AzTehsil.com


Xəbərlər / Ekspert / Ziyalılar
26 mart 2023
1 070


Təhsildə marketinq tədqiqatları niyə aparılmır ?-İLHAM ƏHMƏDOV




 Ali məktəblərə tələbə qəbulu planı əmək bazarının inkişaf perspektivləri ilə əlaqəlidir. Sovet dönəmində planlı iqtisadiyyat olduğu üçün bu işi planlaşdırmaq və proqnozlaşdırmaq mümkün idi. Müstəqillik illərində, bazar münasibətləri şəraitində bu sahədə ciddi problemlər yarandı. Məsələn, ölkədə pedaqoji kadrlara heç bir ehtiyac olmadığı halda 12 il əvvəl AMİ və onun 12 filialının açılması buna bariz nümunədir, bu addımın təhsil sisteminə vurduğu zərbə, hələ uzun illər özünü göstərəcəkdir.


Yaxın illərdə universitetlərə tələbə qəbulu planının 75000-ə çatdırılması zərurəti hansı tədqiqatlara əsaslanır?. iqtisadiyyatımızın strukturu bu kadrların məşğulluğunu təmin edə biləckmi? Bu plan ixtisaslar və universitetlər arasında hansısa reallığa əsaslanaraq bölünəcək yoxsa, kor -təbii bölünəcək? Hansı yeni ixtisaslar açılacaq və buna hazırlıq işləri aparılıbmı? Universitetlərin maddi texniki və kadr resursları bu plan artımını qarşılamağa hazırdımı?


Əmək bazarının real vəziyyəti və inkişaf proqnozu, ali təhsil xidmətləri bazarının tədqiqi və inkişaf perspektivləri, sahələr üzrə mütəxəssislərə olan təlabatın proqnozlaşdırılması v.s. problemlər təhsildə marketinq tədqiqatlarının aparılmasına ciddi ehtiyacın olduğunu göstərir. Bu günə qədər təhsildə marketiq tədqiqatlarının aparılmaması səbəbi ilə bu qədər cavabsız suallar yaranır. 


Bəzi həmkarlar düşünür ki, "Ali təhsil haqqında qanun"un qəbulu universitetlərdəki bütün problemləri həll edəcək. ... Heç nə dəyişməyəcək. Kim edəcək bu dəyişiklikləri? 9 aydır 2 agentliyi yarada bilmirlər. Bu "peşəkar" komanda ali təhsildəki problemləri heç aydın təsəvvür etmir, nə dəyişə bilərlər? 2009-da "Təhsil Qanunu" (T.Q.) qəbul edildi. Bu 14 ildə nə dəyişdi ki ? Ölkədə qanunlar çox vaxt elə kağız üzərində qalır. "Təhsil Qanunu" nda təhsil formalarından biri kimi distant təhsil qeyd edilib. 14 ildə niyə distant təhsili yaratmadılar? Hətta pandemiya da bunlara dərs olmadı. 


Dəyişiklik qanunlardan çox, strategiyalardan, konsepsiyalardan, yol xəritələrindən asılıdır. Onları isə hazırlamaq lazımdır. Bu strategiyalar olsaydı elə T.Q. da kifayət idi onların reallaşdırılmasına. 


Bu mənada təhsildə marketiq tədqiqatlarının aparılmasının təhsilə aid qanunlara aidiyyatı azdır. Bu işlək təhsil mexanizminin yaradılması və səmərəli fəaliyyəti üçün lazımdır. ETN bu barədə nə düşünür?






Загрузка...
Həmçinin oxuyun:
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir