  çərçivəsində uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi prosedurudur.

Aşağıda göstərilən istiqamətlər üzrə :
Göstərilən xidmətin 
görülən işin 
idarəetmənin (menecmentliyin) 
işçi heyətin sertifikatlaşması aparıla bilər.
Sertifikatlaşma məcburi və könüllü şəkildə aparılır.Məcburi sertifikatlaşma yalnız dövlət standartlarına uyğun olaraq qida və istehlak məsullarına, müəyyən müddətə verilmiş lisenziyaların uzadılması məqsədi ilə müfafiq icra orqanı tərəfindən aparılan akreditasiyanın yekun nəticəsi kimi tətbiq edilə bilər.

24 oktyabr 2013-cü il tarixində qəbul edilmiş Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 7-ci bölməsinin (Strateji hədəflər və tədbirlər )3.3.5. bəndində göstərilir ki ,”qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması”, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması üzrə hədəf istiqamətində görüləcək tədbirlərdən biridir.Amma sertifiktlaşmaya qədər isə ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin yaradılması və tətbiqi nəzərdə tutulub.

Göründüyü ki ,istər beynəlxalq təcrübədə ,istərsə də ölkə qanunvericilində sertifikatlaşmadan sonra müəllimlərin işdən azad olunmasına rast gəlinmir.

Hal-hazırda ölkə təhsilinin ümumtəhsil pilləsində çalışan təhsilverənlərin sertifikatlaşmasından söhbət gedirsə ,işçi heyətin sertifikatlaşması yalnız könüllük prinsipi əsaslnda həyata keçirilə bilər.

Müəllim həmkarlarımız deyəcək ki, Diaqnostik Qiymətləndirilməyə başlayanda guya könüllük prinsipi ilə başlanılmışdı və 2017-ci ilin yay ayları bu könüllüyün arxasında nələr durduğunu göstərdi. İstər possovet məkanında ,istərsə də sertifikatlaşmadan istifadə edən digər ölkələrin təcrübəsində məcburi sertifikatlaşma yoxdur.Sertifikatlaşmanın sonunda Eşqi Bağırovun elan etdiyi kimi işdən azad edilmə yoxdur.

Tarixi öyrənmək ona görə vacibdir ki, keçmişdə buraxılan səhvlərdən nəticə çıxardaraq ,onların təkrarlanması etimalı azalır.   2017-ci ildə Diqnostik Qiymətləndirmənin nəticələrinin spikulyasiya edilərək müəllimlərə "divan” tutulması ,ictimai narazılığı bilərəkdən artırmaq cəhdləri bir çoxlarında görünür nəticə çıxartmaq bacarığının olmaması sertifikatlaşma zamanı da eyni səhvlərin təkrarlanması ehtimalını artırır.

Allah Azərbaycan müəllimini, onun böyük dayağı olan cənab Prezidenti və təhsil işçilərinin himayadarı olan Mehriban xanımı qorusun !
 
 Elşən Qafarov Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru
 




Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Bu müəllimlər imtahan verəcək

Bu müəllimlər imtahan verəcək