AzTehsil.com


Xəbərlər
14 aprel 2021
1 142


SOS! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar



 

Bakıda 14 yaşlı yeniyetmə intihar edib. Muradxan adlı yeniyetmə Nizami rayonu ərazisində, Xəzər Universitetinin yaxınlığında özünü 14-cü mərtəbədən atıb. O, hadisə yerində keçinib.

Yeniyetmənin valideynlərinin əslən Füzuli rayonundan olduğu bildirilir. Hadisə ilə bağlı polis araşdırma aparır. Xəbərə görə Muradxan intihardan əvvəl bu əməli ilə bağlı məktub yazıb.

Son vaxtlar ölkəmizdə intihar hallarının artığını söyləyən psixoloq Fərqanə Mehmanqızı "Sherg.az”a təəssüf hissi ilə bildirib ki, hər yaşda olan insan çıxış yolunu intiharda görür. Onun sözlərinə görə, yeniyetmələrin intihara meyl etmələrinin bir çox səbəbləri var:

"Məsələn, valideynlə uşaqlar arasında olan münasibətləri demək olar. Böyüklər düşünürlər ki, uşaqlar onları başa düşmür. Uşaqlar da həmçinin. Beləliklə valideynlə uşaqlar arasında uçurum yaranır. Fikrimə, hadisə ciddi şəkildə araşdırılmalıdır. Təbii ki, psixoloji məqamlar çoxdur. İnsanların daxilindəki özgüvənsizlik, özünü ailəyə və cəmiyyətə təsdiq edə bilməmək baş verir. Əlbəttə, bütün bunlar nəticədir, səbəb isə daha dərində "yatır”. Mənəvi aclıq, dinlənilməmək çox böyük fəsadlara yol açır. Bu gün cəmiyyətimizdə dinləmək kimi bir problem var. Empati bacarığının aşağı düşməsi mənəvi aclığa gətirib çıxarır. Nəticədə yaranan aqressiya və özünəqapanma insanın canın qıymasına səbəb olur.

İntihar psixoloji ruh halıdır və bu halda insanın bütün mənəvi dəyərləri özünüdərk mövqeyini itirir. Ona görə də bir dəfə intihara cəhd edən şəxs yenə də bu yola əl ata bilər.

Dövlət və qeyri hökumət təşkilatları tərəfindən müxtəlif tədbirlər görülməlidir. İstər məktəb və bağçalarda, istərsə də iş yerlərində müvafiq tədbirlərə ehtiyac var. Bir insan özündə və sevdiyi insanlardan qopanda, onlar tərəfindən dinlənilməyəndə intihara əl atır. Çünki mənəvi aclıq insana hər şey etdirə bilir”.

F.Mehmanqızı qeyd edib ki, yeniyetmə və gənclər sosial şəbəklərdə hər kəsin yaxşı şəkildə yaşadığını, hər bir şəraiti olduqlarını düşünürlər. Buna görə də onların valideynlərdən müəyyən tələbləri olur:

"Valideynlər də bu tələblərə cavab verə bilmədiklərinə görə, qopmalar baş verir. Sanki valideyn onların azadlıqlarını əlindən alır, maddi durum yoxdur deyə, valideynlə müəyyən problem yaşanmalıdır. Ona görə bu gün yeniyetmələr intihara meyilli olurlar. Uşaqlar o anda elə düşünürlər ki, onlar intihar etməklə valideynlərin cəzalandıracaqlar. Əslində, bu, belə də olur. Çünki yaşanan peşimanlıq və depressiya valideyn üçün ən böyük cəzaya çevrilir”Saglamolun.Az



Загрузка...
Həmçinin oxuyun:
Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Bakıda dəhşətli hadisə - İki yeniyetmə qız özünü binadan atdı

Bakıda dəhşətli hadisə - İki yeniyetmə qız özünü binadan atdı

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Abşeron rayonunda 15 yaşlı qız intihara cəhd etdi - VİDEO

Abşeron rayonunda 15 yaşlı qız intihara cəhd etdi - VİDEO

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

İranlı tələbə sevdiyi qızla dalaşıb intihar etdi - BAKIDA

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

İntihara hazırlaşanı necə tanımalı? - Dəhşətli sonun başlanğıcı

İntihara hazırlaşanı necə tanımalı? - Dəhşətli sonun başlanğıcı

15 yaşlı qız bacısı ilə özünü 10-cu mərtəbədən atdı - Son sözləri ŞOK ETDİ / VİDEO

15 yaşlı qız bacısı ilə özünü 10-cu mərtəbədən atdı - Son sözləri ŞOK ETDİ / VİDEO

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?