AzTehsil.com


Xəbərlər / Abituriyent
07 aprel 2019
2 374


Bu gün 27659 şagird buraxılış imtahanı verəcək



Bu gün 27659 şagird buraxılış imtahanı verəcək

 

 
Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.

Bu gün ümumilikdə 27659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayacaq.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 63 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 27659 (Bak şəhəri Yasamal rayonunda 2383, Binəqədi rayonunda 3118, Səbail rayonunda 1230, Xətai rayonunda 2944, Xəzər rayonunda 1874, Nərimanov rayonunda 2393, Suraxanı rayonunda 1747, Sabunçu rayonunda 3037, Nəsimi rayonunda 1709, Qaradağ rayonunda 1339, Nizami rayonunda 2026, Pirallahı rayonunda 246, Naxçıvan Muxtar Respublikasında 2915, Şirvan şəhərində 698) nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə aprelin 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.



Загрузка...
Həmçinin oxuyun:
Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

27 şəhər və rayonda 9-cu sinif şagirdləri imtahan verəcək

27 şəhər və rayonda 9-cu sinif şagirdləri imtahan verəcək

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Buraxılış imtahanlarında iştirak etməyənlərə yeni ŞANS verildi

Buraxılış imtahanlarında iştirak etməyənlərə yeni ŞANS verildi

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

70 min şagird buraxılış imtahanı verəcək

70 min şagird buraxılış imtahanı verəcək

Şagirdlər imtahana  bu  sənədləri gətirməlidirlər

Şagirdlər imtahana bu sənədləri gətirməlidirlər

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti   imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Sabah I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Sabah I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Bu  gün  31904 abituriyent imtahan verəcək

Bu gün 31904 abituriyent imtahan verəcək

59 və 15 yaşlı namizədin də daxil olduğu 31904 abituriyent iyulun 26-ı imtahan verəcək

59 və 15 yaşlı namizədin də daxil olduğu 31904 abituriyent iyulun 26-ı imtahan verəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək