AzTehsil.com


Xəbərlər
09 iyul 2018
16 157


Tələbələr hansı hallarda universitetdən qovula, bərpa ola və kursda qala bilərlər? – QAYDALAR



 

 
 
2017-ci ilin göstəricilərinə görə, Azərbaycanda 167.677 tələbə təhsil alır. Tələbələrin sayı artıqca, onların mövcud problemlərinin və gələcəkdə yarana biləcək çətinliklər də çoxalır.

AzTehsil.com AzEdu.az-a istinadən xəbər  verir, budəfəki yazıda tələbələrin universitetdən hansı hallarda qovulması, bərpa olunması və kursda qalması məqamlarını araşdırıb.

Tələbə, öz arzusu ilə, başqa təhsil müəssisəsinə köçürüldüyünə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunan miqdardan (bir semestr ərzində ali məktəbin  müəyyənləşdirdiyi miqdardan)  çox dərs buraxdığına, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına  əsasən)  universitet sırasından xaric edilir.

Tələbələr sırasından xaric edilən şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir. Həmin sənədin surəti və xaric olunma haqda əmrdən çıxarış isə təhsil müəssisəsində (tələbənin şəxsi işində) saxlanılır.

Hər hansı bir səbəbdən xarici ölkə təhsil müəssisələrində tələbələr sırasından xaric olunan tələbə bu əsasnaməyə uyğun olaraq respublikanın müvafiq təhsil müəssisələrinə bərpa oluna bilər. Respublikanın ali (orta ixtisas) məktəblərində tələbələr sırasından xaric olunan tələbələr isə yalnız həmin ali (orta ixtisas) məktəblərinə bərpa oluna bilərlər. 

Tədris  intizamını, təhsil müəssisələrinin daxili qaydalarını, təhsil aldığı ölkənin  qanunlarını pozduğuna görə tələbələr sırasından xaric edilənlər istisna olmaqla, əvvəllər ali və orta ixtisas təhsili müəssisələrindən xaric olunan şəxslərin tələbələr sırasına bərpası  növbəti semestrin başlanğıcından tez olmayaraq təhsilin bütün formalarında bir dəfə aparıla bilər. Digər hallarda isə yalnız tələbələr sırasından xaric olunduqdan ən azı bir il keçdikdən sonra bərpaya icazə verilir. 

Xaricdə dövlət xətti ilə təhsil alanlar ödənişsiz, digərləri isə yalnız ödənişli əsaslarla bərpa edilə bilərlər. 

Həqiqi hərbi xidmətdən təxris edilən şəxslər bu Əsasnamənin  1.1.2.  bəndinin tələbləri gözlənilməklə öz istədikləri təhsil formasına təhsillərini davam etdirə bilərlər. Bu şəxslərin tələbələr sırasına bərpası, akademik fərqləri və borcları ləğv etməsi bütün tədris ili ərzində həyata keçirilir.

Birinci kursa bərpa (əsasnamənin 3.4, 4.1 və 4.2 bəndində göstərilən şəxslərdən başqa)  qadağandır. Ali (orta ixtisas) məktəbin rektorunun (direktorunun) birinci kursun ikinci semestrində üçdən az fənndən akademik borcu qaldığına görə tələbələr sırasından xaric olunan tələbələri tədris  ilinin  başlanğıcınadək 1 ay müddətində həmin borcu ləğv etmək şərtilə ikinci kursa bərpa etmək səlahiyyəti vardır.

Ali (orta ixtisas) təhsil müəssisələrinin rəhbərləri iki həftədən çox olmayan müddət ərzində bərpa barəsində ərizəyə baxmalı, tələbələrin bərpa olma müddətini, kursunu,  akademik borclarını və fərqlərin ləğvi müddətini müəyyənləşdirməli, yaxud etirazının (əgər varsa) əsaslandırılmış səbəblərini göstərməlidir. Bərpa barəsində ərizəyə akademik arayış və orta təhsil haqqında sənədin əsli (əkər xaric edildikdən əvvəl təhsil aldığı müəssisəyə bərpa olunmursa) əlavə edilir.

Bərpa olunan tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılan ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, xaric edilməzdən əvvəl həmin tədris müəssisəsində təhsil almayan tələbələrin şəxsi işinə isə həm də akademik arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

Tələbələrə bu hallarda akademik məzuniyyət verilir:

Həqiqi  hərbi  xidmətə  çağırılan  tələbələrə xidmət  müddəti başa çatanadək akademik məzuniyyət verilir. 

Xəstəliyi həkim-məsləhət  komissiyasının arayışı ilə sənədləşdirilən və bu xəstəliyin təhsili davam etdirməyə müvəqqəti olaraq  yol vermədiyi göstərildikdə tələbələrə xəstəlik müddətinə akademik məzuniyyət verilir. Məzuniyyətdən sonra, tələbənin öz təhsilini davam etdirməyə başlaması onun sağlamlığını sübut edən həkim arayışı ilə müəyyənləşdirilir.

Təkrar kursda saxlanılma:

Bir  semestrdə  tədris  planında  nəzərdə  tutulan  fənlərə ayrılan ümumi saatın təhsil müəssisəsinin müəyyən etdiyi hissəsindən çoxunu üzürlü səbəbdən dərslərdə  iştirak etməyən tələbələr təkrar kursda  saxlanılır.

Ezamiyyət, xəstəlik, ailə vəziyyəti, dövlət sərəncamı və tapşırığının yerinə yetirilməsi və digər xüsusi hallarda lazımi sənədləri təqdim etməklə tələbə təkrar kursda saxlanıla bilər. Üzürlü səbəblərə görə tam təhsil boyu tələbələrin təkrar kursda saxlanılmasına məhdudiyyət qoyulmur.
 
 

Tələbələr hansı hallarda universitetdən qovula, bərpa  ola  və kursda qala bilərlər? – QAYDALAR

 

 



Загрузка...
Həmçinin oxuyun:
Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib  Böyüt

Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib Böyüt

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Çətin şərtlər, dolaşıq imtahanlar

Çətin şərtlər, dolaşıq imtahanlar

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

ADPU-dan özünü dənizə atan tələbəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

ADPU-dan özünü dənizə atan tələbəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

DİM-dən SON XƏBƏRDARLIQ: "Qəbul olunanlar siyahısından xaric ediləcəklər"

DİM-dən SON XƏBƏRDARLIQ: "Qəbul olunanlar siyahısından xaric ediləcəklər"

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib