AzTehsil.com


Xəbərlər / Valideyn / Ekspert
11 dekabr 2017
3 554


"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...



Son dövrlər internet üzərindən yayılan və yeniyetmələri intihara sürükləyən "Mavi balina” oyunundan sonra "Qırmızı bayquş” aktuallaşmağa başlayıb. Ukraynada, Rusiyanın bəzi ərazilərində geniş yayılan bu oyun da iştirakçılara naməlum idarəçi tərəfindən link vasitəsilə göndərilir, onu telefona endirmək mümkün deyil. Yeni təhlükəli "əyləncə”nin əsas xüsusiyyəti isə iştirakçıların sutkalarla oyaq qalması və qorxunc, təhlükəli tapşırıqları yerinə yetirməsidir. Bunların arasında özünü öldürmə və ya yaxınlarını öldürmə kimi tapşırıqlar da var. Qaydalara əməl edənləri isə hədiyyə gözləyir. Ehtimal ki, bu hədiyyə elə intihara çağırışdır.


Artıq Kiyevdə Lera adlı 14 yaşlı yeniyetmənin "Qırmızı bayquş” oyunun təsiri altında qollarını kəsdiyi məlumdur. Noyabrın 30-da itkin düşən qızı yaxınları Uman şəhərində qollarında çoxlu kəsiklərlə halsız vəziyyətdə tapıblar. Ehtimal olunur ki, Leraya bu şəhərə gəlməyi də idarəçilər tapşırıblar. Onun telefonunda "Qırmızı bayquş” oyunu və növbəti tapşırıqlarla bağlı təlimat tapılıb. Faktla bağlı hansı rəsmi şərh verilməsə də, Kiyev polisinin yeni təhlükəli oyunla bağlı təhqiqata başladığı bildirilir. Ümumilikdə, intihar oyunları ilə əlaqədar təkcə Ukraynada 600 "ölüm qrupu” bağlanıb.

 

"Ölüm qrupu”: halsızlıq, yuxusuzluq, səhərə qədər internetdə onlayn


Oyunun yayılma təhlükəsi və azyaşlılar arasında intihara səbəb olması ilə əlaqədar Ukrayna prezidentinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nikolay Kuleba bəyanat yayıb. Valideynləri diqqətli olmağa səsləyən səlahiyyətli nümayəndənin sözlərinə görə, "ölüm qrupları”na cəlb olunan uşaqların əsas xüsusiyyətləri həmişə halsızlıq, yorğunluq, bütün günü mürgüləmə, gecə yarıya, bəzən səhərə kimi internetdə qurdalanma, qollarında naməlum cızıqlardır.

 

Onun sözlərinə görə, uşaqlar əvvəlcə bu oyuna cəlb edilirlər, onlara link göndərilir. Bu link vasitəsilə kuratorlar həmin yeniyetmənin İP ünvanını əldə edirlər. Əgər o, oyunu davam etditmək istəmirsə, ünvanını bildiklərini, onunla görüşərək başına oyun açacaqları ilə hədələyirlər.

 

Azərbaycanda "Qırmızı bayquş” oyununa aludə olan yeniyetmələrin mövcudluğu ilə bağlı hər hansı fakt olmasa da, təcrübə göstərir ki, bu oyunun ölkəmizə gəlib çıxması elə də çətin deyil. Daha əvvəl "Mavi balina” oynayaraq intihar etdiyi ehtimal olunan yeniyetmələrin olması buna sübutdur. Oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin məhz "Mavi balina” oyununun təsiri altında özünü asdığı ehtimal olunurdu.


Ötən ayın sonlarında isə Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayıldı. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.


"İnternet-klublarda səhərə qədər oyun oynayırlar...”


Şəhərin gözdən-könüldən uzaq, daha çox binaların zirzəmisində yerləşən internet klubları da belə oyunların yayılması üçün potensial təhlükə mənbəyidir. Evində internet olsa da, valideyn nəzarətindən yayınmaq üçün bəzi azyaşlılar internet-klubları seçirlər. Bu məqsədlə Bakıda bir neçə internet-kluba baş çəkdik. Gündüz saatları, həm də dərs vaxtı olduğundan məktəblilər gözə dəymirdi. Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən internet-klubun əməkdaşı bizimlə söhbətində kluba azyaşlıların buraxılmadığını dedi:

 

"Biz 18 yaşından aşağı uşaqları kluba buraxmırıq. Amma gəlmək istəyənlər olur. Əvvəllər daha çox olurdu, həm də əvvəl belə qadağa qoymamışdıq deyə məktəb uşaqları arasında da gələnlər var idi. İndi çoxunun evində kompüter, planşet var, uşaqlar evdə hər cür oyun oynayırlar”.


Həmsöhbətimiz deyir ki, kluba gələnlərin hər hansı təhlükəli oyun oynaması halı ilə qarşılaşmayıb. Eyni cavabı digər internet-klubların işçilərindən də alırıq. Amma internet klubun yaxınlığındakı mağazanın əməkdaşı isə klubun səhərə qədər işlədiyini və hətta azyaşlıların da içəri rahatlıqla keçdiklərini deyir:

 

"Yalan deyirlər ki, 18 yaşdan aşağı heç kimi buraxmırıq. Hamısı səhərə qədər işləyir, özü də kim gəlir buraxırlar. Xüsusən də, internatda böyüyən, getməyə yeri olmayan yeniyetmələr gəlib səhərə qədər burada müxtəlif oyunlar oynayırlar. Nə onların yaşına, nə də oynadıqları oyunlara nəzarət edən var. Əgər gecə gəlsəniz, öz gözlərinizlə görərsiniz”, - deyə həmsöhbətimiz bildirir.

"Oyunun mənbəyi yoxdur, mübarizə aparmaq çətinləşib” - ekspert


Bəs, yeniyetmələri bu cür oyunlardan necə kənar tutmaq olar? İnternet təhlükəsizliyini kim və necə təmin etməlidir?

 

Aztəhsil.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz virtualaz.org-a belə oyunlarla mübarizə aparmağın bir qədər çətinləşdiyini deyir:

 

"Uşaq və yeniyetmələrə psixoloji cəhətdən mənfi təsir edən, intihara sürükləyən belə oyunların yayılma spesifikası dəyişib. Əvvəllər oyunlar bir İP ünvandan idarə olunurdu. Həmin İP-yə blok qoyularaq təhlükənin qarşısını almaq mümkün olurdu. İndi isə bu oyunlar sosial şəbəkələr, sosial media, müxtəlif qruplar, heşteqlər, "link”lər vasitəsilə yayılır. Bu oyunların bəlli bir mənbəyi olmadığına görə onlara qarşı mübarizə aparmaq çox çətindir”.

 

Ekspert bildirir ki, cəmiyyət üçün ciddi problemə çevrilən bu təhlükənin qarşısını elə cəmiyyət özü almalıdır. Valideyn, dövlət, media, məktəb təklikdə bu problemin qarşısını ala bilməz. Əsas problemlər son nöqtədə cərəyan edir:

 

"Son nöqtə isə evdir, valideyndir. Çünki məktəbdə uşaqların belə oyunlarla tanış olmaq imkanları yoxdur. Belə hallar adətən ya valideynin uşaq üzərində nəzarəti yetərli olmadıqda və ya valideynin informasiya texnologiyalarını yaxşı bilmədikdə baş verir. Psixologiyası zəif olan uşaqlar isə belə təsir altına tez düşürlər. Valideynlər uşaqları faydalı şeylərə istiqamətləndirməlidirlər. Təhsil qurumları da valideynlərə daha yaxındır. Onlar valideynlərlə maarifçilik işləri apara bilərlər. Bu işdə Azərbaycanın Elektron Təhlükəsizlik Mərkəzi də rol oynaya bilər. Mərkəzin əməkdaşları mediaya çıxaraq valideynləri bu oyunlar, onların fəsadları ilə bağlı maarifləndirməlidirlər.

 

Digər tərəfdən isə, hüquq-mühafizə orqanları digər qurumlarla əməkdaşlıq etməlidirlər. Onlar monitorinqlər apara, qonşu ölkələrdə belə oyunların yaradıcılarının həbsi, oyunlarla mübarizənin nəticələrini öyrənə bilərlər. Bizdə də maarifləndirmə və profilaktika tədbirləri həyata keçirə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti, dövlət, QHT-lər bu işin öhdəsindən gəlməlidirlər”, - deyə O. Gündüz bildirib.


Ekspert həmçinin deyir ki, uşaqları bütünlüklə internet oyunlarından kənarlaşdırmaq, oyunlara qarşı səlib yürüşü elan etmək dədüzgün deyil. Təhlükəli oyunların qarşısını almaqla yanaşı uşaqlar üçün vətənpərvər ruhlu, intellektual oyun resursları yaratmaq lazımdır.

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...




Загрузка...
Həmçinin oxuyun:
İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Nazirlikdə "Mavi balina" toplantısı - Məktəblərə XƏBƏRDARLIQ edildi

Nazirlikdə "Mavi balina" toplantısı - Məktəblərə XƏBƏRDARLIQ edildi

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Uşaqların otaqlarına kimi girən “ölüm qrupları” -SİYAHI

Uşaqların otaqlarına kimi girən “ölüm qrupları” -SİYAHI

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın