AzTehsil.com


Xəbərlər
02 iyul 2022
884


Etibar Əliyev təhsildə baş verən hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib




“Təəssüf edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etikadan kənar ifadələr işlədən bir şəxs rəhbərlik edir. Halbuki, həmin şəxs yalan danışır. O, kimlər tərəfindən idarə olunduğunu etiraf etməlidir. Məhəbbət Vəliyeva çox yaxşı bilir ki, liseylərə və şəhərin mərkəzində olan məktəblərə hansı əsaslarla şagird qəbulu aparılır. O, həmin işlərin mərkəzində duran adam olduğu üçün, rəhbərlik etdiyi idarədə baş verən ikitirəlik, qarşıdurmalar barədə çox yaxşı bilir”.


AzTehsil.com Reyting.az -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın söylədiklərinə cavabında deyib.


E. Əliyev Redaktor.az-a açıqlamasında M. Vəliyevanı kənar qüvvələrə işləməkdə də ittiham edib: “O qadın kənardan – “5-ci kolon”un nümayəndəsi, vaxtilə Təhsil nazirinin müavini olmuş Məhəbbət Vəliyeva tərəfindən idarə edilir, amma bu ona icazə vermir ki, etikadan kənar ifadələr işlətsin”.


Deputat qeyd edib ki, Bakı məktəblərinin təchizatı ilə bağlı korrupsiya faktları mövcuddur:


“Xəyalə Əhmədzadə havadarlarının sayəsində bu sahələrə – birinci siniflərə qəbul, bütün Bakı şəhərində yerləşən bağçalar və təhsilin idarə edilməsinə kuratorluq edir. Təhsildə hansı hadisələr baş verir, hansı qruplaşmalar var, layihələrə ayrılan vəsaitlərin necə mənimsənildiyini bütün ölkə bilir. Faktlar əlimdə olmasa, bəyanatlarla çıxış etmərəm. O qadın bu cür neqativ halların artmasında mərkəzi fiqurdur və Bakı məktəblərinin təchizatı ilə bağlı dəhşətli maxinasiyalardan, deyəsən, xəbəri yoxdur”.


E. Əliyev bir neçə fakt göstərib və araşdırılmasını tələb edib:


“Məktəblərin təchizatında bütün avadanlıqların qiymətləndirilməsinin reallığa uyğunluğu;


Büdcədənkənar daxil olan vəsaitlərin sərfiyyatı;


65 yaşı keçən direktor və müəllimlərin bir qrupunun əmək qabiliyyətinin uzadılmasının səbəbləri;


Son 2 ildə məktəblərə direktor təyin olunanların fəaliyyəti”.


E. Əliyev yuxarıda sadalanan faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.


Onu da qeyd edək ki, Etibar Əliyev Mehriban Vəliyevanın müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olduğunu bildirib. M. Vəliyeva isə deputatın ittihamlarına cavabında deyib:


“Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər onun əlində faktı varsa, biz hazırıq. Bunun üçün hüquq-mühafizə orqanları, rəsmi qurumlara müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi iddia edib deyə bilərəm. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq-mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin”.




Загрузка...
Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Uşaqlar niyə yalan danışır?

Uşaqlar niyə yalan danışır?

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Milli Məclisin deputatı  növbəti xeyriyyə aksiyası keçirib

Milli Məclisin deputatı növbəti xeyriyyə aksiyası keçirib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində