12 martda keçirilmiş imtahana 485 nəfər gəlməyib, 19 nəfərin nəticəsi ləğv olunub – RƏSMİ
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, imtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib.