AzTehsil.com


Xəbərlər
05 iyul 2018
5 694


Qeydiyyatdan keçməyin yolları



Qeydiyyatdan keçməyin yolları

 

 
Bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Proses iyulun 20-dək davam edəcək. Tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə elektron qaydada həyata keçiriləcək.

Bəs köçürülmək istəyən tələbələr necə müraciət etməli və qeydiyyatdan keçməlidirlər?

Köçürülmək istəyən tələbə öncə transfer.edu.az portalına daxil olmalı, sistemdə qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifədə olan "sistemdə      qeydiyyatdan keç” bölməsinə daxil olmaq lazımdır. Qeydiyyat üç mərhələdən və sistemin aktivləşdirilməsindən ibarətdir. Prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir. Qeydiyyatın ilkin mərhələsində sistemin təklif etdiyi iki variantdan birini seçmək mümkündür: Azərbaycan və ya Xarici ölkə universitetlərində təhsil alanlar.       

Tələbənin harada oxumasından asılı olmayaraq, qeydiyyatın ikinci mərhələsində öz şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd etməlidir. Əgər, o, əcnəbi universitetdə təhsil alıbsa,  bütün şəxsi məlumatlar əl ilə, manual rejimdə daxil edilməlidir.

FİN kodunu və ATM-ə daxil olduğu ili qeyd etdikdən sonra tələbə barəsində fərdi məlumatlar gəlir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir.

Növbəti mərhələdə, istifadəçi öz mobil nömrəsini daxil etməli və şifrəsini müəyyənləşdirməlidir. SMS bildirişi vasitəsilə telefona dördrəqəmli kod gəlir. Nömrəni təsdiqləmək üçün həmin kod daxil edilməlidir. Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi "Şəxsi səhifəsinə” keçid alır.

Əgər tələbə Azərbaycan universitetlərindən birində təhsil alırsa, sorğunun göndərilməsi üçün təqdim olunan siyahıdakı ali təhsil müəssisəsini seçməli və ixtisasların qeyd olunduğu cədvəldə aidiyyəti ixtisasının qarşısındakı "Sorğu göndərmək” düyməsini basmalıdır. Daha sonra müxtəlif məlumat və sənədlərin yüklənməsi üçün xüsusi formaya malik yeni səhifə açılır.

Köçürülmə üçün sorğu yalnız bir universitet və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari məlumatlar ləğv edilməlidir.

"Cavab gözlənilir” statusu müəyyənləşdirənədək tələbə göndərdiyi sorğunu ləğv edə bilər. Nəticədən asılı olaraq, sonda iki statusu qeyd edilə bilər;

"İmtina edilib” - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda;

"Təsdiqlənib” - proses uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər.

Qeyd edək ki, qeydiyyata hal-hazırda bakalavr səviyyəsində təhsil alan tələbələr buraxılır . Sonuncu tədris ili və ilk tədris ilinin birinci semestrində təhsil alanlar istisnadır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisnadır.

 

Qeydiyyatdan keçməyin yolları

 





Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Bu il 1191 tələbə köçürülüb

Bu il 1191 tələbə köçürülüb

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Çətin şərtlər, dolaşıq imtahanlar

Çətin şərtlər, dolaşıq imtahanlar

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ

Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək? - Nazirlik AÇIQLADI

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək? - Nazirlik AÇIQLADI