16 ildir təhsil sektorunda fəaliyyət göstərən Zirvə Tədris Mərkəzi (Zirvə Kursları ) son vaxtlar xidmət istiqamətlərini genişləndirməkdədir. Belə ki, 2018-ci ilin mart ayından Direktorların İşə Qəbulu müsabiqəsinə hazırlaşanlar üçün "Məktəbşünaslıq” hazırlıq kursları, Dövlət Qulluğuna hazırlaşan üçün bütün vəzifə növləri və qrupları üzrə hazırlıq kursları ,HR ( İnsan Resursları) kurslarını özündə birləşdirən Zirvə Karyera Mərkəzinin fəaliyyətə başlamasından sonra may ayının ilk həftəsində yaranmış zəruriyyəti nəzərə alaraq abituriyentlər,müəllimlər və valideyinlər üçün Zirvə Psixologiya Mərkəzi yaradılıb.
5 may 2018-ci il tarixində Zirvə Kurslarının Nəsimi filialında mərkəzin açılışı ilə bağlı tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan Zirvə Tədris Mərkəzinin direktoru Rahib İbrahimov tədris müəssəsinin keçən 16 il ərzində keçdiyi uğurlu yoldan,əldə olunmuş naliyyətlərdən danışaraq , Psixologiya Mərkəzinin yaradılmasının abituriyentlər,valideyinlər , eləcə də müəllimlər üçün vacibliyindən ,mərkəzin fəaliyyətindən hamının bəhrələnə biləcəyini qeyd etdi və Zirvə Psixologiya Mərkəzinin müdiri Nuranə Kazımovanı kollektivə təqdim etdi.
Nuranə Kazımova ona göstərilən etimada da Tədris Mərkəzinin rəhbərliyinə təşəkkür edərək psixologiya elmi üzrə Azərbaycanda və dünyada əldə olunmuş naliyyətlərdən danışdı, Zirvə Psixologiya Mərkəzinin tezliklə ölkədə aparıcı , təkcə abituriyentlərə deyil , valideyinlərə və müəllimlərə , eyni zamanda bu sahədə ehtiyacı olan hər kəsə xidmət göstərmək üçün açıq bir mərkəzə çevriləcəyinə ümid etdiyini bildirdi.
Nuranə Kazımova Psixologiya Mərkəzinin fəaliyyət istiqamətləri haqqında danışarkən birdirdi ki, biz elmi prinsiplər çərçivəsində peşəkar xidmətə əsaslanaraq fərdlərə, ailələrə, sosial qruplara psixoloji məsləhət xidməti göstərməyi planlaşdırırıq.
Mərkəzimizdə yaşından asılı olmayaraq bütün psixoloji problemlərlə üzləşən uşaqlara, gənclərə, yeniyetmələrə, gənc ailələrə , eləcə də təşkilat və şirkətlərə peşəkar psixoloq və psixoterapevt tərəfindən xidməti göstərməklə məqsədəyik.
Bizim mərkəzdə fərdi konsultasiyalar, eləcə də gеndеr prоblеmləri, sağlam həyat tərzi və psixologiyanın ayrı-ayrı sahələri ilə bağlı sеminarlar, kurslar ve treninqlər də həyata keçirilir. keçirdiyimiz kurslar və treninqlər problemlərindən çıxış yolu axtaran, həyatını dəyişmək və özünü təkmilləşdirmək istəyən bütün insanlara ünvanlanıb.
Eyni zamanda « Zirvə Psiхоlogiya Mərkəzi» nin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına – zоrakılığa məruz qalmış şəхslərə , cəbhə bölgəsində yaşayan əhali , yеniyеtmələrin, gənclərin inkişafına yardım HIV/AIDS-li şəхslərə, оnkоlоji хəstələrə, narkоtik istifadəçilərinə və оnların ailə üzvlərinə, əqli və fiziki çatışmamazlığı оlan əlillərə və оnların ailə üzvlərinə müvafiq psixoloji dəstək göstərmək, maarifləndirməkdir.
Tədris çərçivəsində müəllim, tələbə valideynləri bütövlükdə proqramın ayrılmaz bir hissəsidir. Bu səbəbdən kurs üçün xüsusi olaraq hazırlanan paket proqramı üç əsas qrupu daxil etməyi planlaşdırır.
Bizim təlimlərimiz yaradıcı drama üsulları ilə yanaşı, bədii terapiya üsulları olan kiçik bir qrup (15- 20 ) ilə də aparılır. Bütün iştirakçılar fiziki, emosional və intellektual prosesləri həyata keçirməklə yanaşı bir çox vasitələrlə də özlərini inkişaf etdirməklə hədəfləyirlər.
- Tələbələr üçün psixolji tədris proqramı
- Yeniyetmeliyi taniyaq
- Qəbul imtahanına psixoloji hazırlıq
- İmtahan stressinin idarə edilməsi
- Motivasiya
- Müvəffəqiyyətin açarı: Zamanı planlama
- Hədəfimiz nədir ? Hədəfə yönəlmə
- Müvəffəqiyyətə köklənmə
- Duygularımnecə idarə edək
- Test tipli sualların həll olunma texnikləri
- Biolji zehni n ritm sistemi
- Özünü dəyərləndirmə
- Duzgun qidalanma
Ailə fərqli fərdlərin birlikdə yaşadığı və hər bir ailənin öz balansı olan bir sistemdir. Bu balans, bəzən yüklənmiş problemlər və ya pozulmuş əlaqələr səbəbiylə çətin mərhələlər keçə bilər. Bu çətin mərhələləri sağlam şəkildə aradan qaldırmaq və bu mərhələlərdə psixoloji dəstək almaq üçün ailə sistemini qoruyacaq və gələcəyə böyük fayda təmin edəcəkdir.
Psixoloji dəstək axtarmaq və bu istiqamətdə ilk addımı atmaq çətin bir prosesdir. Bununla belə, peşəkar tərəfindın alina alınacaq dəstək; fərdin özünə və çevrəsindəkilərə qarşı fərqindəliy və həyat keyfiyyətini yüksək tutacaqdı . Zirvə Psixologiya Mərkəzi bu dəstəyi xüsusi peşakar psixolterapevt tərəfindən təmin edir. Mərkəzimizdə hər bir fərdin özünəməsus ehtiyaclarını nəzərə alaraq müxtəlif terapiya konsultasiya metodları tətbiq edilir və bütün tədqiqatlar elmi prinsiplər və peşəkar etik qaydalar çərçivəsində həyata keçirilir.
Mərkəzimizdən əldə edə biləcək peşəkar dəstək həyat keyfiyyətinizi yüksəldəcək və sabah;n daha yaxşı bir xəbərvericisi olacaq ...
- Stress və distress; Panik atak və kəkələmə
- Psixoloji narahatlıq, təşviş, həyəcan pozuntular
- Müxtəlif tipli fobiyalar, qorxu, yuxu pozuntuları;
- Müxtəlif xəstəliklərdən sonra yaranmış nevrotik pozuntular;
- Özünə inamsızlıq hallarının tənzimlənməsi;
- Tənhalıq, özünəqapanma və ünsiyyətdə çətinliklərin aradan qaldırılması
- Motivasiya və özgüvən əksikliyi
- Ünsiyyət çətinlikləri
- Sosial fobiya və digər fobiyalar
- Depressiya
- Post-travmatik stress
- Manik pozğunluqu
- Postpartum (doğuş sonrası) depressiya
- Obsessiv-kompulsiv pozuntu
- Anoreksiya nevroza, Bulimiya nevroza
- Yuxu pozğunluqları
Uşaq və yeniyetmələrə universal bir kontekstdə bir sıra fizioloji, psixoloji, emosional və davranış xüsusiyyətləri özünü əks etdirir. Bu nöqtədə problemlərin həlli üçün peşəkar dəstək olaraq xidmətinzdəyik .
Autizm; Uşaqlarda davranış pozuntularının korreksiyası;
Hiperaktiv, aqressiv uşaqların psixoloji reablitasiyası;
Uşaqlarda qorxu, ifrat təşvişin və ünsiyyətdə çətinliklərin aradan qaldırılması;
Müxtəlif psixoloji problemlərin, psixi-nitqi ləngimə hallarinın korreksiyasi;
Psixomotor inkişafın ləngiməsi; Psixi proseslərin korreksiyasi (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül və nitq prosesləri);
Psixoloji testlər şəxsin şəxsiyyət xüsusiyyətlərini və onların qabiliyyətlərini, güclü və zəif tərəflərini, standart tədbirlərdə açıq və ya gizli aspektlərini, ədədi məlumatları və ya şərhləri aşkar etməyə kömək edir.
- Zəka testləri
- Diqqət testləri
- Nöropsikoloji testləri
- MMPİ Şəxsiyyət Testi
- Fəri və Uşaq inkişaf testləri
- DSL – PLL 13
- Zehni Yaş öləcək testlər
Psixoloji nəzəriyyələr çərçivəsində yaradılmış və tətbiq olunan müxtəlif terapiya üsulları mövcuddur. Bir ailə üzvü olaraq, biz müxtəlif terapevtik yanaşmalar qəbul edən və müraciət edənlərin ehtiyaclarına uyğun olan fərdi xüsusi yanaşmanı müəyyənləşdirən və lazımi rəhbərliyi təmin edən mütəxəssis işləyirik.
- Pozitif Psixoterapiya və Ailə Terapiyası
- Art Terapiya
- Transactional Analiz
- Fərdi Davranış yanaşma
- Zehinli əsaslı
- EMDR (Göz Motion Desensitization Technique)
- EFT (Duygusal ölçü )
- Npl –SS dəyərləndirmə
- SN – DDS dəyərləndirmə
Zirvə Psixologiya Mərkəzi Zirvə Tədris Mərkəzinin əsas binasında (Nizami rayonu Əliağa Kürçaylı 5A) yerləşəcək. Müraciət etmək istəyənlər tədris mərkəzinin bütün filiallarına (N.Nərimanov filialı Təbriz küçəsi 159 A ünvanında ( Respublika Uşaq Poliklinikasının yanında ,Arçelikin binası ilə üzbəüz ) yerləşir . Əlaqə nömrəsi - 012 480 33 61 mob.055 255 14 05 Nəsimi filialı A.Məhərrəmov küçəsi 76 ünvanında ( 3-cü mikrorayon dairəsindən Şamaxinkaya qalxan yolda sağ tərəfdən Bank of Bakuya bitişik bina IV və V mərtəbələr ) yerləşir. Əlaqə nömrəsi - 012 480 34 09 mob.070 412 35 37 Q.Qarayev filialı Nizami rayonu Əliağa Kürçaylı küçəsi 5 A ünvanında ( Nizami rayon Telefon Qovşağının və 145 saylı məktəbin arxa hissəsi) yerləşir. Əlaqə nömrəsi - 012 480 08 29 mob.077 502 92 50 Bakıxanov filialı Bakıxanov qəsəbəsi ,Bünyadzadə küçəsi 09/1649 ünvanında ( Bakıxanov Ticarət Mərkəzinin arxası) yerləşir. Əlaqə nömrəsi - 012 480 20 91 mob.301 22 95 Sumqayıt filialı Sumqayıt şəhəri 6-cı mikrorayon dairəsində yerləşir. ( Uşaq İncəsənət Məktəbi ilə üzbəüz) Əlaqə nömrəsi - 018 656 18 51 mob.055 373 22 71) müraciət edə bilərlər.
Tədbir abituriyent və valideyinlər üçün "İmtahan stessi, onu yaradan səbəblər , stesdən qurtaqmaq yolları” adlı seminarla davam etdi. İştiraakçıların böyük marağına səbəb olan seminarda Boğaziçi Universiteti Klinik Psixologiya Bölümünün məzunu , Üsküdar Universitetində Neuroscience Sinir bilimlərii üzrə uzmanlıq dərcəsini bitrirmiş ( bu sahədə Azərbaycanda ilk mütəxəssidir ) Nuranə Kazımova sonda sualları cavablandırdı.
Eyni mövzuda seminar 6 may 2018 –ci il tarixində Zirvə Tədris Mərkəzinin Nərimanov filialında təşkil edildi.
Aztehsil.com