Emin Əmrullayev: “Təhsilin məzmunu son 90 il ərzində dəyişməyib”
“Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir”.
Aztehsil.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib:
“Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Bunun belə olmasının səbəbinin cəmiyyətin mühafizəkar mövqeyə sahib olması ilə əlaqəlidir. Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə növbəti 30 ildə də lazım olacaq. Lakin bu elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir”.