Regional Təhsil İdarəsi: Valideynlər müəllimi müdafiə edirlər
Xırdalan 1 və 9 saylı məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin müəllimlərə qızıl zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülərə aydınlıq gətirilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir.
“İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər” – deyə cavabda qeyd olunub.