AzTehsil.com


Xəbərlər / Ekspert
28 avqust 2020
1 538


Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”



Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

 

"Hesab edirəm ki,  pandemiya ilə əlaqədar 2020-2021-ci tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev tərəfindən verilən ətraflı məlumatın əlavə şərhə ehtiyacı yoxdur. Çünki, nazirin çıxışında yeni tədris ilində  təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı bütün detallar xırdalıqlarına və incəliklərinə qədər  açıqlanıb, kimlərəsə qaranlıq görünən məqamlarla bağlı suallar imkan daxilində cavablandırılıb”.

Bunu açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekspert Nadir İsrafilov  bildirib. O, dünən Təhsil  naziri Emin Əmrullayevin Operativ Qərargahın brifinqində səsləndirdiyi qərarlar və fikirlərə münasibət bildirərkən bir sıra vacib detallara toxunub:

"Ən başlıcası isə uzun müddətdən bəri geniş içtimaiyyəti düşündürməkdə davam edən narahatçılıq və nigarançılığa son qoyulub – məktəblər açılır. Nə vaxt açılır, necə açılır, bu da artıq təxmini planlaşdırılıb. "Bildiyiniz kimi Azərbaycan Rspubilkasında tədris ili sentyabrın 15-də başlıyır. Bu hələ də qüvvədə olan normadır. Təbii ki, xüsusi şərtlərlə 15 sentyabrda, bütün təhsil müəsissələrində tədris yenidən bərpa olunacaqdır."

Belə bir qənaətə gəlinmə əsasında hazırlanan planlaşdırma kiminsə subyektiv fikirləri əsasında deyil, uzun müddətdən bəri öyrənilən və geniş təhlili aparılan ümumi ictimai rəyin əsasında ərsəyə gətirilib. Çoxları bilməmiş deyil ki, hələ avqustun əvvəlində nazir Emin Əmirullayev İctimai Şuranın üzvləri ilə videkonfrans vasitəsilə ilk görüşünü keçirdi.  Bundan başqa nazirin Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri, özəl məktəb direktorları, hətta bir qrup valideyn və şagirdlərlərlə onlayn formatda görüşləri olub. Bundan başqa, Təhsil İnstitutu araşdırmalar aparıb, təkliflər paketi təqdim ediblər. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası" da təhsil mütəxəssislərinin bilavasitə iştirakı ilə təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfrans keçirib və s. və i.a

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında da birmənalı şəkildə bildirilir ki, məktəblərin açılması ilə bağlı qərarın qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Əgər biz virusun yayılmasına nəzarət edə bilsək, tədris müəssisələrinin açılması həm şagirdlər üçün, həm də orada işləyənlər üçün təhlükəsiz olacaq. Məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqini əhatə edir.

Başqa sözlə, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsipləri gözlənilir.

Lakin bu hələ son deyil. 1 sentyabr 2020-ci il tarixdə saat 17:00-da TAM (Teaching Advancement Matrix) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın birgə təşkil etdiyi "Təhsildə Yeni Çağırışlar" Beynəlxalq Online Forumu keçiriləcəkdir. Maraqlı çıxışlar və müzakirələrin təşkili planlaşdırılır. Yeli mütəxəssislərlə yanaşı xarici qonaqların, o cümlədən PİSA-nın direktorunun məruzəsi dinləniləcək. Bir sözlə müzakirələr  davam edir və Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.

 Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma yekun qərar olmayıb, ümumi rəyə əsaslanan təkliflərdən ibarət təxmini planlaşdırma olsa da, bu gün üçün hələ ki, real variant budur...



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq

Şəraitdən asılı olaraq, biz də əksəriyyət çoxluq kimi dərslərin ənənəvi qaydada başlanılmasının arzusundayıq

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Hesab edirəm ki, 2014-cü ildən yeni mərhələyə qədəm qoymuş islahatçılıq kursu davam etdiriləcək…

Hesab edirəm ki, 2014-cü ildən yeni mərhələyə qədəm qoymuş islahatçılıq kursu davam etdiriləcək…

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb

Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb