AzTehsil.com


Xəbərlər
14 oktyabr 2023
642


BŞTİ-nin müdir müavini təltif olunub




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov təhsil sahəsində səmərəli fəaliyyətinə görə və anadan olmasının 65 illiyi münasibətilə təltif olunub.


Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.


Mehriban Vəliyeva səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Hüseyn Əsgərovu təbrik edib, ona möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıb.


H.Əsgərov diqqətə görə təşəkkürünü bildirib və bundan sonra da üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəyini söyləyib.


BŞTİ-nin müdir müavini H.Əsgərov Təşəkkürnamə ilə təltif edilib və xatirə hədiyyəsi təqdim olunub.


 HÜSEYN ƏSGƏROV – 65


Oktyabrın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Əməkdar müəllim, filologiya  elmləri  doktoru, professor Hüseyn Abbas oğlu Əsgərovun 65 yaşı tamam olur.


Elmi-pedaqoji fəaliyyətinin 42-ci, dövlət qulluğunda olmasının 20-ci ili tamamlanan  Hüseyn Əsgərov 1981-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirərək,  “Filoloq. Azərbaycan və türk dilləri və ədəbiyyatı müəllimi” ixtisası almış, 1981-1984-cü illərdə təyinatla Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1987-ci ildə  “Türk dilləri”  ixtisası üzrə aspiranturaya daxil olmuş, 1994-cü ildə namizədlik dissertasiyası müdafiə edərək,  filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.


H.Əsgərov 1997-ci ildən 2003-cü ilə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 2003-cü ildə Bakı şəhəri Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, eyni zamanda Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2008-ci ildə 1997-ci ildən üzərində çalışdığı “Azərbaycan dilində maddi mədəniyyət leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 2014-2022-ci illərdə isə çalışdığı kafedraya rəhbərlik etmişdir. Bu günə kimi 4 monoqrafiya, 80-dən çox elmi məqalə, ali məktəblərin filologiya fakültələri, o sıradan ümumtəhsil məktəbləri üçün bir sıra dərslik və tədris proqramlarının müəllifidir. Onun elmi əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Polşa və digər ölkələrdə çap olunmuşdur.


H.Əsgərov 2005-ci ildə dosent, 2011-ci ildə isə professor elmi adı almışdır. Həmçinin Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının, “Terminologiya məsələləri” və “Mahmud Kaşğarlı” jurnallarının redaksiya heyətinin üzvüdür.


H.Əsgərov 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyir. Yaradıcılıq əzmi və təşəbbüskarlığı, iş təcrübəsi,  insanlarla səmimi ünsiyyəti, yüksək intellektual səviyyəsi, problemi həll etmək və qərar vermək bacarığı onu səciyyələndirən əsas keyfiyyətlərdəndir.


H.Əsgərovun mühüm fəaliyyət istiqamətlərindən biri də elmi-pedaqoji kadr hazırlığındakı xidmətləridir. Onun rəhbərliyi ilə 5 nəfər filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır, hazırda 4 doktorant və dissertanta elmi rəhbərlik edir.


H.Əsgərov ölkənin ictimai həyatında da fəal iştirak edir.  O, 2014-cü ildən Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Bakı şəhərinin ümumtəhsil məktəblərində keçirilən “Heydər Əliyev dərsləri”nin təşkili və keçirilməsinə həm rəhbərlik edir, həm də mühazirələr oxuyur. 2017-2021-ci illərdə YAP Binəqədi Rayon Təşkilatının sədr müavini olmuşdur, hazırda Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədr müavinidir.


H.Əsgərovun elm və təhsil sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli Sərəncamı ilə  “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikası təhsil nazirinin 25 noyabr 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin 01 mart 2021-ci il tarixli qərarı ilə yubiley döş nişanı, çoxsaylı müxtəlif diplom və fəxri fərmanlar ilə təltif edilmişdir.


Səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Hüseyn Əsgərovu təbrik edir, möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq.




Загрузка...
Həmçinin oxuyun:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI