AzTehsil.com


Xəbərlər
29 mart 2018
2 794


Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu



Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

 

Növbəti tədris ilində fəaliyyətə başlayacaq Hədəf STEM liseyində tədris qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanır.

Bu konseptə görə, elm, texnologiya, mühəndislik və riyaziyyatın "toxunaraq və edərək”, disiplinlərarası inteqrasiya, təcrübələr və proyektlər vasitəsilə öyrədilməsi nəzərdə tutulur. Muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru f.ü.f.d. Şəmil Sadiq liseydə 200 kv.m. sahəsi olan qapalı məkanı muzey üçün ayırdıqlarını bildirir. Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhəbəri isə tanınmış mühəndis Elçin Abbasovdur. Elçin Abbasov həm də muzeydəki təcrübələri bilavasitə hazırlayır.


Liseyin elmi məsləhətçisi Yalçın İslamzadənin bildirdiyinə görə, STEM təhsili adı altında bir çox hallarda mühəndislik və texnologiyanın yarandığı zəminin təbiət elmləri, riyaziyyat və informatika olduğu unudularaq sadəcə son mərhələ, bəzi hazır hissələrdən müəyyən proyektlər ortaya çıxarmaqla, əvvəlcədən bilinən nəticələrə gəlmək üzərində qurulur və fundamental elmlərin əsas prinsip və qanunlarını dərindən öyrətmək unudulur. Məhz bu prinsiplərin işləyişini konkret təcrübələr üzərindən görünür etmək üçün fənn laboratoriyaları ilə birlikdə liseydə elm muzeyinin də qurulması qərara alınıb. Hazır məhsulları alıb muzeydə quraşdırmaq və onları şagirdlərə toxunmadan, uzaqdan nümayiş etdirmək əvəzinə, yerli imkanlarla və dinamik eksponentlər hazırlamağa üstünlük verilib. Beləliklə, şagirdlər dinamik eksponentlərə toxuna, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri və qarşılıqlı çevrilmələri müşahidə edə biləcəklər.

Muzeyin birinci mərhələsinin açılışı Aprel ayı üçün nəzərdə tutulur. Açılış günü və həmin tarixdən etibarən şagirdlər muzeyi ziyarət edə, muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumatlar ala bilərlər. Lisey rəhbərliyi əmindir ki, İnteraktiv Elm Muzeyini ziyarət etmək şagirdlər üçün unudulmaz təcrübə olacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.



Загрузка...
Həmçinin oxuyun:
Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Müslüm Maqomayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində xatırlanacaq

Müslüm Maqomayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində xatırlanacaq

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Qərbi Kaspi Universitetində Texnopark qurulur

Qərbi Kaspi Universitetində Texnopark qurulur

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

Martın 13-də Göygöl rayon Texniki təbiət fənləri təmayüllü liseydə Skautların təqdimatı keçirilib

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Bakıda məktəb-liseydə RÜŞVƏT QALMAQALI - Direktorun otağına girdi və...

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-in keyfiyyət elçiləri ilə görüş

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

9-cu siniflərin buraxılış imtahanları başa çatdı - Birinci mərhələ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

Fənn olimpiadalarının nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq

Fənn olimpiadalarının nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq