AzTehsil.com


Xəbərlər / Kitabxanaçı / Mədəniyyət
26 yanvar 2018
3 914


MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub



MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış "Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı  kataloq daxil olub. Kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir.

 

Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir.


Qeyd edək ki, qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədiləAzərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulmuşdur. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.


 Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilmişdir.


Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, "Arxeloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına ziddir. 


Şuşa Azərbaycan mədəniyyətinin beşiyi olub. Həm də Şuşa torpağının yetişdirdiyi yüzlərlə mədəniyyət, maarif və elm xadimləri Azəbaycan tarixində silinməz izlər qoyublar. Azərbaycan Xalça Muzeyinin dönə-dönə bu mövzuya toxunması Qarabağın, xüsusən də Şuşanın talan edilmiş tarixi incilərini, maddi-mədəniyyət abidələrini təqdim etməkdə məqsədi dünya ictimaiyyətinə bir daha həqiqəti, ermənilərin vandalizmini göstərməkdən ibarədir. Bu, həm də Qarabağın tarixinə qüssəli səyahətdir. Bu yola Şuşadan başlamaq daha doğru olardı...


Qeyd edək ki, MEK-ə Azərbaycan Xalça Muzeyindən "Azerbaijan Carpet Museum” - Азербайджанский Музей Ковра” və "Lətif Kərimov Azərbaycan Xalça Muzeyinin kolleksiyasından” kitabları da daxil olub.




Загрузка...
Həmçinin oxuyun:
ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar

“Nəcib qızlar klubu”nun azyaşlı üzvləri bədii tikmə və naxışvurma sənətini yaşadırlar

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

Magistraturaya sənəd verənlərin nəzərinə

Magistraturaya sənəd verənlərin nəzərinə

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...