AzTehsil.com
RU


Xəbərlər / Müəllim
13 aprel 2020
3 927


Elektron lövhə və tədris prosesində interaktiv testlər



Elektron lövhə və tədris prosesində interaktiv testlər

 

Hazırda bütün sahələrdə çalışan mütəxəssislər informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək, onlardan düzgün istifadə etmək bacarığına malik olmalıdırlar. Tədris prosesində elektron lövhələrdən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir.

Elektron lövhə – tədris prosesinin müəllim və şagirdin aktivliyi şəraitində aparılmasını təmin edən bir qurğudur. Ona bəzən "Ağıllı lövhə”  də deyirlər. Elektron lövhə vasitəsilə dərs prosesini maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə qurmaq mümkündür. Elektron lövhə vasitəsilə qurulmuş dərslər şagirdi işləməyə, düşünməyə, tədqiqatçılığa, yaradıcılığa, tənqidi və yaradıcı təfəkkürün inkişafına şövq edir. Bu lövhədə bütün əməliyyatları elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla interaktiv rejimdə aparmaq olar. "Ağıllı” lövhənin üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri  kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək rahatdır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Yəni, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış olur və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana  kimi təkrar-təkrar kompyuterdə izləyir.

Elektron lövhənin üstün cəhətlərindən biri də onda  animasiya effektinin yaradılmasıdır; dərs nümunələri hərəkətli şəkillərlə, obyektlərlə zənginləşdirilir.

Bütün sistem dörd elementdən ibarətdir:
Elektron sensor lövhə
Proyektor
Lövhəni idarəetmə pultu
Noutbuk və onun üçün çıxış.
Təhsil müəssisələrində müxtəlif növ elektron lövhə proqramlarından istifadə olunur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

Promethean lövhələr üçün Activinspire proqramı;
Mimio lövhələr üçün Mimio Studio proqramı;
İnteractive Whiteboard lövhələr üçün İnteractive Whiteboard Software;
SmartBoard lövhələr üçün Smart Notebook proqramı və s.
Bu gün elektron lövhələr olmadan müasir təlim prosesini təsəvvür etmək mümkün deyil.

Elektro lövhə lə keyfiyyətcə yeni səviyyəli dərs hazırlamaq və onu yüksək səmərə ilə təşkil etmək ancaq proqram təminatından tam və bacarıqla istifadə şəraitində mümkündür. Elektron lövhənin proqramı rəqəmsal məhsul yaratmağa imkan verir ki, bu da şagirdin dərketmə prosesinə və müstəqil işə tam qoşulmasına şərait yaradır.

Sözügedən lövhə proqramlarında, xüsusilə Smart Notebook proqramında interaktiv testlərin yaradılması tədris prosesini maraqlı, zəngin və yaddaqalan edir. İnteraktiv sözünün mənası "qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Analoji olaraq interaktiv testlər də qarşılıqlı fəaliyyət əsasında qurulan testlər anlayışına gətirib çıxarır. İnteraktiv testlərin yaradılması fənlərarası inteqrasiyanın təşkilini təmin edir.
Müxtəlif dərs nümunələrinə aid interaktiv testlərin yaradılması texnologiyasına baxaq.

Məsələn, Azərbaycan dili dərsində "Saitlər və samitlər” bölümünü tədris edərkən burulğan interaktiv testlərdən istifadə etmək olar (şəkil 1)
 

Elektron lövhə və tədris prosesində interaktiv testlər

 

Şəkil 1. Burulğan test

Smart Notebook proqramında müxtəlif fənlərə tətbiq edilə bilən interaktiv kublardan istifadə edilir. (şəkil 2)
Şəkil 2. İnteraktiv kub

Riyaziyyat dərsinə aid interaktiv testdə 10 suallıq quiz tərtib olunur. Bu testdə şagird birbaşa  elektron lövhədə suallara interaktiv olaraq cavab verir, cavabının səhv və ya düz olduğunu lövhədə görür və nəticə 100 ballıq sistem üzərindən qiymətləndirilir. (şəkil 3)
Şəkil 3. Quiz test

İngilis dili dərsində də "lövhələri düzgün yerləşdir” interaktiv testindən istifadə edərək şəkillərə uyğun lövhələri şagird yerləşdirir, səhv və ya düzgün olduğunu elektron lövhədə görür. (şəkil 4).

Elektron lövhə və tədris prosesində interaktiv testlər

 

Şəkil 4. "Lövhələri düzgün yerləşdir” testi

İnformatika dərsində anaqram interaktiv testindən istifadə etməklə dərsə aid yeni anlayışları şagirdlər üçün yaddaqalan etmək olar. Bu testdə müəyyən vaxt ərzində topları düzgün yerləşdirmək lazımdır. (şəkil 5)
 

Elektron lövhə və tədris prosesində interaktiv testlər

 

Şəkil 5. Anaqram test

Yuxarıda göstərilən interaktiv testlərin hamısını istənilən fənnə və ya dərsə tətbiq etmək olar. Bütün bunlar dərslərin  şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir

Səminə Rüstəmova

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi
 



Загрузка...
Həmçinin oxuyun:
Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

Fəal-interaktiv təlim

Fəal-interaktiv təlim

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

İnteqrasiyanın dərslərdə rolu  Tövsiyyə

İnteqrasiyanın dərslərdə rolu Tövsiyyə

Fəal-interaktiv təlim

Fəal-interaktiv təlim

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

İnteraktiv təlimdə iş üsulları- DİSKUSİYA

İnteraktiv təlimdə iş üsulları- DİSKUSİYA

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

İnteraktiv təlim metodu ilə keçilən dərslərin  mərhələləri - REFLEKSİYA

İnteraktiv təlim metodu ilə keçilən dərslərin mərhələləri - REFLEKSİYA

İnteraktiv təlimin üsulları -«Klaster», «İnsert», «Blum taksonomiyası»

İnteraktiv təlimin üsulları -«Klaster», «İnsert», «Blum taksonomiyası»

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

İnteraktiv təlimdə iş üsulları- VƏZİYYƏT ÜZRƏ PRAKTİKUM

İnteraktiv təlimdə iş üsulları- VƏZİYYƏT ÜZRƏ PRAKTİKUM

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

İnteraktiv təlimdə iş üsulları-QƏRARLAR AĞACI

İnteraktiv təlimdə iş üsulları-QƏRARLAR AĞACI

İnteraktiv təlimdə iş üsulları- ƏQLİ HÜCUM

İnteraktiv təlimdə iş üsulları- ƏQLİ HÜCUM

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-in keyfiyyət elçiləri ilə görüş

"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək

"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək

İnteraktiv təlimdə iş üsulları-AKVARİUM

İnteraktiv təlimdə iş üsulları-AKVARİUM

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib