Təhsilimizin günah keçisi...
Məlum təhsilverənlərin sertifikasiya prosesinin müsabiqə mərhələsi özündən sonra bir çox mövzuların yaranmasına gətirib çızartdı ki, bunlardan biri də Təhsil nazirimizin sözləri ilə desək "savadsız müəllimlər" in olmasının günahkarının tapılması yönünüdədir
Təqdim edilən statistik məlumatlar günah keçisinin bəzi Ali təhsil müəssisələrimizin içərsində tapılmasına yönəlib...
Görəsən, həqiqətən də günahkar Ali təhsil müəssisələridir?
Bu suala özümün rastlaşdığım bir-neçə hadisəyə baxış bucağından aydınlıq gətirmək istəyirəm.
Belə ki, bir neçə il bundan əvvəl çoxdan əlaqəm olmayan bir tələbə yoldaşımla telefon söhbətimiz oldu. Söhbət zamanı tələbə yoldaşımın Abituriyent hazırlığı ilə məşğul olduğunu və bu sahədə uğur qazandığını eşitdikdə təəccüb içində soruşdum ki, ay qardaş, başına dönüm, sən isimlə sifəti fərqləndirə bilməyən biri olduğun halda Azərbaycan dili və Ədəbiyyat fənlərindən hazırlığı necə keçirsən?
Cavab məntiqli və inandırıcı oldu.
Tələbə yoldaşım bildirdi ki, hərbi xidməti bitirib məktəbdə işə düzəldim. İşlədiyim məktəbdə məndən başqa bir neçə Azərbaycan dili müəllimi də pedaqoji fəaliyyətlə məşğul idi. Məcbur qalıb o müəllimlərdən əl çəkmədim, onlardan fənnimin həm akademik, həm də didaktik incəliklərini öyrənməyə çalışdım. 2-3 il əziyyət çəkdim, indi şükür Allaha ki, işlədiyim regionun tanınmış, sözünü deyən müəllimlərindən biriyəm.
Bu hadisə göstərdi ki, yaxşı pedaqoji mühit olan təhsil müəssəsində savadsız müəllim ola bilməz. O müəllim rəqabətə tab gətirmək üçün öz üzərində işləməyə məhkumdur.
İkinci hadisə isə bu söylədiyim hadisənin tam əksini göstərdi. Belə ki, Sertifikasiya prosesinin müsabiqə mərhələsinə hazırlıq məqsədi ilə təlimlər keçərkən bilik və bacarğı 2 - ci sinif şagirdinin bilik və bacarığından aşağı olan bir müdavimin başqa rayonda işləyən qohumu mənı zəng edərək qohumu ilə bağlı öz narahatçılığını bildirdi. Qeyd etdi ki, sizin rayonun İbtidai sinif müəllimləri bizim 2-ci sinif şagirdlərindən zəifdirlər. Mən qarşı tərəfə qohumunun zəif olmasının ümumi hamıya aid edilməsi məntiqi xətası olduğunu bildirdikdə həmin şəxs qeyd etdi ki, mənim qohumum tələbə vaxtı çox savadlı biri olub, 30 il müddətində pedaqoji fəaliyyət göstərdiyi mühit onu bu vəziyyətə salıb.
Qarşı tərəflə razılaşmaqdan başqa bir əlacım qalmadı.
Bəli, həqiqətən də pedaqoji fəaliyyəti elə bir sahədir ki, orada işlədiyin mühit səni mütəxəsis kimi də yetişdirə bilər və ya əksinə məhv də edə bilər.
İndi keçək əsas mətləbə müəllimlərin sertifikasiyası prosesinin müsabiqə mərhələsində zəif nəticə göstərməsinin birinci səbəbini onların işlədiyi mühitdə axtarmaq lazımdır. Pedaqoji və metotik işin düzgün qurulmadığı istənilən təhsil müəssisəsində təhsilverənlərin keyfiyyət göstəricisi aşağı olmağa məhkumdur.
Təhsil idarə etmək ritorik nitqlə, təhsil ilinin istənilən vaxtında məktəblərə gəlib sənəd yoxlamaqla və ya statistik diaqramlarla yekunlaşamamalıdır.
Təhsilin idarə edilməsi üç prinsipə söykənir ki,bunlardan biri olan inkişafın monitorinqinin aparılmasıdır ki, bu da günahkar axtaran əzazil yoxlamalar təşkil edib, statistik məlumatlar nümayiş edirməkdən ibarət olmamalıdır.
İkinci prinsip hesabatlılıq prinsipidir ki, şükür Allaha bizdə bu prinsip selfi çəkib sosial şəbəkələrə yerləşdirmək kimi başa düşülür. Adamın başının üstündə Allah var, həqiqəti danmaq olmaz ki, bu sahədə təhsilimiz çox irəli gedib. Nəyimiz də olmasa rəngarəng, bir-birindən gözəl şəkilli statuslarımız çoxluq təşkil edir.
Üçüncü əsas prinsip məsuliyyətin bölüşdürülməsidir ki, fərdin, cəmiyyətin və dövlətin qarşısında hər kəs məsuliyyət daşımalı olduğu halda, təhsili idarə edənlər bir günah keçisi tapıb məsuliyyəti onun üzərinə yükləməklə məsuliyyəti özlərindən uzaqlaşdırmağı çox peşəkarlıqla bacarırlar.
Cənablar, günah keçisi axtarmaqdansa bir dəfəlik ba düşün ki, pedoqoji və metodik işin düzgün tərtib edilməsi bu gün təhsilimizin əsas problemidir.
Təhsilverənlərin inkişaf proqramı adı altında maliyə pramidası qurmaqdansa, Təhsilverənlərin fəaliyyət göstərdikləri müəssisələrdə pedaqoji və öyrədici mühit formalaşdırsanız, məncə, təhsil sahəsində bu qədər problem olmaz.
Görünür, kimlərəsə belə sərf edir ki, pedaqoji işdən anlayışı olmayanı hansısa kriteriyaya görə məktəb rəhbəri və daha üst rəhbər vəzifələrə təyin edirlər, metodiki işə cavabdeh şəxs olan direktor müavinlərindən isə heç danışmağa dəyməz....
Tanrı özü köməyimiz olsun...
Təhsil mütəxəssisi Elşən Şəmmədli