AzTehsil.com


Xəbərlər / Müəllim
18 noyabr 2017
4 322


Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”



Pərvin Cəfərova… 13 ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasında, ondan əvvəl isə 9 il Xətai rayonunda 55 saylı Körpələr evində işləyib. 22 il pedaqoji staja malik olan müəllimə, universitetin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Müseyib İlyasovun həyat yoldaşının xahişini həyata keçirmək üçün işdən çıxarılıb. Həm də bülletendə olduğu bir vaxtda…


Aztəhsil.com xəbər verir ki, Pərvin Cəfərova AzNews.az-a açıqlamasında özünü ixtisaslı kadr hesab etdiyini bildirib:

 

"Hələ aprel ayında "müəllimlərin öz yerinə seçilməsi” müsabiqəsi keçirilib. Seçki yolu ilə keçirilən müsabiqə qanunsuz olub. Onlar müsabiqəni fənn üzrə keçiriblər. Əslində isə müsabiqə qanunla, vəzifəyə görə keçirilməlidir. Prezidentin sərəncamları, Nazirlər Kabinetinin qərarları, Təhsil Nazirliyinin əmrləri bu seçkidə qətiyyən nəzərə alınmayıb. 51 bal yığmışam. Mənə təklif olundu ki, "gəlin ərizə yazın, orada xahiş edin ki, sizi bir illiyə keçirək”.

 

Deyilən ərizəni yazmadım. Sonra da xəstələndim, ayağımda problemlər var. Sentyabrın 11-dən mən bülletenə çıxmışam. Sentyabrin 14-də isə xəstə olduğum halda işdən çıxarılmışam. Cəfər müəllim bir ildir ki, özü müəyyən qanunlar tərtib edib. Universitetdə baş müəllim vəzifəsini tuturam. Yerimə seçdikləri Fəridə müəllimə isə qeyri-ixtisasçıdır, coğrafiyanı bitirib. Kafedra müdiri Müseyib İlyasovun mənə münasibəti yaxşı olub”.


Pərvin Cəfərova iddia edir ki, Fəridə müəlliməni Müseyib İlyasov həyat yoldaşının istəyi ilə işlə təmin edib:

 

"Fəridə müəllimə Müseyib İlyasovun qonşusu, eyni zamanda həyat yoldaşının işlədiyi məktəbin direktorunun qızıdır. Mən müdafiə eləmişəm, Fəridə isə hələ müdafiə eləməyib, bir illik stajı var”.


Pərvin Cəfərova işdən kənarlaşmasında birbaşa dekan Şəhla Əiyevanı ittiham edir:


"Məsələ ilə bağlı universitetin rəhbərliyinə dəfələrlə şikayət edilməsinə baxmayaraq, hələ də bir ölçü götürülməyib. Narazılığımı bildirdim. Müseyib İlyasov dedi ki, "hara istəyirsən şikayət elə, əsaslandır. Komissiya üzvləri ballar verib. Komissiya üzvləri kimlərdir? Müseyib müəllim həmin komissiyanın sədridir. Bu çirkin işlərin arxasında dekan Şəhla Əliyeva dayanır. Səs verən komissiya üzvləri Şəhla Əliyevanın əmrini icra edir. Apelyasiya şikayəti verdik. Orada bizə dedilər ki, "narahat olmayın, məsələ araşdırılacaq”. Mənim dərsimə baxıldı. Onlar mənim müasir təlim texnologiyaları ilə dərs dediyimin şahidi oldular. Mən də nəyə görə balımın aşağı olduğunu soruşdum. Lakin mənə cavab verə bilmədilər”.


Qanunsuz işdən kənarlaşdırılan Pərvin Cəfərovanın son ümidi məhkəmə orqanlarıdır:

 

"Təhsil Nazirliyində 3 dəfə olmuşam. Sonuncu dəfə isə nazirliyin əməkdaşı Ceyhun Bayramovun qəbulunda olduq. O, bizə bildirdi ki, "Cəfər müəllim kimi istəyir işə götürə bilər, ona sorğu-sual yoxdur. Dərsi yaxşı keçməsə belə, seçim onundu”.

 

Ona dövlət universitetinin dövlətin qanunları ilə işlədiyini xatırlatdım. Bizi eşidən yoxdur, hələ cavab gözləyirəm. Yeganə yol məhkəmə idi, artıq ona da əl atmışam. Hazırda iş Səbael rayon Məhkəmə orqanlarındadır”.




Загрузка...
Həmçinin oxuyun:
ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-da “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

BDU-nun kafedra müdiri işdən azad edildi

BDU-nun kafedra müdiri işdən azad edildi

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Müəllimi borca görə işdən qovdular – “Özbaşınalığa etiraz edirdim…”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəldi

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

SUAL -  10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

SUAL - 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var