BakuPress.Az saytı Sabirabadda 8 saylı məktəbin direktorunun şagirdə qarşı seksual hərəkətlərinin məktəbdə aşkarlandığı haqda mövzunu davam etdirir.
Hətta aidiyyatı qrumlar ,məktəbin direktoru ,rayon icra hakimiyyəti və digərləri belə bir hadisənin olduğunu təsdiqlədilər amma şantaj və şər böhtan olduğu üçün məsələyə Sabirabad rayon prokrorluğu xitam verdiyini dedilər.Bu zaman biz sual verdik ki,yaxşi bu əgər şantaj idisə nəyə görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmadılar?Material saytımızda gedərkən araşdırmamiz davam edirdi.Bu gün zorakılığa məruz qalmış 10- cu sinif şagirdi olan qızın anası Səbinə xanım redaksyamıza zəng vurub dedi ki,oxudum və həmin şərəfsiz direktorun özü günahkar olduğu halda bunun şər böhtan adlandırması məni özümdən çıxardı .Səbinə xanım hadisəni tam təfərrüatı ilə bizə danışdı.Ananın danışdıqlarını sizə təqdim edirik:”Hadisə dekabr ayının 13-ündə baş verib.Mən və həyat yoldaşım hər ikimiz müəllimik yoldaşım həmin məktəbdə uzun illər tədris hissə müdiri işləyib sonra səhhəti ilə bağlı çox yükləndiyindən sıravi müəllim kimi işini davam etdirib.Hər kəsdə yaxşı bilir ki,Etibar müəllim bədən tərbiyəsi müəllimdir idarəetmə və dərs bölgülərindən anlayışı olmadığı üçün onun işlərinə yoldaşım daim kömək edib.Etibar müəllimin yüngül əxlaqlı və yüngül xasiyyətə malik olmağı rayonda hər kəsə məlumdur.
Qeyd etdiyim kimi dekabrın 13- də yoldaşımı ağır vəziyyətdə Bakıya əməliyyata gətirdik.Bundan istifadə edən Etibar müəllim 10 –cu sinifdə oxuyan qızımı aldaraq kabinitinə çağırib ki,atana zəng çatmır ananın nömrəsini ver vəziyyətini soruşmaq istəyirəm.Elə bu zaman kabinetinin qapısını bağlayan direktor qızımı divara sıxaraq ona qarşı sexsual hərəkətlər etməyə başlayıb.Bundan qorxan uşaq qışqırıb halı pisləşib və səsə məktəbdə hamı gəlib.Qızımın halı pis olduğu üçün mənə zəng vurdular .Dərhal yoldaşımı ağır vəziyyətdə qoyub Sabirabada gəldim özümdə deyildim.Olanlardan şoka düşmüşdüm .Sanki bu dünyada tək qalmışdım polisə dərhal ərizə yazdım,Təhsil nazirliyinə teleqram vurdum.Yoldaşim renimasiyada olrkən bu xəbəri eşitdi ,vəziyyəti dahada pisləşdi bu günə kimidə xəstəxanadadır.Vəziyyətin bu cür olmağını görüb mənə təzyiqlər olundu prokrorluq,rayon rəhbərliyi ,təhsil şöbəsi dedilər” Hadisədir olub uşağının adını biabr eləmə nazirliyə teleqram vur ki,düz anlamamışam rayon yeridir hamı bir birini tanıyır uşağin biabr olacaq”Onların qohumları ,rayonun ağsaqqalları, nə bilim seyidləri hamı gəldi hətta dedilər işinizi itirə bilərsiniz.Birdə bizim rayonda hələdə ağsaqqal sözü çox qanunlardan keçərlidir.Hətta prokrorluqdan mənə dedilər ki,xanım ərizənizi geri götürün, onsuz uşağın yanında otaqda şahid olmayıb deyə siz heç nəyi sübut edə bilməyəcəksiniz.Dedim bu boyda məktəb şahiddir hadisəyə, necə yəni sübut edə bilmərəm.Nəisə mənə o qədər təpki oldu ki,ərizəni geri götürməli oldum.İndidə baxıb görürəm ki,bu utanmaz direktor deyir ki,mənə şər atıblar.Dekabrin 24-ü adamının, pulunun və təpkilərinin gücü ilə bu işə xitam verdilər.Bizim köməksiz, arxasız olduğumuzdan istifadə elədilər.Hazırda Bakıda yoldaşım ağır vəziyyətdədir hadisədən özünə gələ bilmir gəlib özünüzdə görə bilərsiniz.Cinayət işi açılmağı bir yana bu direktor vəzifəsindəndə də uzaqlaşdırılmadı.Mən narahatam mənim başıma gələn sabah başqasının başına gələ bilər.Onun sexsual manyak olduğu hər kəsə məlumdur.Hətta prokrorluqda işi bağlandığı üçün utanmaz- utanmaz seyid qəbrinin üstündə qurban kəsir.Şərəfsizin qurban kəsməyi tülkünün həccə getməyinə bənzəyir.Mən xahiş edirəm mənə bir ana kimi kömək edəsiniz ,sizin sayt vasitəsi ilə 1-ci vitse prezidentimiz Mehriban Əliyevaya müraciət edirəm ki,bir ana kimi mənə kömək olsun .Cəza təbii ki,qanun nə deyirsə o olacaq və belə bir əxlaqsız adamın təhsil ocağına rəhbərliyindən uzaqlaşdırılsın ,müəllim adı ondan alınsın.Çünki mənim başıma gələn sabah başqa bir valideyinin başına gələ bilər .Mən dövlətimə ,prezidentimə və sizə güvənirəm.Çünki bizə hədə qorxu gəlirlər ki,şikayət etsəniz işinizdən olacaqsınız.”
Ananın bu ürək ağrıdan sözlərindən sonra yollandıq Səbinə xanımın yodaşının yatdığı xəstəxanaya ağır vəziyyətdə palatada rəngi avazımız bir atanı görüb çox pis oldum.Üzü nurlu,sakit təbiətli və əsl müəllim çöhrəli bu insan xeyli susduqdan sonra agır-ağır nəfəs alaraq bircə bunu dedi:”Onun əclaflığını bilirdim amma bu cür şərəfsizlik, özüdə mənimlə bir kollektivdə işləyə- işləyə mənim rayonda olmammağım ,xəstəliyimdən istifadə edib bu cür addım atması mənı bir daha öldürdü”
Biraz susduqdan sonra gözləri dolaraq belə dedi:”Müəllimlərə o qədər təzyiq olunub ki,neçə il işlədiyim kollektivdən kimsə qorxusundan mənə zəng vurub halımıda soruşmur.Sanki günahkar ,şərəfsiz addımı Etibar deyil mən etmişəm.Hər kəsdən rayonda mənidə onuda soruşa bilərsiniz araşdırın bu məsələni xahiş edirəm.Onu Allaha tapşırmışam”
Həqiqətən hadisə bizi şoka salmışdı.Bizdə öz növbəmizdə aidiyyatı ,qrumlar və Təhsil nazirliyindən bu direktorun cəzalanması və işdən azad olunmasını istəyirik.Valideyinlərə rəhbərlik tərəfindən təzyiqlər olunur ki,bu məsələni gündəmə gətirməsinlər.Unutmayaq ki,bu gün onların başına gələn sabah hər birimizin başına gələ bilər.Odur ki,belələrini ictimayyətləşdirib cəzalandırmaq lazımdır.
Araşdırmamız davam edir, mövzu diqqətimizdədir.