Xəbərlər
04 sentyabr 2021
1 081


Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub

Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub

 

Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 15 yaşlı yeniyetmə yaşadığı evdən 2 kilometr məsafədən keçən Yuxarı Qarabağ kanalında özünü suya ataraq intihar edib. Ailəsi Aqşinin göz görə-görə ölümə sürüklənməsinə səssiz qaldıqlarına görə özlərini günahkar bilir. Nənəsi Ruqiyyə Cavadova deyir ki, gərək uşağı həkimə aparardıq: "Söhbət edəndə deyirdi mən həyatımdan bezmişəm. Düşmənimiz yox heç kimin günahı yox. Onun xətrinə heç kim dəymirdi. əvvəldən deyir di, ki özümü atacağam suya. Gəlib mənə deyirdi ki, nənə sən get bizdə yat mən sənin yerində yatacağam. Səhər gəlirdim ki, hələ yatmayıb. Deyirdim ay bala bu telefon səni məhv edəcək. Deyirdi onsuzda mən həyatımdan bezmişəm. Biz gərək onu həkimə apardıq”.

Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. İntihar edən yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: "İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm ya da özümü. Məncə qıza görə başqasına verildiyinə görə fikirləşib bu hadisə baş verib."

15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı. Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: " Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq.
 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda 15 yaşlı məktəbli qıza təcavüz etdilər: Hamilə qalıb

Azərbaycanda 15 yaşlı məktəbli qıza təcavüz etdilər: Hamilə qalıb

Xırdalanda sevdiyi qızla mübahisə edən məktəbli özünü 12-ci mərtəbədən atdı - FOTO

Xırdalanda sevdiyi qızla mübahisə edən məktəbli özünü 12-ci mərtəbədən atdı - FOTO

Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar edib

Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar edib

Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Gəncədə 17 yaşlı qızın intiharının TƏFƏRRÜATI

Gəncədə 17 yaşlı qızın intiharının TƏFƏRRÜATI

Ağcabədidə qaçırılan 21 yaşlı tələbə qızın - FOTOSU

Ağcabədidə qaçırılan 21 yaşlı tələbə qızın - FOTOSU

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

15 yaşlı məktəbli niyə canına qəsd edib? - VİDEO

15 yaşlı məktəbli niyə canına qəsd edib? - VİDEO

Bakıda 13 yaşlı qız özünü dördüncü mərtəbədən atıb

Bakıda 13 yaşlı qız özünü dördüncü mərtəbədən atıb

SOS! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar

SOS! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar

13 yaşlı qızı qaçırdılar

13 yaşlı qızı qaçırdılar

Nişan mərasimi keçirilən 11 yaşlı azərbaycanlı qızla bağlı TƏFƏRRÜAT - VİDEO

Nişan mərasimi keçirilən 11 yaşlı azərbaycanlı qızla bağlı TƏFƏRRÜAT - VİDEO

Koronavirusun ən gənc qurbanı məktəbli oldu

Koronavirusun ən gənc qurbanı məktəbli oldu

Braziliyalı yeniyetmə nənəsinin soyuducusunda ölü tapıldı

Braziliyalı yeniyetmə nənəsinin soyuducusunda ölü tapıldı

Məktəbli qızın meyiti tapıldı - Bakıda faciə

Məktəbli qızın meyiti tapıldı - Bakıda faciə

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA

DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA

Qəbələdə məktəbli intihar edib

Qəbələdə məktəbli intihar edib

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 53 yaşlı məktəb mühafizəçisi...

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 53 yaşlı məktəb mühafizəçisi...

Məktəbli qızın   vidası - VİDEO

Məktəbli qızın vidası - VİDEO

Qubada 10-cu sinif şagirdi intihar edib

Qubada 10-cu sinif şagirdi intihar edib

Rusiyada “kişi sözü” verən beşinci sinif şagirdi özünü 23-cü mərtəbədən atdı - FOTO

Rusiyada “kişi sözü” verən beşinci sinif şagirdi özünü 23-cü mərtəbədən atdı - FOTO