Xəbərlər / Direktor / Müəllim
29 yanvar 2019
2 293


Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 

 
"İllərdir, narazılıq edirik, şikayət məktubları yazırıq, baxan yoxdur”

Lerik rayonunun Siyov kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri şikayətçidir. Onlar məktəbin təmirsiz, şəraitsiz olduğunu, uşaqlarının buna görə əziyyət çəkdiyini söyləyirlər. Dediklərinə görə, xüsusən də qış aylarında vəziyyət daha acınacaqlı hal alır.

"Məktəbin pəncərə və qapıları bərbad vəziyyətdədir. Otaqlar odun sobası ilə isidilsə də, külək əsəndə sinif otaqlarının açıq hissələrindən içəri keçir. Yağış yağanda, qar əriyəndə, su sinif otaqlarına damır. Stullar, partalar bərbad vəziyyətdədir. İllərdir, narazılıq edirik, şikayət məktubları yazırıq, baxan yoxdur", - deyə valideylər Meydan TV-yə bildirir.

Məktəbin direktor müavini Gülağa Həsənov Meydan TV-yə söyləyir ki, təhsil ocağı təmirsiz olsa da, davamiyyətinə görə rayon üzrə ikinci yerdədir:

"Məktəbimizdən hər il 10-12 şagird universitetlərə qəbul olur. Təmirə gəlincə, aidiyyatı qurumlara müraciət olunub. Hətta Prezident Adminstrasiyasından da gəlib baxıblar. Planlaşdırılıb, bu ilin sonuna kimi məktəbin tikintisi nəzərdə tutulub".

Direktor müavinin sözlərinə görə, məktəb binası 1982-1983-cü ildə inşa olunub. Əvvəllər ibtidai təhsil üçün nəzərdə tutulub:

"Sonradan məktəb onbirillik oldu, otaqlar genişləndirildi. Hazırda məktəbdə 134 nəfər şagird təhsil alır. Məktəbdə bütün ixtisaslar üzrə 24 müəllim fəaliyyət göstərir. Məktəb tikilsə, çox yaxşı olar"
 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 


   

"Ümumiyyətlə, pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq. Məktəbimiz rəqabətdə olan təhsil ocağıdır. Təhsil yüksək səviyyədə tədris olunur. Bina məsələsi həll olunsa, təhsilin səviyyəsi daha da yüksəlmiş olacaq. Maddi bazamız, şəraitimiz düzəlsə, daha yaxşı olardı. Sinif otaqlarını odun peçi ilə isidirik. Odun dövlət tərəfindən verilir. Gələcəkdə kombi sistemi olsa, daha yaxşı olardı", - deyə, məktəbin fizika müəllimi Vüsal Bayramov əlavə edir Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bilal Heydərov Meydan TV əməkdaşı ilə söhbətində bildirib ki, ötənilki zəlzələdən sonra məktəb binası daha təhlükəli vəziyyətə düşüb:


"Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etdik. FHN-nin nümayəndələr gəlib, məktəbə baxış keçirdilər. Bundan başqa, Təhsil Nazirliyindən nümayəndə İH-də olub, baçşı ilə görüşüb, bildirilib ki, artıq layihə hazırdır, 2019-cu ildə məktəbin tikintisinə başlanılacaq. Yəni bizi 100 faiz əmin ediblər".


Lerik rayonu Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev Meydan TV-yə açıqlamasında Lerik rayonu ərazisində 10 modul məktəbin inşa edildiyini söyləyir.


"Həmin məktəblərin bəziləri artıq istifadəyə verilib. Lerik Rayon İcra Hakimiyyəti rayonda mövcud olan bütün müəssisələr, o cümlədən tədris ocaqları ilə daim maraqlanır və lazımi köməkliyi göstərir. Bu yaxınlarda Siyov kənd məktəbinin tikintisnə başlanılacaq. Mən təhsil şöbəsinin müdiri olaraq çalışıram ki, təkcə Siyov deyil, Lerik rayonu ərazisində qəzalı vəziyyətdə olan digər kənd məktəbləri inşa və bərpa olunsun".

 

 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 

 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 

 

 

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

 


 


 

 


 

 


 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təsisçi və baş redaktor:Elşən Qafarov

Təsisçi və baş redaktor:Elşən Qafarov

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu