AzTehsil.com


Xəbərlər / Müəllim
10 aprel 2021
1 778


XXI əsrin yeni kitab formatı - ELEKTRON DƏRSLİKLƏR



XXI əsrin yeni kitab formatı -  ELEKTRON DƏRSLİKLƏR

 

Təhsil sis­te­mi­nin sür­ət­li in­­for­masiyalaşdırılması prosesi təhsildə elektron dərslik­lə­rin isti­­fa­­də­sinə həm geniş imkanlar açmış, həm də zərurət yaratmışdır.
 
Elektron dərslik­lər öyrə­nən­lə­rə təhsil pro­se­sində fə­al iştirak et­mək, onların öyrənmə prosesini fər­­diləş­dir­mək, yeni bilik əldə et­mək və öz im­kanlarını qiy­mət­lən­dirmək imkanı ve­rir. Elek­­tron dərslik həmçinin bö­yük həcmdə tədris və tə­lim material­la­rını əha­tə edə­­rək ye­ni tədris metod­la­rı­nın inkişafına təkan verməklə ənənəvi öy­rən­mə for­ma­­la­rı­nı zənginləşdirir. Zaman keçdikcə cəmiyyətdə, ictimaiyyətdə olduğu kimi tədris sahəsində də zəruri keyfiy­yət dəyişiklikləri baş verir.
 
Yaşadığımız pandemiya səbə­bin­dən həyatın bütün sahə­lə­rində olduğu kimi, təhsil sahəsində də fəaliyyətin yal­nız texnologiya­lar­dan istifadə sayə­sində davam etdiril­mə­si zərurəti artıq yeni dünya formatına uyğunlaşmağı diktə edir. Hesab edirik ki, ali və orta mək­təb­lər üçün ha­zır­­la­nan dərsliklərin formatını da dəyişməyin vaxtı çatmışdır. Fikri­miz­cə, artıq ali məktəblərdə metodik, dərs vəsaitləri və dərslik­lə­rin ha­zır­lan­ma­sında elektron və interaktiv formatlara da keçməyin vaxtıdır. Bu gün infor­ma­siya və ra­bi­tə tex­­nolo­giyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliy­yə­tində kom­pü­ter tex­no­logiyalarından effektiv istifadə edilməsidir. Bu fəaliyyətin həyata keçiril­mə­sin­də əsas məsələ təhsilin keyfiy­yə­ti­­­nin yaxşılaşdırıl­ma­­sına imkan yaradan elektron dərs resurslarının ya­ra­dıl­ması və mövcud mənbə­lə­rin modernləşdirilməsindən ibarətdir.

 Hazırda hə­ya­­tımızın ayrıl­maz tər­kib hissə­si­nə çe­vrilmiş informasiya texnologiyaları bir çox elm sa­hə­lə­ri kimi, biologiya el­min­­də də bö­­yük kəşflərə, nai­liy­­­yətlərə gə­ti­rib çı­xa­rmışdır. Biolo­gi­yada gen mühən­dis­­liyi sa­­hə­­sin­də apa­rı­lan işlər infor­ma­siya tex­no­lo­giya­la­rı­nın gü­nü­­­müz­­­dəki dəyərini qiy­mət­lən­dir­məyə im­kan ve­rir. Tədqiqatlar gös­tərir ki, təhsilin mo­dern­ləşdirilmə­si­nin əsas məq­­sədi ona yeni keyfiyyət qa­zan­dı­rıb yeni nə­­ti­cə­lər almaq­­dır. İKT əsasında yeni təh­­sil mü­hi­ti­nin for­ma­laşdırıl­ması və biologiyanın tədri­sin­­də onun me­todik əsasının ay­dın­laş­dı­rıl­ması yeni nə­sil müəl­limlərin hazır­lan­masında pe­şə­karlığın atırılmasına hesablanmışdır. Elek­tron təhsil resurs­la­rı­nın di­dak­tik imkanlarının analizi informasiya təlim mü­hi­­tinin həyata keçiril­mə­si prob­le­mi­nin həllinə istiqa­mət­lən­mişdir. Elektron cihazların köməyi ilə istifadə olu­nan dərs material­larına elek­tron dərs resursları deyilir. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə for­­mat­­larıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasi­tə­silə dərs­­­liklərin is­ti­fadə imkanının olması; əyani vəsaitlərin mövcud­lu­ğu - qrafika, ani­ma­siya, interaktiv fəaliyyət və digər multimedia xü­su­siyyətləri; bö­yük həcmli mə­lumatların saxlanması; mətnlər üzərində qeyd­lə­rin aparılması mümkün­lü­yü; rahat istifadə – axtarış sis­te­mi­nin möv­cud­lu­­ğu; mo­billik – hər yerdə və hər zaman.
 
Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə for­­mat­­larıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasi­tə­silə dərs­­­liklərin is­ti­fadə imkanının olması; əyani vəsaitlərin mövcud­lu­ğu - qrafika, ani­ma­siya, interaktiv fəaliyyət və digər multimedia xü­su­siyyətləri; bö­yük həcmli mə­lumatların saxlanması; mətnlər üzərində qeyd­lə­rin aparılması mümkün­lü­yü; rahat istifadə – axtarış sis­te­mi­nin möv­cud­lu­­ğu; mo­billik – hər yerdə və hər zaman. Elektron dərsliklər istifadəçilərin təh­sil prosesində fəal iş­tirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır.

 Dünyada çoxdan təsdiqini tapmış onlayn və offlayn universitetlərin yaradılması, kadr potensialı ilə təmin olunması problemləri artıq qarşıda həllini gözləyən aktual problemlərə çevrilmişdir. 2014-cü ildə Cənubi Koreya universitetləri ilə tanışlığımız universitetlərdə gələcəyin kadrlarını yetişdirməkdə gecikməməyi öyrətdi. Bunun üçün müxtəlif beynəlxalq səviyyəli kurs və treyninqlərdə iştirak edilməsi perspektivləri dəyərləndirilməlidir.

Düşü­nürük ki, fənlər üz­rə elek­­tron kitabların hazırlan­ma­­sı eyni za­­manda bir neçə kitabın bir arada istifa­də­sinə, anında is­tə­nilən mə­lu­ma­­tın təkrar edilmə­sinə im­kan yaradar. Xüsusilə, biologiya fənlərinin tədrisi və öy­rə­nil­məsi zamanı bu cür E-book­ların is­ti­fadəsi yüksək səmə­rə verər. Artıq in­­­­­te­raktiv, elek­­tron dərs və me­­todik vəsait­lə­rin, dərsliklərin tərtibi za­­­manı bu faktorlar nə­zə­rə alınmalıdır. Belə olduqda tə­biətşü­nas­lıqdan tutmuş, ümu­mi bio­lo­gi­ya­ya qə­dər elm sahəsini təş­kil edən bu cür elektron kitablarda öy­rənənlər is­tə­­­nilən bioloji fakt və ha­di­səni tək­rar öyrənə, ya­­xud müqayisə edə bilmək im­ka­nı­na malik olacaqdır. Ya­xın gə­ləcəkdə elek­­tron ki­­tab­la­rın tədris sahə­si­nə geniş şə­kil­də daxil olacağına inanırıq. Çünki, bütün bu im­kan­ları təd­ris pro­se­sinə qa­zan­dıran YTT (yeni təlim texnologiyaları) səmərəsini get-gedə artır­maq­­da­ və zərurətə çevirməkdədir. Ənə­nəvi ka­gız kitablarla elektron kitabları mü­qayisə etsək: «1.Elek­tron ki­tab­da mətndə ax­ta­rış, böyük is­ti­nadlara keçid, qeyd və seçmə təsvir edilə bi­lər; 2.Bir qur­ğu­da 1000-dən artıq kitab saxlanıla b­i­lər; 3.Ki­çik həc­­m və ölçüyə ma­lik ol­du­ğu üçün da­şı­nması asandır; 4.Şrif­tin forma­sı­nı və öl­çü­sü­nü dəyişmək müm­­­­kün­­­dür; 5.Anima­si­ya­lı şəkil­lərə, mul­ti­me­di­yalı təqdi­matlara ba­xmağa im­kan verir; 6.Elek­tron kitabın ka­ğız kitab­dan baha ol­masına bax­mayaraq, elek­tron mətn kağız mətn­dən xey­li ucuz­­dur; 7.Daxili proq­ram­lar, nitq sinteza­tor­la­rı, mətni səs­lən­­dirməyə im­­kan verir və s. Elek­­tron kitabların di­gər özəlliyi isə oxu­cu­­­nu dinləyiciyə cevirmək xüsu­siy­yətidir ki, bu da müx­təlif varianlarda öyrə­nə­nin işi­ni yüngülləş­dir­mə­yə xid­mət edir. Bu vasitə ilə XXI əsr insanını daha çox elmi və bə­dii ədəbiy­yat­la­rın oxu­n­ma­­sına istiqamət­lən­dirmək müm­kün­dür. Hə­qi­qə­tən də internetdən, elek­tron re­­surs­lardan isti­fa­­də edənlər üçün elektron kitab­lar­ daha cəlbedici hesab olunur. 

  Məlumdur ki, Elek­tron Təh­sil Re­surs­­la­rı (ETR) – tədris məzmunlu elek­tron for­ma­dır və onları səs­­lən­dir­mək üçün müx­­­tə­lif elek­tron me­xa­nizm və ma­­şınlar­dan istifadə edilir. ETR-lər adi dərs­likdən fərq­­lə­­nir və interaktivliyi isə şa­­gir­din müs­­tə­qil işləmə­si­ni təmin edir. ETR - mətn, teks­toq­ra­fik və mul­time­di­­­aya ay­­rı­lır. Elektron re­surs­­ların müxtəlif isti­fa­də formaları keçi­lə­cək ma­terialın həm mətn variantını, həm eyni zamanda mətn və di­aq­­ram, şəkil, cəd­­­­vəl şək­lin­də, həm də mul­ti­medialı təq­di­mat ki­mi, illüstra­si­ya­lar, səsli, tərki­bin­­­də video, animasiya, au­­dio, məzmun və interaktiv üsullardan is­ti­fadəsinə imkan ya­ra­dır.
 
Tə­lim məq­səd­lə­rinin ye­­rinə ye­tiril­­mə­sin­­­də va­cib şərti təlimin məzmu­nu­nun uy­­ğun ol­ma­sı­nın təmin edil­­­­məsi və yeni stan­dart­la­rın qəbul olun­­­ma­­sı­, infor­ma­siya tex­no­lo­gi­ya­­­la­rı­nın öy­­rə­­nil­məsinə geniş yer veril­mə­sidir. Təlim texno­lo­gi­ya­larının durmadan tək­mil­ləş­məsi təd­­­ris pro­­se­sinə hər ke­çən gün yeni imkanlar yaradır. Yaxın il­­lərdə kütləvi xarakter daşı­ya­ca­ğına inan­dı­­ğımız «Elektron ki­tab və ya E-book - 16 Mb elektron ki­tab fləş-yad­­da­şın kö­mə­yi ilə 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli ki­­tabı yad­daş­­da sax­la­mağa qadirdir. Micro­soft Word mətn redak­tor­la­rın­da yaradılan DOC forma­tın­da, HTML və ya ZIP, RAR, ARJ mətn­­ləri HTML dilinin vasi­tə­silə müxtə­lif freym struktur­la­rın ya­ra­dıl­ma­­sı, mətn və şəkillərin forma­laş­dı­rıl­ma­sı, siyahı və cəd­­vəl struk­tur­la­rı­nın təş­kil edil­­mə­si, şərh və is­ti­­nadların da­xil edil­məsi əsa­sın­da ya­­­radılır.
 
İKT-nin sürətlə inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiy­yət­li, sə­mə­rəli dərs təşkil etmək üçün texnologiyalardan istifadəyə üstünlük verməlidir. Eyni zaman­da elektron dərsl­ərin gerçəkləşməsi bir çox layihələrin ya­ran­ma­sı­na səbəb olmuş­dur. Buna misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elek­tron kitabxanalar, elek­tron test sistemi, elektron təhsil və s. elektron xidmətlər bu günki təhsil sis­te­mi­mi­­zin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiyanın əha­­təsi da­ha da genişlənir və əlçat­maz ob­yektlər öyrənənlərin canlı müşa­hi­də­si­nə çevrilir. Elektron tədris vasitələrin­dən is­tifadə zamanı sinfə gətirilə bilmə­yən, yaxud ta­pıl­mayan əyani vəsaitləri asan­lıq­la izləmək mümkündür. Mənfi cəhətlərindən biri isə isə tez-tez hazır material­lar­dan istifadə edil­dik­də yaradıcı təxəyyülün inkişafını ləngitməsidir. Bu baxımdan dərs prosesinin təşkilində möv­zu­ya uyğun metod və üsul­ların seçilməsi, dəyiş­di­ril­mə­si, əyani vəsaitlərdən istifadə, interaktiv reji­min yaradılması vasib şərt­lər­dən­dir. 

  Elektron, yoxsa ənənəvi kitab? İntern­e­tin geniş im­kan­ları artıq ənənəvi ki­tab­la­ra da təsir göstərmişdir. Belə ki, müasir dövrdə inter­ne­tin zən­gin infor­ma­si­ya ehti­yat­ları ilə ya­na­şı, kağız kitab­ları əvəz­­­ləyən elek­tron for­mat­da kitabların, elektron kitabxana və ensiklopediyaların mey­dana gəl­məsi həyatın bütün sahələrinə təsir etməkdədir. Xüsusən də yeni nəs­lin adi kitab­lar­dan daha çox elektron ki­tablara üstün­lük verməsi inter­ne­tin müəyyən qədər ki­tab­ların yerinə keçəsəyi ehtimalını artırır. Hazırda planşet və digər mobil cihazlardan elektron kitab oxu­yanların sa­yı kitabxanalarda kitab axtaranlardan çoxdur.
 
  Bəs elektron kitablar həqiqətən də ənənəvi kitabları əvəz edə bilərmi? Və nə üçün gənclər elektron ki­tablara da­ha çox üstünlük verirlər? Əksəriyyət belə hesab edir ki, məh­sul olaraq elek­tron və kağız ki­tabın fərqi yoxdur. Lakin elektron kitablar daha rahat və mü­na­­sibdir. Əlbəttə za­man keçdikcə elektron cihazlarla kitab oxunması rahat ol­du­ğundan bəziləri üçün ka­ğız kitabları əvəzləyəcəyi müm­kün­dür. Bəzi tədqiqatçılar isə he­sab edir ki, dün­yada olduqca aktual olan elek­tron kitablar elektron qurğular va­sitəsilə daha da geniş yayılmaqdadır. Bütün bunlar ölkəmizdə də elektron ki­tab­lara tələbatı ar­tır­dı­ğın­dan bu sahədə müəy­yən çatışmazlıqlar nəzərə çarpır. Bu boşluğu aradan qal­dır­maq üçün ali mək­təb­lərdə professor-müəllim heyəti hazırladıqları dərslik və dərs vəsaitlərini elek­tron for­mata keçirmək üzərin­də düşünməlidirlər. Bəzi mütəxəs­sis­lər iddia edir ki, elek­tron kitabların çoxal­ma­sı, kağız nəşrlərin sayının azalması isə ağacları kə­silməkdən qoruyacaqdır.

   Bundan başqa, elektron dərsliklərdə axtarış funksiyaları möv­cud­­­dur ki, bu da xüsusi məlu­mat­ların axtarılması prosesini sürətləndirir və asan­­­­­­­­­laşdırır. Elektron dərs­liklər asanlıqla daşınan cihazlarda, o cümlədən kom­­­­­­­­pü­terdə, lep­top, planşet və mobil telefonlarda istifadə oluna bilir. Elek­tron kitabda fayl dedikdə oraya - şəkil, qrafik, diaqram, səs də daxil edi­lə bi­lər. Elektron kitabları planşet kompüter sinfinə da­xil etmək olar. Plan­şet fərdi kom­püterin adi kompüterdən fərqi onun məhdud funk­siyaları av­tonom iş za­ma­nı geniş vaxta malik olmasıdır. Müasir elektron kitab­lar adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olur­lar ki, bu da istifadəçinin təlabatlarını daha çox ödəyir. Ali məktəblərdə tələbə­lə­rin seminara hazırlıq, sər­bəst işlərin hazırlanması zamanı verdiyimiz tapşırıqlar nəticəsində multimedialı təqdimatların hazırlanması və nümayişi bacarıqlarının for­ma­laşdırılması onların orta məktəb təc­rü­bə­lərində pedaqoji prose­sin interaktiv üsul və texnologiyalarla təşki­lində mü­hüm rol oynayır.

Artıq elek­­tron tə­lim resurs­la­rı­­nın (ETR) di­dak­tik imkanlarının analizi informasiya təlim mü­hi­­tinin həyata keçi­ril­­­mə­si prob­le­mi­nin həllinə istiqa­mət­lən­mişdir. Bu sahədə rəqəmsal kitabxanaların, elektron ensiklopediyaların da rolu bö­­yükdür. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiya­la­rı­na, o cümlədən bu istiqamətdə potensiallı kadrlara da ehtiyac yaranmışdır. Bu səbəbdən istər ali təh­sil müəssisələ­rin­də tələbələrin, istərsə də orta məktəblərdə şagirdlərin müasir təhsil stan­dartlarına uyğun hazır­lan­ma­sı qar­şı­da duran əsas vəzifələrdən biridir. Həmçinin öyrənənlərin tədqiqatçılıq meyllərinin və yaradıcılıq potensialının inkişafı da nəzərdən qaçırılmamalıdır. Cəmiyyətlərin inkişafı təhsilə qoyulan yatırımlardan asılıdır. Bu işdə pro­fessor-müəllim heyəti yeni­lik­ləri iz­lə­yən, müasir, dünya təcrü­bəsindən xə­bər­dar, ən yeni texnologiya­lar­dan isti­fa­də etmək potensialı­na malik olmalı və bu­na xüsusi səy göstərməlidirlər.
 
Son aylar yaşadığımız problemlər bütün dünyada modern texnologiya və proqramlardan istifadənin zərurətini dərk etdirməklə yanaşı, müxtəlif sahə mütəxəssislərinin öz sahəsində yeniliklər etmək məcburuyyəti yaratmışdır. Qədəm qoyduğumuz yeni dünyada bizi hansı sürprizlərin göz­lə­diyini bilməsək də perspektiv planların hazırlanmasına başlamalıyıq. Bunun üçün də yeni formatda yaşamağa uyğunlaşmaq tələbinə şəxsi fəaliyyətlə cavab verilməlidir. Bu səbəbdən  Azərbaycan dövləti istifadəmizə geniş imkanlar vermişdir. Naxçıvan MR və Naxçıvan Dövlət Universiteti, bütövlükdə Azərbaycan cəmiyyəti bütün dövrlərdə müxtəlif sahələrdə ilklərə imza atmışdır. Ümidvarıq ki, XXI əsrin təhsil sisteminə də öz töhfələrimizi verəcəyik.
 
Zərövşən Babayeva Naxçıvan Dövlət Universiteti Zoologiya kafedrasının dosenti pedaqogika üzrə elmlər doktoru



Загрузка...
Həmçinin oxuyun:
Ye­ni dərs ili: Mək­təb­li­lə­ri han­sı ye­ni­lik­lər göz­lə­yir?

Ye­ni dərs ili: Mək­təb­li­lə­ri han­sı ye­ni­lik­lər göz­lə­yir?

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

"Ma­gis­tra­tu­ra üz­rə qə­bul yer­lə­ri­nin bə­zi ix­ti­sas­lar üz­rə boş qal­ma­sı tə­bii hal­dır"-ekspert rəyi

"Ma­gis­tra­tu­ra üz­rə qə­bul yer­lə­ri­nin bə­zi ix­ti­sas­lar üz­rə boş qal­ma­sı tə­bii hal­dır"-ekspert rəyi

Nazir: Bə­zi ailə­lər­də distant təd­ri­sə qo­şu­la bil­mə­yən­lər var

Nazir: Bə­zi ailə­lər­də distant təd­ri­sə qo­şu­la bil­mə­yən­lər var

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

“Qə­lə­bə dərs­lə­ri”nin tədris ilə bağlı AÇIQLAMA

“Qə­lə­bə dərs­lə­ri”nin tədris ilə bağlı AÇIQLAMA

6 aylıq uşağa kitab oxunarmı?

6 aylıq uşağa kitab oxunarmı?

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Pedaqoji prosesin mərhələləri

Pedaqoji prosesin mərhələləri

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

Təlim prosesində məsələ və ondan istifadə formaları

Təlim prosesində məsələ və ondan istifadə formaları

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Suallar və onların təlimdə yeri

Suallar və onların təlimdə yeri

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Elektron lövhə və tədris prosesində interaktiv testlər

Elektron lövhə və tədris prosesində interaktiv testlər

Təhsil Nazirliyinin portalına 1300-ə yaxın videodərs yerləşdirilib

Təhsil Nazirliyinin portalına 1300-ə yaxın videodərs yerləşdirilib

Teledərslərə start verilir

Teledərslərə start verilir

Elektron dərslik portalında 39 dərslik yenilənib

Elektron dərslik portalında 39 dərslik yenilənib

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Dərsin təşkili...Debatlar - Çarpaz müzakirə

Dərsin təşkili...Debatlar - Çarpaz müzakirə