AzTehsil.com


Xəbərlər / Ekspert
25 aprel 2018
4 487


Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...



Yeni Təhsil Naziri ilə ümidlər ,gözləntilər...

 

11 aprel seçkilərindən artıq 2 həftə keçir. Seçici fəallığının əvvəlki seçkilərə nisbətən yüksək olması , seçicilərin tam böyük əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi bir daha göstərdi ki, Azərbaycan xalqı onu stabilliyə,davamlı inkişafa və tərəqqiyə inamla aparan öz liderinin arxasındadır, inkişaf və tərəqqinin davam etməsinii istəyir.


11 aprel seçkilərini 3 oktyabr 1993-cü il prezident seçkiləri ilə müqayisə etmək olar. Əgər 3 oktyabr seçkilərində xalqın doğru seçimi Azərbaycan dövlətinin ,müstəqilliyimizin talehini həll edirdisə , 11 aprel seçkilərinin nəticələri dövlətçiliyimizin daha da möhkəmlənməsi və inkişafı üçün bir o qədər vacib idi.Seçkinin nəticələrinin açıqlanmasından sonra yeni Nazirlər Kabinetinin formalaşmasıni , yeni kabinetdə hansı nazirlərin yer alacağını hamı maraqla gözləyirdi.

Təhsil işçiləri də artıq 5 ay idi ki ,boş qalan nazir postuna kimin gətiriləcəyi , təhsil islahatlarının ölkəmizdə gedən digər sahələrdə olan islahatları kimi davam etdirilməsinin kimə tapşırılacağı maraqla gözləyirdilər. Keçən 5 ay ərzində elektron mətbuatda zaman –zaman ayrı-ayrı şəxslərin bu posta gətiriləcəyi ilə bağlı yazılar yazılsa da ,fikirlər səslənsə də cənab Prezidentin ölkənin gələcək inkişafı üçün əsas zəmin olan insan kapitalının yetişdirən təhsil sektoruna 60 ay ( tam 5 il) idi ki, bu sektorda əsas funksional vəzifələrdən birini daşıyan Təhsil Nazirinin birinci müavini Ceyhun Bayramova həvalə etməsi ölkə rəhbərinin təhsil islahatlarını daha çevik və uğurla davam etdirilməsinə israrlı olduğunu ortaya qoymuş oldu.

Bir daha Ceyhun müəllimi bu təyinat münasibəti ilə təbrik edir , ona bu çətin ,şərəfli yolda dövlətçiliyimiz ,təhsilimiz adına uğurlar arzulayıram.

 

Təhsil islahatlarının ən çətin bir dövründə yeni təhsil nazirindən və komandasından təhsil işçilərinin gözləntiləri böyükdür.
Belə ki ,ilk növbədə 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmiş məktəbəqədər təhsil müəssələrinin artıq Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təhsil sahəsində dövlətin əsas prinsiplərindən biri olan fasiləsizlik,vəhdətlik və daimilik prinsipinin həyata keçirilməsinə imkan verəcək.

Eyni zamanda əmək bazarının tələblərinə uyğun olaraq ilk peşə təhsilini pilləsinin infrastrukturunun yaradılması, peşə təhsilinin xarici təcrübə ilə yanaşı daha çox yerli real vəziyyətə uyğun inkişafının təşkili Təhsil Nazirliyinin qarşısında duran pioretet vəzifə olmaqla bu sahədə ciddi addımların atılmasına ehtiyac var.
Məktəbəqədər,ümumtəhsil,ilk peşə və orta ixtisas təhsil pillələrini əhatə edən təhsil müəssələrinin pedaqoji işçilərinin atesstasiyasının həyata keçirilməsi son 24 ildə Təhsil Nazirliyinin qarşısında duran ən böyük problem olaraq qalmaqdadır. Bu problemin həlli eyni zamanda göstərdiyim pillələr üzrə təhsilin gələcək inkişafını şərtləndirən əsas amildir.

Demək olar ki ,durğunluq dövrünü yaşayan əlavə təhsilin təşkili , həyata keçirilməsi peşə ixtisas dərəcəsi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin etmək və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilmək və təkmilləşdirilmək, оnların müasir əmək şəraitinə uyğunlaşdırılmaq yolunda həyati əhəmiyyətli vacib məsələdir.Bu problemin həlli yolunda atılacaq müsbət addımlar günü-gündən inkişaf edən ölkə iqtisadiyyatının tələblərini ödəyəcək insan kapitalının formalaşmasına zəmin yaradacaq.

Təhsilin yerli idarəetmə orqanları arasında ( RTŞ –lər və ƏHMİ-lər) vəzifə və səlahiyyət bölgüsünün dəqiq təlimatlarla müəyyən edilməsi , ümummiyyətlə təhsilin idarə edilməsi zamanı məsuliyyətin bölüşdürülməsi, hüsabatlılığın təmin edilməsi ,manitorinqlərin aparılması qaydalarının, eləcə də təhsil sahəsində işləyən hər bir vətəndaşın vəzifə təlimatlarının dəqiqliklə işlənərək ,qəbul edilməsi təhsilin idarə edilməsində çevikliyi artıracaq , neqativ halları aradan qaldırmış olacaq.

Bu vəzifə təlimatlarının hazırlanması və addımların atılması eyni zamanda təhsil sahəsində şifahi tapşırıqların deyil ,hər bir təhsil işçisinin öz vəzifə təlimatları və səlahiyyətləri çərçivəsində üzərinə düşən məsuliiyəti dərk edərək , qanunauyğun addımlar atmasını təmin etmək, təhsilin və təhsil müəssələrin idarə olunmasında şəffavlığın təmin olunmasına gətirib çıxardacaq.

Ali təhsil müəssələrində nəzəri biliklərlə yanaşı praktik biliklərində tətbiqi ,hazırlanan mütəxəssis kadrların əmək bazarına hazır mütəxəssis kimi buraxılması ,eyni zamanda universitet və akademiyalara muxtariyyətin verilməsinin genişləndirilməsi ali təhsil pilləsində müəyyən müsbət irəliləyişlərə gətirib çıxarda bilər.

Dəyərli təhsil işçiləri,hörmətli həmkarlar ! Təhsil işçilərinin böyük dayağı cənab Prezidentimzin, eləcə də təhsil işçilərinin böyük himayadarı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim təhsil işçiləri üzərində olub və bu belə də davam edəcək.

Cənab Prezident İlham Əliyevin 24 oktyabr 2013 –cü il tarixli Fərmanı ilə təsdiq olunan Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Starategiyasında göstərilən strategiyanın istiqamətləri ,həmin istiqamətlər üzrə hədəf və tədbirlərin həyata keçirilməsi , eləcə də yuxarıda sadalanan fikir və problemlərin həlli yolunda bütün təhsil işçilərini dözüm ,səbrlə təhsil nazirimiz Ceyhun Bayramovun , Təhsil Nazirliyinin ətrafında sıx birləşməyə çağırıram.

Təhsilimizdə müsbət dəyişiliklər ,islahatların uğurla davam etməsi üçün ilk növbədə ,ümumi və milli maraqları şəxsi maraqdan üstün tutmağ bacarmalı ,vətəndaşlıq mövqeyi nümayiş etdirməli və hər birimiz dəyişiklikyi özümüzdən başlamalı , peşə və ixtisasımızla bağlı daim yeni biliklər əldə etməkdən yorulmamalıyıq.
 
Elşən Qafarov



Загрузка...
Həmçinin oxuyun:
Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb