“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!
Layihənin məqsədi: Vəzifəyə yeni başlamış məktəb direktorlarının peşəkar inkişafına dəstək olmaq, onları qabaqcıl liderlik təcrübələri ilə tanış etmək və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən direktorları bir araya gətirərək, ölkəmizdəki məktəb idarəçiliyinin qarşısında duran əsas problem və imkanları müzakirə etməkdir.
Format: Layihə həm onlayn, həm də əyani formatda 3 hissədən ibarət olacaqdır. İlk hissədə iştirakçılar 4 müxtəlif mövzuda onlayn təlimlərə qoşulacaqlar. İkinci hissədə ABŞ məktəb direktorları və təhsil ekspertləri ilə peşəkar söhbətlər aparmaq üçün iştirakçılar onlayn sessiyalara qoşulacaqlar. Üçüncü və sonuncu hissədə isə, iştirakçılar Bakıda keçiriləcək iki günlük “Məktəb direktorlarının forumu”-da iştirak edəcəklər. Forumda həm yerli, həmdə xarici təhsil ekspertlərinin iştirakı nəzərdə tutulub.
Layihədə iştirak tamamiylə ödənişsizdir. Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
İlk hissənin təlim mövzuları və təlimçilər:
- ‘Məktəbin strateji planlaşdırılması’ - İlahə Rəsulova, doktorant, təhsilin idarə olunması üzrə mütəxəssis, ABŞ-ın Humphrey proqramının məzunu
- ‘Bərabərlik və inklüzivlik’ - Elnara Məmmədova, inklüziv təhsil mütəxəssisi, ABŞ-ın Purdue universitetinin doktorantura tələbəsi
- ‘Müsbət məktəb mədəniyyətinin formalaşdırılması’- Səbinə Ağayeva, Böyük Britaniyanın Çivininq proqramının məzunu, Xəzər Universitetinin Təhsil departamentinin müəllimi
- ‘Pedaqoji liderlik’ - Cavad Cavadlı, keçmiş məktəb direktoru, Mərkəzi Aran Regional Təhsil İdarəsində Təhsilin keyfiyyəti sektorunun müdiri
Kimlər müraciət edə bilər: Vəzifəsinə son 3 ildə təyin olunmuş Azərbaycanın bütün bölgələrindən olan məktəb direktorları.
Qeyd: Layihə yalnız məktəb direktoru vəzifəsində işləyənlər üçün nəzərdə tutulub.
Müraciət üçün: Müraciət etmək istəyən namizədlər aşağıdakı müraciət formasını doldursunlar və CV-lərini [email protected] ünvanına göndərsinlər.
Müraciət formasının linki: https://forms.gle/1HucMaaFvpSN3QYD6
Müraciət üçün son tarix: 20 Oktyabr, 2022