AzTehsil.com


Xəbərlər / Ziyalılar / Ekspert
02 mart 2021
1 337


Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar.



 Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar.

 

"Bu gündən öz həyatımı yalnız pedaqoji məsələlərə həsr etməyi qərara almışam."
Konstantin Uşinski (2 mart - 3 yanvar 1871)

Bu günümüzdə təhsilimiz üçün xüsusilə aktual olan və böyük önəm daşıyan "Öyrənməyi öyrətmək" ideyasının banilərindən olan, "Şagirdin müstəqil düşünən başı hər cür faydalı təlimin yeganə möhkəm əsasıdır” deyən böyük ukrayna və rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinskinin həyat yoluna nəzər salsaq görərik ki, o, gəncliyindən dərin zəkası və iradəsi, ən müxtəlif maneələri dəf etmək qabiliyyəti ilə digər həmyaşıdlarından seçilib. 

İlk təhsilini Novqorod-Seversk gimnaziyasında alan Konstantin 21 yaşında Moskva Universitetini qızıl medalla başa vurub. 2 il sonra Uşinski Yaroslavl Kameral Liseyində icraçı professor vəzifəsinə təsdiq olunub. Burada siyasi iqtisad, dövlət hüququ, hüquq tarixi də daxil olmaqla dövlət təsərrüfatı idarəçiliyinə dair bir sıra fənlər tədris olunurdu. Gənc Uşinski özünün elmi və müəllimik fəaliyyətinə xüsusi coşqunluqla başlayıb.
K.Uşinski mükəmməl didaktika sistemi yaradıb. Burada təhsilin məzmununa dair prinsipial məsələlər açıqlanıb, onun uşağın yaş xüsusiyyətlərinə uyğunlaşdırılması əksini tapıb. Psixologiya və fiziologiyanın son nailiyyətlərinə əsaslanan Uşinski uşağın əqli inkişafı xüsusiyyətlərini açıb. Təlimin psixoloji mexanizmlərinin mahiyyətini tədqiq edən pedaqoq diqqətin, yaddaşın, təxəyyülün, emosiyaların, iradənin, düşüncənin psixoloji mexanizmlərinin təhlilini verib, təlim prosesində onların nəzərə alınması və inkişaf etdirilməsi zəruriliyini əsaslandırıb. Uşinski pedaqoq qarşısında "öyrənməyi öyrətmək" və şagirdə həyatda öz yolunu tapmağa kömək etmək vəzifəsini qoyurdu. 

Uşinski deyirdi: "Heç vaxt uşağa yerinə yetirilməsi mümkün olmayanı vəd etməyin və heç vaxt onu aldatmayın. Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar. Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar. Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin əsasıdır. Əgər pedaqogika insanı bütün münasibətlərdə tərbiyələndirmək istəyirsə, onda insanı həm də bütün münasibətlərdə öyrənməlidir.

Tərbiyənin ən vacib hissəsi insan xarakterinin yaranmasıdır deyən Uşinski öz prinsipinə sadiq qaldı. Bir ara xudpəsəndliyə qapımasına baxmayaraq, "Beyinləri səfərbər etməli! İdeyaları işıqlandırmalı... bax, budur bizim məramımız... Xüdpəsəndliyi kənara ataq, gələcək nəsillər üçün çalışaq..." Artıq universitetin son kursunda oxuyarkən Uşinski maarifçi-pedaqoq, maarifçi-demokrat kimi özünün həyat yolunu müəyyən etmişdi. O indi özünün bütün həyati vəzifələrinin icrasına başlamaq üçün bütün qüvvələrini səfərbər edir. Gənc Konstantin qarşısında duran əsas vəzifəni vətənə faydalı olmaqda görürdü. K.Uşinski özü üçün həll etmək istədiyi vəzifəni universiteti bitirdikdən sonra əldə etdi.


Peterburqda heç bir maddi vəsait olmadan sıxıntılarla üz-üzə qalmasına baxmayaraq, tam qətiyyəti ilə onun statusuna cavab verə biləcək iş tapacağına inanırdı. İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar. Hətta yerli qəza məktəbində də Uşinskiyə müəllim yeri tapılmadı. O, tam ümidsizliyə qapılmışdı. Lakin özünün həyat amalı olan elmi işlərini təşkil etmək üçün bütün qüvvəsini səfərbər etməyə çalışırdı. Uşinski yazırdı: "Yenidən özüm üzərimdə, öz xarakterim və qabiliyyətim üzərində sərt nəzarət... Və əgər mən möhkəm iradə göstərməsəm, onda bu tör-töküntülər arasında məhv olacam. Özünü məşğul olmağa məcbur etməyi bacarmaq lazımdır... Uşinski yenidən özündə güc və iradə toplayaraq vətənə xidmət kimi qarşısına qoyduğu müqəddəs missiyanın yerinə yetirilməsinə başladı və beləliklə də Uşinski bütün pedaqoji və tədris işinə rəhbərliyi əlinə aldı.

XIX əsrin 70-ci illərindən başlayaraq çar Rusiyasında olduğu kimi, Azərbaycanda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər - müəllim seminariyaları yaranmışdı. Bu seminariyalar Konstantin Uşinskinin işləyib hazırladığı "Müəllimlər seminariyasının layihəsi" əsasında fəaliyyət göstərirdi. Uşinski pedaqoji prosesdə müəllimin rolunu yüksək qiymətləndirirdi: "Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür".
 K.Uşinski Rusiyada çox haqlı olaraq pedaqogika elminin və xalq məktəblərinin banisi hesab olunur. Onun tərtib etdiyi "Vətən dili" və "Uşaq aləmi" dərsliklərindən Rusiyada bütöv bir nəsil faydalanıb. Demokratizm və xəlqilik Uşinskinin pedaqoji fəaliyyətində əsas istiqamətdir. Azərbaycanın maarifpərvər pedaqoqları, o cümlədən Həsən bəy Zərdabi pedaqoji fəaliyyətində K.Uşinskinin irsindən, xüsusilə onun ana dilinin tədrisinə dair qiymətli fikirlərindən bəhrələniblər. Dil haqqında Konstantin Uşinski demişdir: "Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz". Həsən bəy Zərdabi də ana dilini xalqın varlığı, yaşaması və tərəqqisi üçün qüdrətli vasitə, müstəsna təsir gücünə malik amil sayaraq deyirdi: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir.

Bu gün, Ölkə başçısının da xüsusi olaraq vurğuladığı kimi, "Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz.” Bütün sosial-iqtisadi sahələrdə olduğu kimi təhsil sferasından da yan keçməyən bəşəri panemiyanın bizi üz-üzə qoyduğu məsafədən təhsil şəraitində zərurətə çevrilən "Öyrənməyi öyrətmək” metodunun reallaşdırılması müəllimlərimizdən xüsusi ustalıq və əzmkarlıq tələb edir. Bu baxımdan böyük pedaqoq Konstantin Uşinskinin doğum günündə onun həyat və fəaliyyətindən bəzi məqamları xatırlatmağı və diqqətə yönəltməyi özümə borc bildim...

Nadir İsrafilov




Загрузка...
Həmçinin oxuyun:
Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şagirdlərə fərdi yanaşma prinsipi

Şagirdlərə fərdi yanaşma prinsipi

Gənc nəslin görkəmli şəxsiyyətlərin pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var...

Gənc nəslin görkəmli şəxsiyyətlərin pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var...

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Ailədə  tərbiyəçi kimdir?

Ailədə tərbiyəçi kimdir?

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

"Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir..."

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi