AzTehsil.com


Xəbərlər
06 noyabr 2017
3 458


Texnologiya Universitetinin rektorunun oğluna ağır ittihamlar– “Elə bil ata mülküdür”



Azərbaycan Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev universitetin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov barəsində ciddi ittihamlar səsləndirib.


Aztəhsil.com BakuPost.az-a istinadən xəbər verir ki, o, sözügedən şəxsi Texnologiya Universitetini”Ata mülkü kimi istifadə etmək”də suçlayır.

Şikayətçinin redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi dərc edirik:


"Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu?


Akif Süleymanovun zəifliyi nəticəsində Texnologiya Universitetində baş verən qanunsuzluqlar, Maliyyə Nazirliyinin yoxlaması nəticəsində üzə çıxmış, aşkar olunmuş qanun pozuntusunun nəticəsi, korrupsiya idarəsinə və sonradan ağır cinatətlər məhkəməsinə aparıb çıxarıb. Məhkəmə neçə ildir ki, davam edir və bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunmuşdur. Biz inanırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun təyin etdiyi dostlarının özbaşınalığından üstündür.


Prorektor Vüqar İsmayılovun əlində alətə çevrilmiş, rektor Akif Süleymanovun qanunsuz əməllərinə aid bir neçə faktı Sizin nəzərinizə çatdırırıq.

1.Texnologiya Universitetində maaş bölgüsü qeyri qanuni və gizli aparılır. Hər ay maaş yazılanda maaşlarda qeyri-qanuni tutulmalar olunur. Kollektivin əsas hissəsinin əmək haqqı 120 – 250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500 -5000 manat və daha yüksək yazılır.


Təhsil Nazirliyinə, şəhər İcra Hakimiyyətinə yalan, şişirdilmiş hesabatlar verilir.


Büdcədən "AZİNKA” şirkətinin vasitəsi ilə əsasız ödənişlər və sifarişlər aparılır. AZİNKA şirkətinin ünvanı: (AZ1052, Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzi, 3 cü mərtəbə)


2. Müxtəlif bayramlarda: Məsələn Qurban bayramında özlərinə yaxın olan əməkdaşlara 500 – 550 manat mükafat yazaraq, sonradan yazılan pul mükafatını əməkdaşlardan toplanaraq "AZİNKA” nın hesabına köçürülərək mənimsənilib. Bu şirkətin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov Universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir.


3.Texnologiya Universitetində məqsədlərinə uyğun olmayan professor, dosent, şöbə müdirini, texniki işciləri, qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. İşdən uzaqlaşdırılan bir neçə şəxsi sübut üçün ad və soy adlarını yazıya əlavə edirik: professor Cahangir Hacıyev, dosent Həsən Musayev, dəftərxana müdiri Gülnara Alışova, Kompüter mütəxəssisi Azər Allahverdiyev və digərləri. Onu da qeyd edək ki, AZİNKA əməkdaşlarının böyük əksəriyyəti bağlanmış "Zaman” qəzetindən gələnlərdir.


4.Azərbaycan Texnologiya Universitetinin Tələbələrinin və onların valideyinləri aldadılaraq, buraxılış işi və dövlət imtahanı üçün 300 manat Kapital bankın Universitet hesabına ödənilmişdir. Azərbaycan Texnologiya Universitetində 500 yaxın hər il tələbə məzun olur. Tələbələrdən hər birindən 300 manat aldadılaraq, rəhbərlik öz məqsədləri üçün tələbələrə məcbur edilərək kapital banka ödədilir. Hesablama nəticəsində Texnologiya Universitetinin rektoru Akif Süleymanov 150000 (Yüz əlli min) manat almağı açıq-aşgar görünür. Ödəniş qəbzlərinin bir necəsinin surətini sübut üçün yayımlayırıq. Diqqətlə QƏBZLƏRƏ baxın, Kapital Banka ödənilən pul "Davamlı İnkişaf Mərkəzi hesabına köçürülür. "Davamlı İnkişaf Mərkəzi”nə köçürülən pul, Kapital Bankından sonradan çəkilərək rektor Akif Süleymanov tərəfindən mənimsənilir.

"Davamlı İnkişaf Mərkəzi”nin rəhbəri Fədai Əfəndi "Malayziyada oxuyub” Texnologiya Universitetinə ali təhsil haqqında diplomunu təqdim etməyib. Hazırda ali təhsili olmadan Texnologiya Universitetində, "Universitetə aidiyyəti olmayan” şöbənin rəhbəri işləyir.


5.Son bir il ərzində universitetdə qanunsuzluğa göz yummayan, qanunvericiliyə uyğun işləməyi tələb edən əməkdaşlar struktur dəyişikliyi adı ilə işdən azad olunublar və bu proses davam edir. 2017 – ci ilin May ayında iki dekanlığı bu ad altında ləğv edilmiş, yeni fakültə yaradılaraq qanunsuz olaraq təkrar dekan seçkiləri keçirilmişdir. Bu "strukdur dəyişiklikləri”nin universitetdə tətbiqi davam edir və bununla bir çox arzu olunmaz adamlar işdən kənarlaşdırılır.


Məqsəd rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun, yaxın dostları prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundovun "şəffaflıq” adı altında qanunsuz fəaliyyətləri üçün özlərinə şərait yaratmaqdır.


Əsasız olaraq universitetdə yeni şöbələr yaradılır. "Qiyabi və distant təhsil mərkəzi”, "Davamlı İnkişaf mərkəzi” və s.

Qiyabi və distant təhsil mərkəzinin rəhbəri Həsənov Babək Mikayıl oğlu rektor Akif Süleymanovun yaxın qohumudur və hətta ailə üzvlərinin bir neçəsi, Universitetdə müəllim kimi işləyir.


Texnologiya Universitetində əyani təhsil alan Asiman İlyasov "İnsan Kapitalının idarə edilməsi mərkəzinin şöbə müdiri” işləyir. Bundan başqa digər şöbələrin rəhbərlərini göstərmək olar ki əyani oxuyan, diplomu olmayan, hər birinin elmi adı və dərəcəsi olmasa da, əmək haqları universitet professorunun əmək haqqından yüksəkdir.


6.Texnologiya Universitetinin İnsan Kapitalının idarə edilməsi mərkəzinin direktoru Əliyev Zaur Camaləddin oğlu 3000 (üç min) manat maaş alır.


7.Təhsil Nazirliyinin adından istifadə edərək, dosent və professor adı olmayan adamlar Universitetə rəhbərlik edir, lakin hər yerdə özlərini dosent və professor kimi təqdim edirlər. Hətta iş o yerə gəlib ki, elmi dərəcəsi belə olmayan Piri Axundov təlim-tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edir. Piri Axundovun qaynı Texnologiya Universitetinin Baş Hüquqşünası Bahadur Məmmədəliyev və Piri Axundovun ailə üzvü digər şəxs İqtisadiyyət və İdarə etmə fakültəsinin Elmi İşlər üzrə dekan müavini vəzifəsində işləyirlər.


8. Hər il "Tanıtım” adı ilə kifayət qədər pul vəsaiti xərclənsə də, Universitetdə tələbə sayı ildən ilə azalır, lakin Təhsil Nazirliyinə, Gəncə Şəhər İcra Hakimiyyətinə bu barədə düzgün hesabat vermək əvəzinə, yalançı və şişirtmə rəqəmlərlə hesabat verilir.


9. Azərbaycan Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, burada çox saylı ixtisarlar aparılır. Texnologiya Universitetinin Rektoru Akif Süleymanov 13.09.2017 ci il tarixli, 196 nömrəli əmri ilə, 29 noyabr 2017 ci il tarixində kütləvi olaraq Universitetin əməkdaşlarının müqaviləsinə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir.


1.Univeritetin Təsərrüfat şöbəsinin 81 fəhləsi və 10 mühəndisi

2.Kitabxananın 27 işcisi

3.Universitetin mühafizəsinin 13 işcisi

4.İdman mərkəzinin 8 müəllimi

5.Hərbi uçot şöbəsinin 4 işcisi

6.İnformasiya şöbəsinin 4 işcisi


Ümumilikdə 150 nəfər əməkdaşına struktur dəyişikliyi adı altında, 29 noyabr 2017 ci il tarixində müqaviləyə xitam veriləcəyi barəsində xəbərdarlıq edilmişdir. Bu əməkdaşların hər biri Yeni Azərbaycan Partiyasının stajlı üzvləridir. Halbu ki, prorektor Vüqar İsmayılov və onun ətrafı isə, Gəncə Şəhər İcra Hakimiyyətinin maraqlanmasından sonra, müəmmalı şəkildə YAP sıralarına daxil olmaq haqqında Göyçay rayon təşkilatına ərizə ilə müraciət etmişlər.


10.Universitetdə aparılan ixtisarlara baxmayaraq, prorektor Vüqar İsmayılov rektorun zəifliyindən, Akif Süleymanovun oğlu Şamil Süleymanov ilə işbirliyindən istifadə edərək, öz ətrafının bütün ailə üzvlərini universitetə işə qəbul etdirib, onlara Universitet daxili vəzifə verdiribdir.

 

10 oktyabr 2017 ci il tarixində Texnologiya Universitetinin 2 dosenti – Qulu Ağayev və Ramiz Həsənov, 2 məşqci müəllimi – Məhəbbət Kərimova və Afət Məmmədova struktur dəyişikliyi adı altında Universitetdən kənarlaşdırılıb. Universitetdən kənarlaşdırılan müəllmlər İdman müəllimləridir.


Ölkəmizdə İdmana, İdmançılara, məşqçi müəllimlərə diqqət bütün dünya üzrə nümunədir. Texnologiya Universitetində İdman Mərkəzinin ləğv olunması sübut olaraq o deməkdir ki, Rektor Akif Süleymanov və prorektorlar, tədrisi bilmirlər. İdman mərkəzini bu il yaradılan, "alınan rüşvətləri rəsmiləşdirən, Davamlı İnkişaf Mərkəzinə, 29 Noyabr 2017 ci il tarixindən 196 nömrəli əmri ilə birləşdirirlər.


11.Texnologiya Universitetinin ümumi şöbəsinin müdiri Mətləb Oktay Oğlu Əliyev 2015-2017 ci illərdə Gəncə Şəhər Təhsil İdarəsinin Baş Mühasibi işlədiyi vaxt, işində tutduğu nöqsanlara "KORRUPSİYAYA” yol verdiyindən işdən azad olunub.


Ümumi şöbənin müdiri Mətləb Oktay Oğlu Əliyev ömründə bir dəfə dərsə girməyən şəxs, indi Sənayenin İqtisadiyyat və İdarə edilməsi kafedrasında müəllim kimi dərsdə deyir. Bundan əlavə olaraq Texnologiya Universitetinin Maliyyə şöbəsinə nəzarət edən sabiq baş mühasib Mətləb Oktay Oğlu Əliyev rektor Akif Süleymanovun gündəmdə olan fiqurlarındandır.


12. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun məmurlara övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan xəbərləri yoxdurmu? Rektor oğlu şəxsi avtomobilini ("LEXUS” markalı bahalı avtomobil) Universitetin tədris binalarının arası ilə sürərək, məşhur "AZİNKA” şirkətinin vasitəsi ilə prorektor təyin etdiyi, Vüqar İsmayılovun otağından Universiteti ata mülkü kimi idarə etməsi necə izah olunmalıdır?”




Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərlə bağlı mühüm sərəncam

Müəllimlərlə bağlı mühüm sərəncam

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

ADPU-nin Fizika və texnologiya fakültəsində “Fizika günü” keçirilmişdir

ADPU-nin Fizika və texnologiya fakültəsində “Fizika günü” keçirilmişdir

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Fizika və texnologiya fakültəsində yenilik-reytinq balları hesablanır

Fizika və texnologiya fakültəsində yenilik-reytinq balları hesablanır

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Göyçayda müəllim özünü asdı

Göyçayda müəllim özünü asdı

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI