AzTehsil.com


Xəbərlər
23 may 2024
315


Abituriyentlər psixoloji baxımdan özlərini imtahana necə hazırlamalıdırlar?




Mayın 26-da abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcəklər. Abituriyentlərin böyük əksəriyyəti imtahandan əvvəl qorxu, stres yaşayırlar. Bunun ən böyük səbəblərindən biri də ailələri tərəfindən basqı görmələridir.


Maraqlıdır, abituriyentlər özlərini imtahana psixoloji olaraq necə hazırlamalıdırlar?


Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, stres səviyyəsi imtahana hazırlıq dövründə və imtahan zamanı adi hallardan daha yüksək olur:


"Müəyyən qədər stres insana motivasiyalı və diqqətli olmağa kömək edə bilər, lakin həddindən artıq stres və təşviş ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. İmtahan stresi həddən artıq ağır olduqda bu hal normal olaraq abituriyenti tükəndirir. Qısa müddətdə bir çox məlumatı yenidən nəzərdən keçirmək məcburiyyətində qalmaq və əksinə materialları başa düşməmək, daim məsuliyyət və təzyiq altında olmaq və gələcəklə bağlı qayğılar abituriyentlərdə stresi daha da artıran amillərdir".


E.Rüstəmov qeyd edib ki, bu dövrdə imtahan stresinin azalmasına, psixoloji rifahın qorunmasına və davamlılığın artmasına yardım edən bir çox faydalı üsullar var:


"Belə ki, müntəzəm olaraq uzun hazırlıq proseslərinə qısa fasilələr vermək və istirahət üçün vaxt ayırmaq çox vacibdir. Uzun müddət diqqətin dərslərə verilməsi faydalı iş əmsalını aşağı salaraq düzgün olmayan rejimə səbəb olur. İmtahana hazırlıq prosesində uzunmüddətli yorucu hazırlıq deyil, fəaliyyətin keyfiyyəti önəmlidir. Gəzinti, qaçış, idman və ya hobbilərlə məşğul olmaq beyni "sıfırlamaq" və diqqəti cəmləmək üçün əla seçimdir.


Bu müddət ərzində fizioloji proses kimi yuxu da abituriyentin psixologiyasına ciddi təsir göstərir. Adətən uzun müddət dərslə məşğul olmaq üçün qəbul edilən kofeinli içkilər yuxu rejiminin pozulmasına gətirib çıxarır ki, bu da beynin həddindən artıq yüklənməsinə və yüksək diqqət dağınıqlığına səbəb olan ən vacib amillərdəndir".


Psixoloq onu da qeyd edib ki, imtahana hazırlaşma müddətində ailənin və digər insanların təzyiqi abituriyentin psixologiyasına təsirini xüsusi olaraq vurğulamaq lazımdır:


"Belə hallarda problemin ailə və müəllimlər tərəfindən həll edilməsi müəyyən qədər çətin və abituriyent tərəfindən qəbul edilməyən hal ola bilər. Lakin yeniyetmə unutmamalıdır ki, bu, onun öz həyatı və seçimidir. Doğrudur ki bəzən valideynlər övladına uğurlu karyera qurmaq üçün müəyyən istiqamətləndirici məsləhətlər verir və ya digər hallarda bu mövzuda təzyiqlər göstərir. Lakin həm abituriyent, həm də valideyn üçün gözləntilərin idarə edilməsi mühüm əhəmiyyət daşıyır.


Burada ən böyük vəzifə valideynin üzərinə düşür. Övladı üçün hər şeyin yaxşısını istəyən valideyn onun psixoloji sağlamlığını da nəzərə almalıdır. Belə olduğu halda imtahanda aşağı və ya yüksək nəticə əldə etməsinə baxmayaraq, abituriyentin özünə olan güvən və dəyəri zədələnməyəcək.


Bildiyimiz kimi, son dövrlərdə aşağı nəticə göstərən abituriyentlərdə özünə zərər vermək barədə düşüncələr, eləcə də suisidal cəhd hallarına daha çox rast gəlinməsi aktual mövzudur. Bu problemlə mübarizə üsulu kimi mütləq şəkildə mütəxəssis dəstəyinin və psixoloji seansların vacibliyini vurğulamaq lazımdır".


Psixoloqun sözlərinə görə, proses müddətində abituriyent özünə qarşı dəyərini inkişaf etdirməli, özünü təzyiq altında hiss etdiyi zaman bu təzyiqin mənbəyini araşdırmalı, uğursuzluq və mənfi düşüncələr olduğu zaman bu halı ailə və ətrafı ilə paylaşaraq hisslərini izah etməyə çalışmalı və özünü başqaları ilə müqayisə etməməlidir:


"Həyatın hər dövründə hazırlaşmalı olduğumuz imtahanların olduğu qaçınılmazdır. Unutmayaq ki, imtahanlar umduğunuz kimi keçmirsə, həmişə alternativ seçimlər mövcuddur. Bu hal heç vaxt konkret olaraq uğur və ya uğursuzluq adlandırıla bilməz. Hər bir proses kimi imtahanların da başlanğıcı və sonu var. Hər tunelin sonunda bir işıq var və imtahanla birlikdə gələn stres imtahanla da bitəcək, sadəcə bunun üçün müəyyən qədər səy göstərməyin önəmli olduğunu bilmək vacibdir".




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.