Akif Ağayev: Ahıl müəllimlər ziyarət olunub
Azərbaycan Respubıikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının əməkdaşları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimləri ziyarət ediblər.
Əməkdaşlar vaxtilə müəllim kimi çalışan və hazırda Filial tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıblar.
Bildirilib ki, hər zaman olduğu kimi bundan sonra da ahıllarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunacaqlar.