AzTehsil.com


Xəbərlər / Pedaqoji nəşrlər / Kurikulum / İnnovasiyalar / Müəllim
12 iyun 2018
7 226


Suallar və onların təlimdə yeri



Suallar və onların təlimdə yeri

 


Şagirdlərin bilik və fəaliyyət üsullarını böyüklərin köməyi ilə mə­­nimsəməsi heç də onların təfəkkür müstəqilliyini istisna etmir, ək­sinə tələb edir. Əks təqdirdə biliklərin mənimsənilməsi sırf for­mal, səthi, düşünülməmiş, mexaniki işə çevrilərdi. Bəşəriyyətin ta­ri­xi inkişafı gedişində həm biliklərin mənimsənilməsi, həm də ta­mamilə yeni biliklərin əldə edilməsi üçün fikri fəaliyyət zəruri əsas­dır. Bu çətin təkzib oluna biləcək mülahizədən sualın təlimdə rolunu və yerini görmək çətin deyildir. Hafizədən təfəkkürə keçid, təfəkkür pro­sesi bütövlükdə məhz sualla bağlıdır. Bu münasibətlə professor Ə.Bay­ramov yazır ki, təfəkkür cisim və hadisələr arasındakı müx­təlif əlaqələri əks etdirdiyi üçün hər bir konkret halda məhz həmin əla­qələri tapmağa, axtarmağa yönəlmiş olur. Həmin axtarış, adətən, mü­vafiq söz siqnallarına cavab olaraq meydana çıxır.
 Belə siqnal su­al­dır.
 
Sualı ya insanın özü qarşıya qoyub ona cavab axtarır, ya da baş­qası irəli sürür. Təfəkkür həmişə sualdan başlayır. Suala cavab­ax­tarma prosesində cisim və hadisələr arasındakı əlaqə və müna­si­bət­lər əks etdirilir. İnsanın fəaliyyəti dərk olunmuş məqsədi ilə əla­qə­dar olaraq tənzimlənir. Məqsədinə uyğun olaraq dərketmə, də­yiş­dir­mə fəaliyyəti zamanı o, mərkəzi suala istiqamətlənən yardımçı su­al­ları, mərkəzi sual formalaşdıqdan sonra onun açılışına yönələn di­gər sualları irəli sürür və tapdığı cavablar əsasında biliksizlikdən bi­liyə doğru irəliləyir. Təlim prosesində məktəblinin qeyd olunan xa­rakterə malik dərketmə və dəyişdirmə fəaliyyəti müəllimin rəh­bər­liyi altında xüsusi şəraitdə həyata keçirilir.
 
Təlim prosesində su­al­lar məqsədə və bu prosesin mahiyyətinə uyğun olaraq spesifik xa­rak­terə və funksiyalara malik olur. Bir çox müəlliflər, o cümlədən M.İ.Max­mutov göstərir ki, şagirdlərin idrak fəaliyyətinin aktivləş­mə­sində suallar, bəlkə də, birinci dərəcəli əhəmiyyətə malikdir. Su­al­lar təlim prosesində biliyin əldə olunmasının vasitəsi kimi qə­dim­dən tətbiq olunmaqdadır...
 
"Sokrat öz yetişdirmələrinə biliyi hazır şə­kildə verməmiş, onları düşündürücü sualların köməyi ilə həqiqəti dərk etməyə doğru istiqamətləndirmişdir. Şagird suala cavab ve­rən­də Sokrat səhvi düzəltmir, əlavə sualların vasitəsilə suala verilən ca­va­bın düzgün olmadığını ona başa salırmış...
 

 

 

Sokratın verdiyi təlimin mahiyyəti bundan ibarətdir: Didaktik və­zifə irəli sürür, həmin vəzifəyə şagirdlərin diqqətini cəlb edirdi. Son­ra müəllim öz suallarını və gətirdiyi nümunələrin köməyi ilə fik­rin inkişafını istiqamətləndirir, alınan cavablar isə şagirdin dü­şün­cə tərzi, fikrin real inkişafı haqqında müəllimə lazımi infor­ma­si­ya verirdi. Burada müəllimin məqsədi, yəni irəli sürülmüş didaktik və­zifə, şagirdin öz məqsədinə çevrilir, müəllimlə şagird arasında fə­al əlaqə yaranır, şagirdin idrak fəaliyyəti müəllimin suallarının va­si­­təsilə idarə olunurdu” .

N.Q.Dayri suallardan təlim prosesində istifadə olunması ba­rə­də me­todik aspektli mülahizələrində göstərir ki, suallar az vaxt sərf et­mək­lə şagirdlərin inkişafı üzrə çox müxtəlif işləri aparmağa imkan ve­rir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq suallar əvvəl öy­rənil­miş biliklərin möhkəmliyini, şagirdin hafizəsini, onun diqqətini yox­la­mağa istiqamətlənə bilər .

Suallar vermək yolu ilə şagirdi faktların təhlilinə cəlb etmək, yə­ni hadisənin əvvəl öyrənilmiş hadisə ilə oxşar və fərqli cəhətlərini aş­kar etməyə yönəltmək, nəticə çıxarmaq, ümumiləşdirməyə təhrik et­mək, müxtəlif asılılıqları tapmaq və məntiqi əməliyyatları yerinə ye­tir­mək işinin iştirakçısına çevirmək mümkündür. Müəllim suallar va­si­təsilə dərketmənin əməliyyat cəhətlərini aşkara çıxarır.
 
O, sual­lar qoymaqla müqayisə, ümumiləşdirmə, sistemləşdirmə əməliyyat­la­rın­dan məktəblinin müstəqil dərketmə prosesində istifadə etməsini asan­laşdırır. Suallar şagirdin fikri fəaliyyətini biliksizlikdən biliyə doğ­ru yönəldir. Odur ki, öyrəniləcək materialın məzmununun açıl­ma­sına kifayət dərəcədə yönələn suallar sistemini irəli sürmək vacib mə­sələlərdən hesab olunmalıdır.

Akademik M.M.Mehdizadə evristik və ya qismən axtarış me­to­dunun mahiyyəti ilə bağlı fikirlərini açıqlayarkən sualın bəzi funk­siyalarına, onun təlimdə rolu və yeri məsələlərinə də to­xun­mu­ş­dur. M.N.Skatkin, İ.Y.Lerner də sualların funkiyasını şərh etməyə ça­lışmışdır. Təlimdə sualların elmi-pedaqoji əsaslarının işlənməsi prak­tikanın tələbidir. Bizim qənaətimizə görə, mükəmməl təlim sis­te­minin imkan daşıyıcıları, o cümlədən suallar funksiyalarını aşağı­da­kılardan asılı olaraq yerinə yetirir: 


Təlim prosesi qarşısında qoyulmuş məqsəddən ; 

Təlim sisteminin fəlsəfi-metodoloji, məntiqi-psixoloji, di­dak­tik əsaslarından; 

Təlim sistemində qarşıya qoyulmuş vəzifələrlə şagirdlərin re­al imkanları arasındakı ziddiyyətdən; 

Alqoritmik və evristik fəaliyyət növlərinin təbiətindən, qar­şı­lıqlı əkslik və asılılıq münasibətlərindən; 

Təlimdə istifadə olunan innovasiyalardan; 

Üstün mövqeyi seçilmiş altsistemin təbiətindən; 

İmkan daşıyıcılarının (təlim sisteminin komponentlərinin) mü­na­si­bət­lərindən. 

Sualların təsnifatı haqqında hələlik yekdil fikir formalaşma­mış­dır. Bəziləri hesab edir ki, suallar məzmununa, dil və intonasiya­sı­na görə qruplaşdırılsın. Bu mövqedə olanlar düşünürlər ki, uyğun ca­vabların alınmasında vurğulanan cəhətlər vacib rola malikdir. Di­gərləri hesab edirlər ki, məqsədinə görə sualları fərqləndirmək daha ef­fektlidir və onları a) bilavasitə uzaqdan istiqamət verən; b) kö­mək­çi; c) düşüncə yaradan növlərə ayırmaq olar. Üçüncülər isə he­sab edirlər ki, suallar iki növ – informasiyalı və problemli ola bilər.

Bir çox hallarda problemi sualla eyniləşdirirlər. Problemlə sua­lın fərqləndirici əlamətini onun vacibliyində və yaxud mü­rəkkəbliyində görürlər. Baxmayaraq ki, burada nə vaciblik , nə də mü­rəkkəblik problemin xüsusiyyətini açmır. Belə ki, çox vacib, çox mü­rəkkəb olan suallar problem olmaya bilər. "Problem” anlayışı ilə "su­al” anlayışı arasında əlaqə olduğunu göstərmək mümkündür, am­ma onları eyniləşdirmək olmaz. Sual didaktik termin olmaqla belə bir mənaya malikdir: şagirdlərin idrak fəaliyyətinin idarə olun­ma­sı və onların aktuallaşdırılması vasitəsidir.

Firədun Nadir oğlu İbrahimov  Rüfət Lətif oğlu Hüseynzadə (PEDAQOGİKA Dərsliyindən)

 





Загрузка...
Həmçinin oxuyun:
Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Motivasiya nədir? - KURİKULUM

Motivasiya nədir? - KURİKULUM

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Təlim prosesində məsələ və ondan istifadə formaları

Təlim prosesində məsələ və ondan istifadə formaları

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Biliklərin tətbiqi - Bacarıq və vərdişlərin formalaş­ma­sına yönələn çalışmalar sistemi

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir

Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir

İnteraktiv təlimin üsulları -«Klaster», «İnsert», «Blum taksonomiyası»

İnteraktiv təlimin üsulları -«Klaster», «İnsert», «Blum taksonomiyası»

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Kurikulumdan 20 TEST

Kurikulumdan 20 TEST

Dərsin mərhələləri - Tədqiqatın aparılması

Dərsin mərhələləri - Tədqiqatın aparılması

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması