AzTehsil.com
RU


Cəmiyyət
12 fevral 2025
82


Magistraturaya qəbul imtahanı keçiriləcək - Tarix AÇIQLANDI




Fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək.


Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunacaq.


Bakalavrların imtahan verəcəyi yer onun "Şəxsi kabinet"ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.


İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.


Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.


İmtahanın müddəti üç saat 30 dəqiqədir. İmtahanın başlandığı andan üç saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.


İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.


İmtahan iştirakçıları "Yaddaş kitabçası" ilə  buradan  tanış ola bilərlər.


İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.


Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 13‑dən 27-dək aparılıb. İmtahanda iştirak etmək üçün 21 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 057 nəfər Azərbaycan bölməsi, 1 869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14 017-si cari ilin, 7 909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.


Qəbul imtahanı Bakıda 62, Sumqayıtda altı, Abşeronda dörd, Gəncədə altı, Naxçıvanda iki, Mingəçevirdə üç, Lənkəranda iki binada təşkil olunacaq. Bakıda 15 960, Naxçıvanda 540, Gəncədə 1 458, Sumqayıtda 1 627, Abşeronda 1 078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1 989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.


İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 6-dan etibarən DİM-in internet saytına daxil olub, "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə "İmtahana buraxılış vərəqəsi" ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.


Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:


- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;


- "İmtahana buraxılış vərəqəsi"ni;


Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.


Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 15-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının səlahiyyətinə veriləcək.





Загрузка...
Həmçinin oxuyun:
İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturalara qəbul imtahanı keçiriləcək

Magistraturalara qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bu gün 19 minədək bakalavr magistraturaya qəbul imtahanı verəcək

Bu gün 19 minədək bakalavr magistraturaya qəbul imtahanı verəcək

Magistraturaya imtahan verəcək şəxslərin sayı AÇIQLANDI

Magistraturaya imtahan verəcək şəxslərin sayı AÇIQLANDI

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Sabah magistraturaya növbəti qəbul imtahanı keçiriləcək

Sabah magistraturaya növbəti qəbul imtahanı keçiriləcək

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanı keçiriləcək.

Qəbul imtahanına hazırlaşanların  nəzərinə!

Qəbul imtahanına hazırlaşanların nəzərinə!

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

3 fevral sınaq imtahanı keçiriləcək.

3 fevral sınaq imtahanı keçiriləcək.

Bu gün 27659 şagird buraxılış imtahanı verəcək

Bu gün 27659 şagird buraxılış imtahanı verəcək

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək