AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
23 iyun 2019
5 979


Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür.



 

 
Həyata yeni addımlarını atan yeniyetmə ətrafdakılarla münasibətləri tənzimləyərkən bəzən problemlər yaşayırlar.
İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Yəni bu davranışların çoxu bir-birini təkrarlayır.
Yetkinlik çağının  davranışları aşağıdakılardır:

1. Otağa qapanmaq

Otaqları onlar üçün qala kimidir. Ora başqalarının girməsini istəməzlər. Evdəki vaxtlarının çoxusunu öz otaqlarında keçirirlər.

2. Ailələrin müqayisəsi

Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. "Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır”. 

3. Mən keflənmirəm

Spirtli içkilərlə təzə-təzə tanış olmağa başlayan yeniyetmələr özlərini sübüt etmək üçün həmişə sərxoş olmadıqlarını iddia edirlər. Amma "mənim canım möhkəmdir, qardaş, içirəm, içirəm keflənmirəm”… Belə söhbətin axırı tualetdə qusmaqla bitir. 

4. Qapını çırpıb çıxmaq

Ailədə baş verən söz-söhbətin axırı qapını çırpıb getməklə qurtarır. Bəzən əllər o qədər öyrəşir ki, tualetin də qapısı çırpılır.

5. Problem səndə deyil, məndədir

Yeniyetmələr bir-birlərindən ayrılarkən bu ifadədən çox istifadə edirlər: "Sən yaxşı insansan, yaxşı dost ola bilərik”. Bəziləri üçün bu ifadələrin tələffüzü ömrün sonuna qədər davam edir.

6. Heç kim məni başa düşmür.

Yeniyetməlik bu hisslə gəlir: "Bu dünyada mən təkəm. Heç kim mənim dərdimi başa düşmür”. Amma bütün yeniyetmələr eyni dərəcədə tənhadırlar. 

7. Gəl evlənək

Bu yaşda bir-birləri ilə təzə tanış olan, məhəbbət başlarına vurmuş yeniyetmələr evlənmək sevdasına düşürlər. Bəzən bir-birlərinə üzük da bağışlayırlar. Ancaq bir xırda mübahisədən sonra o üzükləri atıb gedirlər.

8. Otağıma qarışma

Qeyd etdiyimiz kimi otağı bir yeniyətmə üçün qala kimidir. Valideynlərsə həmişə bu otağa qarışırlar. "Yerini yığışdır, paltarlarını düzəlt, corabları götür, kitabları düzəlt” kimi əmrlər verirlər. Ən pisi isə bir yeniyetmənin otağını yığışdırmaqdır. Onda qiyamət qopur. Çünki bütün bu dağınıqlığa baxmayaraq, onun özü hər şeyin yerin bilir.

9. Həyatın nə olduğun başa düşürəm

15 yaşında həyatı başa düşdüyünü zənn edən yeniyetmələrin dilindən düşməyən cümlədir. Hətta bəzən qoca kişilər kimi nəsihət də verirlər: "Bu həyatda gərək heç kimə inanmayasan, həyatın qanunu budur”

10. Buralardan gedəcəm

Ali məktəb imtahanlarının qorxusu başlayanda bu fikirlər oyanır. Birinci getmək istədikləri ölkə Amerika olur. Sonra yavaş-yavaş Avropa ölkələrinə gəlib çıxırlar. Axırda isə Gürcüstanla bitir bu arzu.

11. Siyasət murdar şeydir

"Bütün siyasətçilər öz mənfəətlərini güdürlər. Buna görə də həyatda heç vaxt siyasətə qarışmamaq lazımdır”. Buna görə də heç televiziya xəbərlərinə də baxmırlar.

12. Gündəlik yazmaq 

Yanvarın 1-də başlayırlar gündəlik yazmağa. 4-5 gün yazıb sonra cümlələri yavaş-yavaş azaldırlar. Axırda gündəlik kitabların arasında itib batır.

13. Ananla gəlirsən?
 
Yeniyetmələrin anasından, atasından və bütün qohumlarından zəhləsi getdiyi bir dövr var. Ana və atasıyla bir yerə getdikləri üçün əsəbləşirlər. Küçədə valideynləri ilə görünməkdən utanırlar.

14. Sıxılıram

İnsan hərdən sıxıla bilər. Ancaq yeniyetmələrdə bu sıxılmaq bəzən uzun çəkir. Hara gedirsən get. Həmişə sifətlərində narazı ifadə var. Tez-tez sıxıldıqlarını deyirlər. Bu da zamanla keçən bir xəstəlikdir.

15. İntihar etmək

Yeniyetmələr qarşılaşdıqları xırda problemləri böyütməyi sevirlər. Ətrafdakılarla yaranmış anlaşılmazlıqlar, sevgili ilə problemlər, sevgilinin xəyanət etməsi bəzən onları intihar etməyə sövq edir. Lakin belə intiharların 80 faizi sadəcə, görüntü xarakteri daşıyır. Lakin yerdə qalan 20 faizdən ehtiyatlı olmaq lazımdır.



Загрузка...
Həmçinin oxuyun:
Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın

Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Valideynlər yeniyetmə övladlarına necə yanaşmalıdırlar?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kəkələmə tam müalicə olunurmu?

Kəkələmə tam müalicə olunurmu?

Valideynlər, "ölümü" öz əllərinizlə uşaqlarınıza verməyin!

Valideynlər, "ölümü" öz əllərinizlə uşaqlarınıza verməyin!

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Dərs oxumağa həvəsləndirən 6 qayda

Dərs oxumağa həvəsləndirən 6 qayda

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Uğur qazanmağın yolları

Uğur qazanmağın yolları

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi