Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.
Belə bir prosedur sovet dönəmində də olub, ancaq, bu dərəcədə narahatlıq və narazılıq doğurmayıb.
Sertifikasia ilə bağlı nə qədər rəsmi və qeyri rəsmi açıqlamalar verilsə də, sertifikasiyanın məqsədinin heç də kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaq, sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsinin əsas məqsəd olduğu bəyan edilsə də, sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əməkhaqqıya keçid, həm də müəyyən mənada müəllimlərin işəqəbulu prosesinin təkmilləşdirilməsidir kimi bəyanatlar səsləndirilsə də, ayrı-ayrı müəllimlər arasında həyəcan və narahatçılıq, bəzi maraqlı tərəflər arasında narazılıq barışmazlıq hələ də qalmaqdadır. Baxmayaraq ki, sertifikasiyanın ilk mərhələsi artıq arxada qalıq, növbəti mərhələyə qədəm qoyulur. Halbuki, belə bir prosedur sovet dönəmində də olub, ancaq, heç də bu dərəcədə narahatlıq və narazılıq doğurmayıb. Görünür, məsələ heç də bu prosedurun mahiyyətində deyil, onun adındadır. Bəlkə də, “Sertifikasiya” əvvəlki kimi “Attestasiya” adlandırılsaydı, bu qədər söz-söhbət də yaranmazdı…
Bu sözləri TehsilForumu.Az “Sertifikasiyadan keçməyənləri nə gözləyir” sualına cavab verərkən Nadir Israfilov deyib.
Neçə dəfələrlə, hətta Nazir səviyyəsində “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır” ; ”Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir” ; ”Təkrar sertifikatlaşdırılmada uğur qazanmayan müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar" kimi bəyanatlar verildiyi halda, burda başa düşülməyən, başqa cür anlaşıla biləcək nə var ki...?
Ekspertin sözlərinə görə neçə olur ki, məktəblərimizdə elementar sözlərin düzgün yazılış qaydalarını bilməyən, sadə riyazi hesablamaları bacarmayan müəllimlərin olduğunu, onların təhsilin keyfiyyətinə əngəl törətdiklərini dilə gətiririk, məktəblərdə pedaqoji fəaliyyətlə ilə məşğul olan müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasına dodaq büzürük... Yəqin, çoxları bilməmiş deyil ki, müəllim əməyinin qiymətləndirilməsi və əməkhaqqına differensial yanaşma heç də yeni məsələ olmayıb, sovet dönəmində də attestasiya adı ilə tətbiq olunub. Onu da xatırladım ki, sonuncu attestasiya 1994-ci ildə keçirilib. Sadəcə olaraq, “İslahat Proqram”ında attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun prosedurlar tələb olunduğundan reallaşması mümkün olmayıb. Sonralar bu proses müəllimlərin sınaq imtahanı, daha sonra isə diaqnostik qiymətləndirmə formasında davam etdirilib. Bir müddət sonra “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə də heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı.
Nəticə olaraq, belə qərara alındı ki, “Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq”. Nəhayət 2022-ci ilin mayında “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib. İstənilən halda, Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir və əsas məqsədi müəllimləri daim inkişafda saxlamaqdadır.
Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.
O ki, qaldı sualın konkret cavabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Əgər, rəsmi açıqlamalara görə 273 müəllimin dərs yükü həftədə 6 saatdan azdırsa və nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ – dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -130 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllim var. Deməli, sertifikasiya prosesində onların da narahatçılığı və nigarançılığına nəhayət aydınlıq gətirilməlidir. Bir halda ki, sosialyönümlü siyasət yeridirik və sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır, deməli onları da inkişaf etdirməyin bir yolunu tapmaqla, dərs yüklərini heç olmasa 10-12 saata çatdırmaq imkanları araşdırılmalı, yox əgər onların peşəkarlıq səviyyəsi və peşə yararlılığı ümumiyyətlə müəllim işləməyə imkan vermirsə, başqa adekvat tədbirlər yolu ilə bu məsələyə nəhayət birdəfəlik son qoyulmalıdır.
“İstənilən halda, sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Bununla belə ədalət naminə razılaşmalıyıq ki, Sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının keçirmək düşündüyümüz qədər də asan məsələ deyil. Ona görə də bu prosesdə yaranan və bundan sonra belə yarana biləcək hər hansı bir nüans, hər kəs tərəfindən anlaşıqla qəbul olunmalıdır.