AzTehsil.com


Xəbərlər / Cəmiyyət
16 sentyabr 2017
2 829


Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ



 

Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsi səlahiyyətlərini icra edən Elnur Əliyevin müsahibəsi
 
- Transfer.edu.az elektron hansı zərurətdən yaranıb? 
 
- Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vətəndaş məmnunluğunu təmin etmək, şəffaflıq və operativlik kimi əsas vəzifələr bütün dövlət qurumları qarşısında bir tələb olaraq qoyulub. Təhsil Nazirliyi tərəfindən də  təqdim edilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin daha yüksək səviyyədə təminatına imkan yaradır. Bildiyiniz kimi, ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə 2016-cı ildən Təhsil Nazirliyi tərəfindən transfer.edu.az portalı istifadəyə verilib. Təhsilalanlar artıq iki ildir  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək üçün heç bir kənar müdaxilə olmadan bu portalın imkanlarından yararlanırlar.
 
- Transfer.edu.az portalından istifadə mexanizmi necədir?
 
- Portaldan ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, ixtisasını dəyişmək istəyənlər, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistratura səviyyəsində təhsilalanlar istifadə edə bilər. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
 
- Köçürülmək istəyən tələbələr əsasən hansı qaydalara diqqət yetirməlidirlər ?
 
- Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. İldən-ilə portalın fəaliyyəti daha da təkmilləşdirilir və tələbələrin rahatlığı üçün yeni imkanlar yaradılır. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” bu il daha da təkmilləşdirilib və liberallaşdırılıb. Nəticədə bu il portalın imkanlarından yararlanan tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə 1484 tələbə portaldan istifadə edərək öz seçimlərini edib. Bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb. Bir daha qeyd edilməlidir ki, bu fəaliyyətin ana məqsədi  vətəndaş məmnunluğu və rahatlığı, o cümlədən şəffaflığın təminatı sahəsində Təhsil Nazirliyinin üzərinə düşən məsuliyyətdir.
 
 - Hazırda akkreditasiyası bitmiş  bu universitetdə təhsilini davam etdirən tələbələrə hansı tövsiyələr verərdiniz?
 
- Bildiyiniz kimi, 2016-cı ildə "Təfəkkür” Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Lakin "Təfəkkür” Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq. Həmin tələbələr bu məqsədlə transfer.edu.az portalına müraciət edə bilərlər. Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək.




Загрузка...
Həmçinin oxuyun:
Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Təhsil Nazirliyi Təfəkkür Universitetinin fəaliyyətinin bərpası ilə bağlı fikirlərə münasibət bildirib  Böyüt

Təhsil Nazirliyi Təfəkkür Universitetinin fəaliyyətinin bərpası ilə bağlı fikirlərə münasibət bildirib Böyüt

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təhsil ekspertindən xəbərdarlıq: bataqlıqdan qurtulun

Təhsil ekspertindən xəbərdarlıq: bataqlıqdan qurtulun

Ləğv olunmuş universitetin tələbələrinə ŞAD XƏBƏR

Ləğv olunmuş universitetin tələbələrinə ŞAD XƏBƏR

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Tibb Universitetinə köçürülmək istəyən tələbələrin qiymətləndirilməsinin nəticələri açıqlanıb

Tibb Universitetinə köçürülmək istəyən tələbələrin qiymətləndirilməsinin nəticələri açıqlanıb

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM