AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
10 mart 2021
2 600


Yeniyetmələrin əsas psixoloji problemləri



 

Yetkinlik,fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.
 
Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır.Uşaqlıqda başlayan yetkinlik qavramı,yeniyetməlik dövründə pik nöqtəyə çatır.13-14 yaşlarında başlayır,17-21 yaşlarında bitir.          

Qızlarda 11-13 yaş                                                    

  Oğlanlarda 13-15 yaş                                                

  Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri:                                

  -Yalnızlıq istəyi                                                                      

  -işləmək istəksizliyi                                                                  

 -can sıxıntısı                                                                          

  -narahatçılıq                                                                          

  -qaydalara qarşı dirəniş                                                              

 -cəmiyyətlə ziddiyyət                                                                

 -cinsiyyətə hədsiz maraq                                                          

 -həssaslığın artması                                                                  

  -özgüvənsizliklə və s. ilə özünü göstərir.                      

 Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır.Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır. Eqoizm, ətrafdakıların hisslərinə laqeydlik, neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir.Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür.Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.                                                        

Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən, nəticə aydındır: aqressiv davranışın yaranmasında bioloji, psixoloji və sosioloji amillər mühüm rol oynayır.           
 Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil, həm də situativ amillərdə təsir göstərə bilər. Məsələn: bu başqalarının yeniyetmələrə verdiyi qiymət, qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.                               
 
 Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya "qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab  vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.                                          Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.        

Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək, kişinin güclü ,müstəqil, aktiv, aqressiv, şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif, dözümlü, zəif, asılı, emosional, nəzakətli, ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.                                                                           
 
Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq,"Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan, yeniyetməlik dövrünə keçmənin çətinlikləri, 2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu, 3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət: normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları,böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.                                  
İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.                                                                           
Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.                    

 Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin "Mən” konsepsiyasının,hisslərinin, həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır. Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa,yeniyetməyə mənəvi,psixoloji cəhətdən yaxın,onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır.     
 
Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: "Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s.  Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.

Narınc Uşaq Psixologiya Mərkəzinin Psixoloqu- Sevinc Ələkbərli.



Загрузка...
Həmçinin oxuyun:
Uşağın bir şəxsiyyət kimi inkişafının özülü

Uşağın bir şəxsiyyət kimi inkişafının özülü

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Mənlik Şüuru nədir

Mənlik Şüuru nədir

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşağın ruhi sağlamlığı ,təhsil uğurları bundan asılıdır

Uşağın ruhi sağlamlığı ,təhsil uğurları bundan asılıdır

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Valideynlər, diqqətli olun! - Bu amillər uşaqları məhvə aparır

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib

ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Elina Hacıyeva niyə intihar etdi...

Elina Hacıyeva niyə intihar etdi...

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT

Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür.

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür.

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

UŞAQLAR NİYƏ DIRNAQ YEYİR?

UŞAQLAR NİYƏ DIRNAQ YEYİR?

Psixi və davranış pozuntularının kökündə nə dayanır? - Əcdadlarımızdan bizə ötürülən səbəblər

Psixi və davranış pozuntularının kökündə nə dayanır? - Əcdadlarımızdan bizə ötürülən səbəblər

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM