AzTehsil.com
RU


Xəbərlər / Ekspert / Müəllim
27 aprel 2023
3 438


Nadir İsrafilov -Yeniyetmənin düşünülmüş və ya düşünülməmiş əməli onun ümidini puça çevirmiş oldu...




"Bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi, bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə, hər kəsin təhlükəsizliyinin təmin olunmasına və şəffaf imtahan mühitinin yaradılmasına xidmət edir. DİM rəsmisinin açıqlamasını da nəzərə alaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur. Buraxılış rejimi zamanı imtahana zidd əlavə vasitələrin binaya keçirilməsinin qarşısının alınması üçün fiziki olaraq üstlərinin yoxlanılması həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Nadir İsrafilov sözlərinə belə davam edib: "Baxmayaraq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur, bununla belə müxtəlif illərdə müxtəlif sayda məzunda mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilməsi halı bu günün özündə də davam edır.


İş o yerə çatıb ki, Dövlət İmtahan Mərkəzi son olaraq yenidən gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırıb. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəyi barədə məlumat yayıb, bir daha bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir.


Maraqlı olanı isə odur ki, sual oluna bilər ki, yoxlama prosesində bunu aşkar etmək niyə mümkün olmayıb? Bu sual da DİM-in yaydığı məlumatda cavabsız qalmayıb: “Təəssüflə bildiririk ki, bəzən imtahan iştirakçıları qadağan olunmuş vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yalnız səthi toxunmaqla yoxlama aparıldığı üçün onları müəyyən etmək heç də həmişə mümkün olmur. Bəzən də iştirakçılar hansı binada imtahan verdiyini əvvəlcədən bildiyi üçün bir neçə gün əvvəl ora gəlib mobil telefonu binanın içində gizlədirlər. Belə çıxır ki, bu kimi yanaşmalarla arzuladığımız ədalətli seçimin təmin edilməsinə nail ola bilməyəcəyik. Bəlkə, problemin həlli üçün yüksək texnologiyanın funksionallığından yararlanaraq, şəxsin üzərində hər hansı bir yad əşyanı müəyyən edə biləcək müasir detektorlardan istifadə edək?


Paradoks yaranır: Bir yandan imtahana digər qadağan olunmuş vasitələr hələ bir yana qalsın, adi mobil telefonun keçirilməsinin qarşısını ala bilmirik, digər tərəfdən keçirənlərin imtahandan xaric edilməsini ədalətsizlik hesab edənlərin tənəsiylə üzləşirik. Keçirənlərə göz yumsaq isə, “çəzasızlıq sindromu”na yol açmaqla, bəri başdan bu kimi hallara daha geniş şəkildə rəvac vermək zərurəti qarşısında qalmış oluruq. Deməli, ya vəziyyətlə hesablaşmalı, ya da vəziyyətdən çıxış yolu kimi nəsə etməliyik...


Bununla belə, hesab edirəm ki, imtahana mobil telefon keçirən abituriyenti bu hərəkətinə görə imtahandan xaric etmək yeganə və uğurlu hesab ediləcək yol deyil. Bəlkə, bu abituriyent elə ən hazırlıqlı məzunlardan biri idi? Bəlkə, sadəcə olaraq "ehtiyat igidin yaraşığıdır" prinsipini əsas götürüb, sonra bunun peşmançılığını çəkib? Bəlkə də onun bu hərəkətini görüb, göz yumanlar olub...? Suallar çoxdur, fakt isə odur ki, bir yeniyetmənin düşünülmüş və ya düşünülməmiş əməli onun ümidini puça çevirmiş oldu... Belə hallar isə yeganə hal deyil".




Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Yeniyetmələrin əsas psixoloji problemləri

Yeniyetmələrin əsas psixoloji problemləri

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

“Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

“Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

Dahi Lütfi Zadə - 97 il tamam oldu

Dahi Lütfi Zadə - 97 il tamam oldu

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Şair təxəyyülündə bədiiləşən tariximiz

Şair təxəyyülündə bədiiləşən tariximiz

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub

Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Nadir İsrafilov: “Mövcud təhsil modelində yaxşı oxuyanın zəif, zəif oxuyanın yaxşı nəticə  göstərməsi təbii haldır”.

Nadir İsrafilov: “Mövcud təhsil modelində yaxşı oxuyanın zəif, zəif oxuyanın yaxşı nəticə göstərməsi təbii haldır”.