AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
18 dekabr 2017
2 907


MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib



MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə MEK-də müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib. Tədbirdə Macarıstanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin rəhbərləri, AMEA-nın, təhsil müəssisələrinin, media və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir başlayarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova MEK adından Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevi, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyini, Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagyni və digər tədbir iştirakçılarını salamlayıb. L.İmanova bildirib ki, Azərbaycanın Macarıstan ilə tarixən sıx əlaqələri olub. MEK direktoru vurğulayıb ki, 25 il öncə Macarıstan Respublikası Azərbaycanın müstəqiliyini tanıyıb, bu illər ərzində əlaqələr genişlənib, dövlət və hökumət başçıları, parlament sədrləri, nazirlər qarşlıqlı səfərlər edib, ölkələr arasında əməkdaşlığa aid 23 sənəd imzalanıb.

 

L.İmanova xüsusi olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Macarıstan Respublikasının birinci xanımı Anika Levainin, iki ölkənin səfirliklərinin və Macarıstandan olan təşkilatların dəstəyi ilə MEK-in təşkilatçılığı ilə 2016-cı ildən başlayaraq silsilə tədbirlər keçirildiyini diqqətə gətirib. MEK direktoru bu tədbirlərdən  sonuncuları vurğulayıb – Türkoloji qurultayın 90 illiyi, Georq Hazai və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş konfranslar, sərgilər, elektron kataloqların mübadiləsi və İmre Madaçın "İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin subtitrlərinin macarcadan Azərbaycan dilinə tərcüməsi Bakıdakı təqdimatıdır. L.İmanova yazıçı, publisist Mehriban Vəzirin uzun müddətli tarixi axtarışlarının və bədii təfəkkürünün nəticəsi olaraq ölkələrimiz arasında daha bir körpü salındığını bildirib.

 

Onun sözlərinə görə bu, böyük macar bəstəkarı və ifaçısı Ferens Listlə alman dilini və Avropa musiqisini mükəmməl bilən Azərbaycan qızı Səyyarənin nakam məhəbbət tarixçəsinə həsr olunmuş "Səyyarə xanım və Ferens List” tarixi romanıdır. Romanın 200 il öncə Azərbaycana gəlmiş alman köçkünlərinin faciəvi taleyindən, Ferens Listin və azərbaycanlı qızının, alman qızı və azərbaycanlı oğlu Mustafanın faciəvi məhəbbətindən, Gəncə xanı Cavad xanın göstərdiyi qəhrəmanlıqlardan bəhs etdiyini deyən L.İmanova əsərin macarcaya çevrilməsinin Azərbaycan-Macarıstan tarixi və mədəni əlaqələrinin inkişafına töhfə ola biləcəyini vurğulayıb.


Daha sonra yazıçı, publisist Mehriban Vəzir "Səyyarə xanım və Ferens List” adlı tarixi romanı Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Szederkenyiniyə və Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vilayət Quliyevə hədiyyə edib. Səfir Viktor Szederkenyini iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlərdən, Macarıstan səfirliyinin fəaliyyətindən bəhs edib. Səfir tədbirdə haqqında bəhs olunan İştvan Seçeni ilə tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oxşarlıqlarını qeyd edib.


Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagy "Müasir Macarıstanın banisi İştvan Seçeni” mövzusunda geniş mühazirə ilə çıxış edib, İ.Seçeninin gördüyü işlərdən, onun Macarıstanın inkişafı üçün atdığı addımlardan bəhs edərək, müasir Macarıstanın qurulmasında adı çəkilən şəxsin çox böyük rolu olduğunu bildirib. Məruzədə qeyd edilib ki, Avropaya geniş səyahət etmiş Seçeni 1825-ci ildə illik gəlirini Macarıstan Elmlər Akademiyasına bağışlamağı,  Buda və Peşt şəhərlərinin birləşdirilməyi və Macarıstanın siyasi, iqtisadi və mədəni mərkəzinə çevirməyi, islahatlarda mühüm rol oynamağı ilə daha çox tanınıb. 


Professor Zoltan Fonaginin çıxışını buradan yükləyə bilərsiniz. 


Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev çıxışında səfirliyin siyasi, mədəni, elm və təhsil istiqamətlərində gördüyü işlərdən ətraflı bəhs edib. O, Azərbaycan haqqında önəmli məlumatları macar dilinə çap edib bu ölkədə yaydıqlarını söyləyib. Səfir macar türkoloq alimi Georq Hazainin şəxsi kitabxanasının türkologiyaya aid qisminin AMEA Mərkəzi Elmi Kitabxanaya gətirilməsi istiqamətində gördükləri işlərdən bəhs edib. O, kitabxanaya Hazai kolleksiyasının qorunması və oxuculara çatdırılması istiqamətində görülən işlərə görə təşəkkür edib.


Sonda qonaqlar MEK-in Akademiklər zalındakı Diplomatik fonda baxış keçiriblər.  Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagy Diplomatik fondun Macarıstan Səfirliyi üçün ayrılmış guşəsinə kitablar hədiyyə edib.

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib 

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

MEK İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib




Загрузка...
Həmçinin oxuyun:
Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Macarıstandan şad xəbər - Ortada qalan 40 tələbənin problemi həll olundu

Macarıstandan şad xəbər - Ortada qalan 40 tələbənin problemi həll olundu

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Macarıstanda ali təhsil üçün sənəd qəbulu başlayıb

Macarıstanda ali təhsil üçün sənəd qəbulu başlayıb

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib