AzTehsil.com


Xəbərlər / Ekspert
27 dekabr 2022
922


EKSPERT : "Müvafiq qurumlar hərəkətə keçməlidir"




Son zamanlar ortaya çıxan “Yandere simulator” oyunu bütün dünyada həyəcana səbəb olub. Adının mənası “xəstə ruhlu aşiq” olan oyunda sevdiyi şəxsə yaxınlaşan qızları öldürüb qətlin bütün dəlillərini məhv bir personajdan bəhs edilir. Oyunda “öldürmək” rejimi seçilməzsə, oyunçuya qızları dinləmək, gizli şəkildə fotolarını çəkib yaymaq kimi üsullarla onları aradan qaldırmaq hədəfi qoyulur.

İki il əvvəl gəncləri intihara sövq etməsi səbəbiylə müzakirələr yaradan “Mavi balina” oyununun bənzəri olan “Yandere simulator” da yeniyetmələr və məktəblilər üçün potensial təhlükədir. Uşaqların fan səhifələri yaratması, oyunu təbliğ etməsi təhlükənin miqyasını açıq şəkildə ortaya qoyur. Bəs, bu cür oyunların yayılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov Bakupost.az-a açıqlama verib.



O bildirib ki, virtual aləmin real həyata təsirlərinin azaldılması ilə bağlı müvafiq qurumlar fəaliyyətə keçməlidir:

“Bunun qarşısının alınması ilə məşğul olan qurumlar var. Məsələn, Amerikada TikTok ləğv edilib. Bu cür oyunlar şübhəsiz ki, uşaqların təhsilinə də təsirsiz ötüşmür. Bu gün təhsildə tərbiyə işinin arxa plana keçməsi, müəllim-şagird, məktəb-valideyn münasibətlərindəki xoşagəlməz hallar virtual aləmin təhsil sektoruna nüfuz etməsi ilə bağlıdır. Bu gün biz bullinqlərlə, intihar halları ilə qarşılaşırıq. Bunların hamısı virtual şəbəkənin cəmiyyətdə daha çox yeniyetmə və gənclərə təsir etməsi ilə bağlıdır. Bir ara məktəblərin ətrafında internet klublar var idi. Uşaqlar dərsdən qaçıb oyun oynamağa gedirdilər. Sonra bu məsələ Milli Məclis tərəfindən qaldırıldı. Ölçü götürüldü. Bu gün əsas vəzifəmiz yeniyetmələri, məktəblilləri virtuallıqdan azad emək, onlarla imkan daxilində canlı ünsiyyətə keçməkdir. Amma biz görürük ki, hansısa universitetdə tiktokçularla görüş keçirilib, hansısa nazirlik və ya idarə bloqerlər müsabiqəsi keçirib. Bunların hamısı Qərbin təsiridir. Qərbə inteqrasiya etmək lazımdır. Amma bu, o demək deyil ki, biz orada olan nə varsa, onu tətbiq etməliyik. Müvafiq qurumlar, Elm və Təhsil Nazirliyi bu məsələyə müdaxilə etməlidir. Məktəblərdə nə qədər intihar halları baş verir. Bir vaxtlar bullinq nə idi, bilmirdik. İndi isə əksər məktəblilər aqressiya ilə rastlaşır. Bunlardan xilas olmaq üçün əsaslı addımlar atılmalıdır. Bu kimi halların genişlənməsi, məktəblərə yol açması yolveerilməzdir”.


Ekspert məktəblərdə tərbiyə işi bağlı fikirlərini də qeyd edib:

“Hazırda qəbul etmək istəsək də, istəməsək də, məktəblərimizdə tərbiyə işi son dərəcədə ən aşağı səviyyədədir. Ancaq hazırlıq müəllimləri, repetitor tutmaqla məşğuluq. Ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illik tədbirində dedi ki, tərbiyə işi ideolji məsələdir. Bunu yeni müstəviyə qaldırmaq lazımdır. Bu, cəmiyyətə yeni mesaj idi. Tərbiyə işi ilə məşğul olmaq təhsil idarəetmə orqanlarının işidir”.




Загрузка...
Həmçinin oxuyun:
“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

Uşaqların otaqlarına kimi girən “ölüm qrupları” -SİYAHI

Uşaqların otaqlarına kimi girən “ölüm qrupları” -SİYAHI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı  yarış baş tutub.

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarış baş tutub.

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"