Xəbərlər
23 avqust 2018
3 301


Nazirlikdən təhsillə bağlı mühüm - AÇIQLAMA

Nazirlikdən təhsillə bağlı mühüm - AÇIQLAMA

 

Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu 20 iyulda başa çatıb.


Təhsil Nazirliyindən verilən məlumata əsasən, tələbələrin köçürülməsinin nəticələri sentyabr ayında elan olunacaq.

Xatırladaq ki, köçürülməsi təsdiqlənən tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir.    

Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru)  şəxsi  işin  göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir.    

Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər.   

Qeyd edək ki, tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır.  

Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir. 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Bu il 1191 tələbə köçürülüb

Bu il 1191 tələbə köçürülüb

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Çətin şərtlər, dolaşıq imtahanlar

Çətin şərtlər, dolaşıq imtahanlar

Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib  Böyüt

Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib Böyüt

Tələbələr hansı hallarda universitetdən qovula, bərpa  ola  və kursda qala bilərlər? – QAYDALAR

Tələbələr hansı hallarda universitetdən qovula, bərpa ola və kursda qala bilərlər? – QAYDALAR

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Qeydiyyatdan keçməyin yolları

Qeydiyyatdan keçməyin yolları

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib