AzTehsil.com


Xəbərlər / Müəllim
14 iyun 2023
679


“Qızılı geri qaytardım, məni biabır elədilər” - Müəllim danışıb ağladı




“İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”. 


Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevrilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib. 


Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib. 


- Tədbir deyəndə nəyi nəzərdə tutursunuz?


- Valideynlər bildirdilər ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Sonda qurama bir hal alındı. 


- Deyirsiniz bu görüntünü valideynlər bilərəkdən yayıblar?


- Xeyr. Elə bir qurama hal demirəm. Valideynlər özləri də çox pis olublar. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. “Kaş müəllimi belə bir vəziyyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq”, - deyirlər.


Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm. 


- Neçə ildir sözügedən məktəbdə çalışırsınız? 


- 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Bunun 35 ilini sözügedən məktəbdə çalışmışam. Görün bu illər ərzində məktəbə neçə direktor gəlib-gedib. Pis olsaydım, çoxdan işdən çıxarardılar. O, məktəbdə bu illər ərzində nə qədər hadisələr olub. Heç bir qalmaqalda iştirak etməmişəm, heç vaxt mənə töhmət verilməyib. Yetirmələrimdən müxtəlif vəzifələrdə çalışanlardan tutmuş, şəhid, qazi olanlara kimi var. Heç vaxt valideynləri nəyəsə məcbur etməmişəm. Bunları deyirəm, indi deyəcəklər ki, özünü tərifləyir və yaxud müdafiə edir. Bu hadisəni özümə bağışlaya bilmirəm, məni biabır elədilər. 40 il sonra niyə belə hadisə mənim başıma gəlsin? (ağlayır) Çox söz danışa bilmirəm. Guya bu qızıl tək Yaqut müəllimənin qulağına taxılıb? Heç kimin başına belə bir hadisə gəlməyib? 


- Necə olub ki, valideynlər sizə qızıl almaq qərarına gəliblər, digər əşya yox?

- Uşaqlar mənə gül təqdim edəndə özüm ağlamışam. Amma yayılan videoda tam görüntü yoxdur. Videoda elə görünür ki, guya sırğam olmayıb, gəlmişəm ora valideynlər qulağıma qızıl taxırlar. Bu səhnə mənə çox ağır gəlir (ağlayır). Valideynlər özləri də deyir ki, uşaqlarımız 4 ildir oxuyur, biz sizə heç nə etməmişik. Bu bizim ürəyimizdən gəldi, qızıl aldıq. Ona görə özüm də hansısa valideyndən şübhələnə bilmirəm. Əgər belə idisə, niyə bu hədiyyəni mənə alardılar? Özləri də bu hadisəyə görə məktəbə gəlib, direktorla da görüşdülər. Bildirdilər ki, Yaqut müəllimin heç bir günahı yoxdur. Üzr istəyirəm, onlar bu hadisəni törədəni söyürlər də... Mən özüm də məəttəl qalmışam. İnana bilmirəm ki,  burada müəllimin və ya hansısa valideynin əli var. Həyatda görmədiyim bir halla rastlaşdım. Ailəm, tanış-qohumlarım zəng edirlər. Bu hadisə ilə bağlı heç kimdən heç nə eşitmək istəmirəm. Çox utanıram (ağlayır). Bilsəydim ki, belə olacaq, heç vaxt o hədiyyəni qəbul etməzdim. Bu hədiyyəni almaq üçün uzağı hər valideynə 15 manat pul düşüb. Əgər mən tələb edirdimsə, deyərdim gedin bahalı qızıllar alın. Hansısa planım olsaydı, alıb qızılları qoyardım çantama. Heç buna icazə verməzdim. Bu hədiyyənin verilməsini pis mənada başa düşməmişəm. Dedim valideynlər etmək istəyirlərsə, qoy etsinlər. Bu yaşa çatmışam, belə bir hadisə ilə heç vaxt üzləşməmişəm.. 


- Bu videogörüntü ilə bağlı ilk dəfə sizi kim məlumatlandırdı?


- Məktəbin rəhbərliyi məlumat verdi. Zəng etdilər ki, siz tədbirdə iştirak edib, qızıl hədiyyə almısınız? Dedim, bəli. Necə olmuşdusa, elə də dedim. 


- Bəs məktəb rəhbərliyinin bu tədbirin keçirilməsindən xəbəri olub?


- Xeyr. Təhsil idarəsi, məktəb rəhbərliyi nəyə görə bu tədbirin keçirilməsini və o hədiyyəni qəbul etməyimi soruşdu. Mən onlara hər bir şeyi izah etdim. Direktor tədbir keçirilməsini qadağan edibmiş. Amma bunu mənə deməyib və heç özüm də soruşmamışam. Şənbə günü olduğundan sinfimlə bu tədbiri restoranda keçirdim və nəticəsi də belə oldu. Mənim səhvim, birincisi, rəhbərliyi məlumatlandırmamağım, ikincisi, o hədiyyəni qəbul etməyimdir. Bilsəydim, orada iştirak etməzdim. Bu neçə illər ərzində heç bir məktəb rəhbərliyinə söz eşitdirməmişəm. Gərək bunu da etməzdim. Məktəb direktoru da mənə görə töhmət aldı. 


- Abşeron-Xızı Regional Təhsil İdarəsinin sizinlə bağlı qərarı nə oldu?


- Təqaüd yaşıma hələ 3 ilə yaxın qalıb. İdarəyə necə olubsa, izahat yazdım. Valideynlər özləri də idarəyə gəldilər. Onlar özləri akt yazdılar ki, müəllimin günahı yoxdur. Hara lazımdırsa, orada izahat verməyə hazırdırlar. Daha heç nə bilmirəm. Özüm ibadət əhliyəm. Heç vaxt əyri yolla iş tutmaram. 


- O qızılların aqibəti necə oldu?


- Mən qızılları valideynlərə təqdim etdim. Dedim mənə lazım deyil. Götürmürlər. Onlar da çox pis oldular. Müəllim kimi hər kəsdən xahiş edirəm ki, haqqımda mənfi heç nə yazmasınlar, tanımadan, bilmədən haqqıma girməsinlər.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

7 saylı tam orta  məktəbdə  “Son zəng”  tədbiri  keçirildi - FOTO

7 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi - FOTO

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Məktəbdə bədii qiraət müsabiqəsinin sonuncu-final mərhələsi keçirildi

Biləsuvar rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə nümunəvi dərs keçirildi.

Biləsuvar rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə nümunəvi dərs keçirildi.

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.