Xəbərlər / Ekspert / Müəllim
11 iyul 2023
660


"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"


Sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Sertifikatlaşdırma prosesi 2025-2027-ci ildə tam başa çatacaq. 2025-ci ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə 2026-cı ildə növbəti dəfə imtahan vermələri üçün şans yaradılacaq. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir. 2023-cü ildə 35 min müəllim sertifikasiyaya cəlb olunacaq. Ötən il 11133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqına 35 faiz, 3426 müəllimin əməkhaqqına isə 10 faiz əlavələr edilib. Bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olundu. Eyni zamanda, ölkə üzrə Azərbaycan dili və ədəbiyyat müəllimləri də sertifikasiya imtahanında iştirak etdilər. Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiyaya cəlb olunan 35 min müəllimin böyük əksəriyyətinin əməkhaqqısı ya 10 faiz, ya da 35 fazi artacaq: "Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfədən çox artıb. 2022-ci ilin yanvar və sentyabr aylarında, 2023-cü ilin isə fevral ayında artımlar olub".


E.Əmrullayevin sözlərinə görə, sertifikasiya prosesi ilk növbədə təhsildə keyfiyyəti yüksəltməyə, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmağa yönəlib: "İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib. Sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb".


Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib: "Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40+dur".


Nazirin dediyinə görə, bu il 5 min insan müəllim olmaq istəyir. Müəllimlik peşəsi ən rəqabətli sahədir: "Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Biz görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib. Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək".


E.Əmrullayev qeyd edib ki, gələcəkdə yüksək bal toplayan müəllimlər metodist ola bilərlər. Məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: "Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Müəllimlik peşəsi ən rəqabətli sahədir. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bu il 56 min insan müəllim olmaq üçün müraciət edib. Sertifikatlaşdırma prosesi müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablanıb. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlərə başlanılacaq. Ən başlıcası odur ki, sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı yaradılacaq".


Nazirin sözlərinə əsasən, sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. Proses zamanla həyata keçiriləcək: "Birdən-birə çətinlik dərəcəsini qaldırmağın hansısa faydası olmayacaq. Lakin bu, hələ gələcəyin işidir. Hazırda məsələ ilə əlaqədar işlər aparılır. Bizim iki məqsədimiz var, birincisi, keyfiyyəti qaldırmaq, ikincisi, həmin keyfiyyəti bərabər paylamaq".


Elm və təhsil naziri deyib ki, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənlə problemi ola bilməz: "Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da, var. Rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər. Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır".


E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: "Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi".


Nazir əlavə edib ki, biz savadsızlığa qarşı total reaksiya vermirik. Bu problemi nazirlik tək həll edə bilməz: "Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq".


E.Əmrullayev vurğulayıb ki, orden və medalların dəqiq mənası göstərilməlidir: "Çünki bir müəllim medal və ya orden alması digər müəllimə haqsızlıq ola bilər".


Nazir onu da bildirib ki, məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz, çünki bu, bəzi neqativ hallara səbəb olur: "Bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi. Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb".


Nazir həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir: "Saxta yolla alim adı almış adamla, səmərəli, yaxud səmərəsiz alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik".


Təhsil eksperti Nadir İsrafilov bildirir ki, müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar: "Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur. Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Odur ki, müəyyən müddətdən bir müəllimlər biliyini nümayiş etdirməlidirlər. Yəni bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir".


Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) ilə sertifikasiya imtahanını bir tutmaq olmaz. Ancaq MİQ imtahanı ilə sertifikasiya imtahanının məzmunu eynidir. Nəzərə alsaq ki, müəllimlərin işə qəbulu daha rəqabətlidir və çətindir. Buna görə də onların 2 il sonra yenidən imtahana girməsinə ehtiyac yoxdur. Onların əsas gücləndirməli olduqları məsələ nəzəri bacarıqlarının praktikada keyfiyyətli şəkildə tətbiq etməsidir. Praktik bacarıqlara yiyələnməyə ehtiyac var. Biliklərini praktika ilə möhkəmləndirməlidirlər:  "Əlbəttə ki, müəllimlərin işə qəbul üzrə müsabiqə sertifikasiyadan bir qədər fərqlidir. Biz "sertifikasiya sadədir, MİQ isə çətindir" deyə bilmərik. Çünki sertifikasiya faktiki işləyən şəxslərin ümumi bilik və bacarıqlarının yoxlanılması məqsədilə keçirilən və onun əsasında növbəti illərdə işləyib-işləyə bilməməsi haqqında bir növ qərarverici imtahandır. MİQ isə müəllimlərin bilik və bacarıqlarını yoxlayaraq onların iş yerlərinə yerləşdirilməsi prosesi üçün nəzərdə tutulub. Hər imtahanın öz şərti var və bal nisbəti də tamamilə fərqlidir. Həmçinin, MİQ-də kütləvi halda 40-50 min, sertifikasiya imtahanında isə mərhələli şəkildə 8-10 min müəllim iştirak edir. Əslində, sertifikasiya imtahanları MİQ-ə hazırlaşanlar üçün əlavə bir stimul olmalıdır. Çünki sertifikasiya vakant yerlərin artmasına gətirib çıxarır".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihəyə start verildi

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihəyə start verildi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad olunur?

Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad olunur?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər